Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R



Yüklə 453,92 Kb.
səhifə8/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   4   5   6   7   8   9   10   11   ...   40
Son tunc-erkən dəmir dövründə (e. ə. XIV-e. ə. VII əsrlər) təsərrüfatın və mübadilənin daha da inkişaf etməsi tayfa başçılarının və əyanların icmanın əsas kütləsindən ayrılmasına, ailələr arasında əmlak bərabərsizliyinin dərinləşməsinə gətirib çıxartdı. Nəticədə ibtidai icma quruluşunun dağılma prosesi özünün son mərhələsinə çatdı. Var-dövlət və sərvət əldə etmək üçün müharibə peşəyə çevrilməyə başladı. E. ə. II minilliyin ortalarına aid külli miqdarda çoxnövlü hücum və müdafiə silahlarının tapılması tayfalararası müharibələrin geniş miqyası və amansızlığından xəbər verir. Dəmir istehsalının başlanğıc mərhələsində (e. ə. XII — e. ə. XI əsrlər) əmək alətləri ilə yanaşı, çoxlu silah düzəldilməsi cəmiyyətin silahlanmasına imkan yaratmışdı. Müharibələr zamam tutulmuş əsirlər qul edilərək istehsala cəlb olunurdular.
Son tunc — erkən dəmir dövründə təsərrüfatın mühüm sahələrinin inkişafı tayfalararası və ölkələrarası ticarəti daha da gücləndirmişdi. Alqı — satqı davar, qaramal, yun, əkinçilik, maldarlıq və sənətkarlıq məhsulları ilə apanhrdı. Davarla yanaşı, müəyyən çəkisi olan metal parçaları, silah və s. pul kimi işlənilirdi. Azərbaycanın Ön Asiya, xüsusilə Mesopotamiya (İkiçayarası) ölkələri ilə müntəzəm ticarət əlaqələri var idi. Beləliklə, ibtidai cəmiyyət daxilində xüsusi mülkiyyətin, mülki bərabərsizliyin, ictimai təbəqələşmənin yaranması və sənətkarlığın müstəqil peşəyə çevrilməsi icma daxilində birgə əmək, birgə əmlak və birgəyaşayış qaydalarının pozulmasına gətirib çıxartmışdı. Azərbaycanda qəbilə icmasının və icma təsərrüfat formasının dağılması prosesi e. ə. II minilliyin sonu -I minilliyin başlanğıcında başa çatmışdır.
3Azərbaycanda qədim tayfa ittifaqları və ilkin dövlət qurumları (Aratta, Lullubi, Kuti) və Manna dövləti.
Azərbaycanın cənubunda sinifli cəmiyyətin yaranması prosesi eramızdan əvvəl IV minilliyin sonu—III miniliyin əvvəlində başlamışdı. Şimali Azərbaycanda dövlət hakimiyyətinin ruşeymi Tunc dövrünün sonu-dəmir dövrünün əvvəllərində meydana gəlmişdi. Şumer-Akkad mixi yazılarında Cənubi Azərbaycanda yerləşən Aratta ölkəsi, kuti, lullubi tayfaları yad edilir.
Aratta ölkəsi ilə əlaqədər eramızdan əvvəl III minilliyin I yarısı hadisələr bir neçə şumer dastanında (“En Merkar və Aratta”, “En Merkar və Luqalbanda”, “En Merkar və Sukurşiranna” təsvir olunurdu. Aratta ölkəsi. Urmiya gölünün cənub şərq hissəsini əhatə edirdi. Aratta dövləti İkiçayarasın Şumer şəhəri dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Arattada çox allahlılıq mövcud olmuşdur. Aratta əhalisinin həyatında əkinçilik müəyyən yer tuturdu. Burada dəmyə əkinçiliyi geniş yayılmışdı. Şumer qaynaqlarında yad edilən Aratta, eyni adı saxlamış Aratta çayı və Alateye Azərbaycanda Urmiya gölünün cənub və cənub-şərq dağlıq ərazisini göstərir. Urartu mənbələrində Aratta ölkəsinin yerləşdiyi ərazi Alateye adlanır. Aratta və Alateye eyni dağlıq ərazinin müxtəlif dialekt adlarıdır, hər iki adı əmələ gətirən söz “dağ” mənasını daşıyır. Arattanın sərhədləri cənubi şərqdə Zənçana, cənubi qərbdə isə Zəribər gölünə (Sənəndəçin şimalı) kimi çatırmış. Aratta qədim Azərbaycan ərazisinə verilən ilk məlum addır.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə