Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R


Mezolit (e. ə. XII — VIII minilliklər)



Yüklə 453,92 Kb.
səhifə6/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   2   3   4   5   6   7   8   9   ...   40
Mezolit (e. ə. XII — VIII minilliklər)- Azərbaycanda mezolit dövründə ox və kamanın kəşfi ovçuluğun inkişafında böyük rol oynamışdır. Mezolitdə insanlar heyvanları əhliləşdirilməsinə başladılar. Bununla da ibtidai heyvaııdarlığın əsası qoyulmuş oldu. İnsanlar ilk əkinçilik vər dişlərinə də bu dövrdə yiyələnərək ibtidai əkinçiliyin əsasını qoydular. Beləliklə, mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu.Azərbaycanda mezolit dövrü Qobustan və Damcılı düşərgələri əsasında öyrənilmişdir.
Neolit (e. ə. VII — VI minilliklər)-Azərbaycanda neolit dövrü qəbilə icmasının həyatında böyük dəyişikliklərin başlanğıcını qoydu. Yeni daş dövründə istehsal təsərrüfatı və onun əsas sahələri olan əkinçilik və maldarlıq meydana çıxmışdır. İstehsal təsərrüfatının yaranması elmi ədəbiyyatda «neolit inqilabı» adlanır. Bu inqilabın nəticəsində insan ərzaq ehtiyatı üzərində ilk dəfə nəzarət etmək imkanı qazanmışdır. Əsas əmək aləti kimi toxadan istifadə olunduğundan əkinçilik toxa əkinçiliyi adlanırdı. Bu dövrün maldarlığı isə ev maldarlığı olmuşdur. Neolit dövrünün əsas nailiyyətlərindən biri də gil qab istehsalının -dulusçuluğun yaranmasıdır.Azərbaycanda «ev peşələri» sayılan toxuculuq, tikinti və hörgü işi də neolit dövründə meydana çıxmışdır.
Eneolit dövrü (e.ə.VI-IV minilliklər)-Bu dövrdə istehsal təsərrüfatının inkişafı nəticəsində qəbilə icması özünün çiçəklənmə mərhələsinə daxil olmuşdur. Dəmyə (təbii suvarma) əkinçiliyi geniş yayılsa da, süni suvarma əkinçiliyinin izlərinə Mil düzündə Şahtəpə yaşayış yerində rast gəlinmişdir. Şomutəpə və Əlikö-məktəpədə tapılan üzüm tumları Azərbaycanda üzümçülük təsərrüfatının eneolitdən başladığını göstərir.Azərbaycanda atçılığın 7 minillik tarixi vardır və Azərbaycan atın ev heyvanı kimi bəslənməsi sahəsində Avrasiyada ən qədim ocaqlardan biridir.
Tunc dövrü (e.ə.IV-II minilliklər)-Qəbilə icmasının təsərrüfat həyatında böyük dəyişikliklərin baş verməsi və metal istehsalının təkmilləşməsi şəraitində e.ə. IV minilliyin sonlarında Azərbaycanda tunc dövrü başlandı. İcma təsərrüfatının yeni yaranmış sahələrindən biri metal istehsalı oldu.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə