Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R



Yüklə 453,92 Kb.
səhifə4/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   2   3   4   5   6   7   8   9   ...   40
Azərbaycan tarixinin qaynaqları
Azərbaycan tarixi üzrə qaynaqlar iki hissəyə – arxeoloji və yazılı qaynaqlara bölünür. Arxeoloji qaynaqlara qazıntılar zamanı yeraltı mədəni təbəqələrdən, qəbir abidələrindən, qədim yaşayış məskənlərindən aşkar edilmiş müxtəlif əmək alətləri, sadə silah növləri, məişət və bəzək-düzək əşyaları, dini təsəvvürləri ifadə edən heykəlciklər, göz muncuqları və s. əşyalar aiddir.
Azərbaycan tarixinin qalıqları sırasında əsas yeri yazılı mənbələr tutur. Məlumdur ki, yazı hələ eramızdan əvvəl V minillikdə yaranmışdır. Eramızdan əvvəl V əsrdən - eramızın IV əsrinə qədərki dövr qədim dövr hesab olunur və bu dövrə aid Azərbaycan tarixi barədə ən qiymətli məlumatlar antik yunan və latın yazılı mənbələrində saxlanılmışdır. Azərbaycanın ərazisi, əhalisi, coğrafi mövqeyi, siyasi vəziyyəti haqqında ən geniş məlumatlar e.ə.V əsrdə yaşamış qədim yunan tarixçisi Heradotun "Tarix" əsərində verilmişdir. E.ə.IV əsrin 30-cu illərində Makedoniyalı İskəndərin Şərqə uğurlu yürüşlərindən sonra bu regionun dərindən öyrənilməsinə maraq daha da artdı və bu proses sonrakı əsrlərdə də davam etmişdir. Antik dövrdə qədim yunan, Roma tarixçiləri, coğrafiyaçıları Strabon, Ptolemey, Pekini, Arrian, Kursi Ruf, Ammian Marselin, Tassit, Yuli Solin, Ksenofont və başqaları Şərq aləminə həsr etdikləri əsərlərdə qədim Azərbaycanın coğrafiyası, əhalisi, əhalinin məşğuliyyəti, etnik tərkibi, burada baş verən siyasi hadisələr və s. barədə məlumatlar vermişlər. Orta əsr yazılı qaynaqları (IV-XVIII əsrlər). Erkən orta əsrlərdə (IV-X əsrlər) Azərbaycan tarixinin yazılı mənbələri daha da genişlənmişdir. Bu dövrdə Azərbaycan tarixinə aid müfəssəl məlumatlar Bizans, qədim Alban, erməni və ərəb mənbələrində verilir. Qədim Alban mənbələrindən ən qiymətlisi alban tarixçisi Musa Kalankatlının “Alban tarixi” əsəridir. Fəzlullah Rəşidəddin də əsərlərində, Hülakilər dövləti dövründə Azərbaycanın iqtisadi, siyasi, demoqrafiq məsələlərini işıqlandırmışdır. Sədrəddin Hüseyninin əsəri isə Səlcuq sülaləsinə, səlcuqların Azərbaycana yürüşləri və bu bölgədə möhkəmlənməsinə həsr olunmuşdur. XIX əsr Azərbaycan tarixinin öyrənilməsində “Qarabağnamələr”in böyük əhəmiyyəti vardır. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”, Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağ tarixi” (1847), Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair”, Mirzə yusif Qarabağinin “Tarixi – Safi”, Mirmehdi Xəzaninin “Kitabi – tarixi Qarabağ”, Mirzə Rəhim Fənanın “Tarixi-cədidi Qarabağ”, Məhəmməd Baharlının “Əhvalati – Qarabağ”, Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” əsərləri Qarabağ və ümumən Azərbaycan tarixinin öyrənilməsində çox qiymətli mənbələrdir. Kərim ağa Fateh və Hacı Seyid Əbdul Həmid Şəki xanlığının tarixinə dair əsərlər yaratmışlar. A.A.Bakıxanov “Gülistani-İrəm” əsərində Azərbaycan və Dağıstanın qədim zamanlardan öz dövrünə kimi baş vermiş tarixi hadisələrini şərh etmişdir.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə