Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R



Yüklə 453,92 Kb.
səhifə12/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   8   9   10   11   12   13   14   15   ...   40
6. Albaniya dövləti - Makedoniyalı İskəndərin imperiyasının dağılmasından sonra yaranan müstəqil dövlətlərdən biri də Albaniya dövləti idi. Albaniya dövləti e.ə. IV əsrin axırı — III əsrin əvvəllərində yaranmışdı. Albaniya şimalda Sarmatiya qərbdə İberiya, cənub-qərbdə Ərməniyyə, cənubda isə Atrapotena ilə həmsərhəd idi. Şərqdə onun hüdudları Xəzər dənizinə söykənirdi. İndiki coğrafi şərait baxımından qədim Albaniya Azərbaycan Respublikasının, Ermənistan və Gürcüstan respublikasının isə bir hissəsini, Dərbəndi və Cənubi Dağıstanı əhatə edirdi. Bu dövlətin paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə şəhəri oldu. Herodot, Pompey, Ptolomey, Strabon, Troq, Yuli Solin, Arrian və b. Albaniya əhalisinin etnik cəhətdən rəngarəng olduğunu qeyd etmişlər. “26 dildə danışan əhaliyə” malik Albaniyada alban, sakasen, mük, uti, qarqar, sövde, kaspi, qel, leh, mard, silv, sodi, lupen, və s. tayfalar məskunlaşmışdılar.
Albaniyada hakimiyyətdə olmuş sülalələr-
1. “Aranilər sülaləsi” (e.ə II – e. I əsrlər).
2. “Arşakilər sülaləsi” (I əsr - 510).
3. “Mehranilər (Girdiman) sülaləsi” (629-705)
Qədim albanlar çoxallahlı bütpərəstlik dininə inanırdılar. Burada səma cisimlərinə sitayiş geniş yayılmışdı. Strabon yazırdı ki, albanlar Zevs (Göy), Helios (Günəş) və Selena (Ay) allahlarına sitayiş edirdilər. Albanlar Ay allahına daha çox sitayiş edirdilər. Albanlarda əcdadlarına inam da olmuşdu. Tapılmış insan formalı böyük daş heykəllər yerli əhalinin dini görüşləri ilə bağlı olmuşdu. Albaniyanın mədəniyyəti arxeoloji cəhətdən Qəbələ, Şamaxı, Mingəçevir, İsmayıllı (Mollaisaqlı) abidələri əsasında öyrənilmişdir. Albaniyada dövlətə Atropatenada olduğu kimi padşah başçılıq edirdi. Strabon da bunu təsdiq edir. Əvvəllər hər tayfanın başında bir padşah var idi. Albaniyada padşahdan sonra ən hörmətli adam Ay məbədinin kahini hesab olunurdu. Ay məbədinin kahini - əhalisi sıx olan müqəddəs əyalətə başçılıq edirdi. Məbəd qulları da onun ixtiyarında idi.
E.ə II əsrdə Romanın Aralıq dənizi hövzəsində güclü dövlətə çevrilməsi və Şərqə doğru hərəkət etməsi Qafqaz, o cümlədən Albaniynın müstəqilliyi üçün təhlükə yaratmışdı. E.ə I əsrin ikinci yarısında Roma sərkərdəsi Pompey İberiya və Albaniyaya hücuma başladı. Roma sərkərdəsi Pompeyin Albaniya və İberiyaya hücum etməkdə aşağıdakıl məqsədləri idi: 1. Xəzər dənizinin sahillərini tutmaq 2. Hindistanla Qara dəniz sahillərinə gedən ticarət yolunu ələ keçirmək Pompey Albaniya və İberiyaya hücum edərkən həmin dövlətlərin hökmdarları onu öz ərazilərinə buraxmadılar. Soyuqlar düşəndən sonra, Pompey Kür vadisində qışlamağı qərara aldı. Bu zaman alban padşahı Oroys Roma düşərgəsinə hücum etməyi qərara gəldi. Bu döyüşdə albanların 40 minlik qoşunu var idi. Beləliklə, E.ə 66-cı ildə Kür şayı sahilində Pompey ilə Oroys arasında döyüş baş verdi. Döyüş nəticəsində Roma ordusu qalib gəldi. Kür sahilində Roma ordusunun qalib gəlməsinin səbəbi daha güclü və təcrübəli olması idi. E.ə 36-cı ildə romalılar Antoninin başçılığı ilə Şərqə böyük yürüş təşkil etdilər. Bu yürüşdə ümumi sayı yüz min nəfər olan 13 legion iştirak edirdi. Lakin Antoni Parfiyanın təzyiqi altında geri çəkilərək Misirə getdi, sərkərdəsi Kanidini İberiya və Albaniyanı itaətə gətirmək üçün Azərbaycanın cənub-qərb torpaqlarında saxladı. Plutarx yazır ki, “Kanidi... iber və alban hökmdarlarına qalib gəldi və Qafqaza çatdı”. Beləliklə, Kanidinin yürüşü nəticəsində İberiya və Albaniya romalılardan asılılığı qəbul etdilər. Eramızın ilk əsrlərində Albaniya-Roma münasibətləri Eramızın I əsrində Albaniyada hakimiyyət artıq Aranilər sülaləsindən olan yerli hökmdarların əlində idi. Bu dövrdə Albaniya hökmdarları:Roma imperiyası ilə diplomatik əlaqələr saxlayirdılar. Xarici siyasətdə Romaya meyl edirdilər.
Mövzu 2.Azərbaycanda feodal münasibətlərinin yaranması. Azərbaycan Sasani imperiyasının tərkibində.Azərbaycanın ərəblər tərəfindən işğalı. IX əsrin II yarısı – XI əsrdə Azərbaycan feodal dövlətləri.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə