Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R


“Azərbaycan tarixi” fənninin predmeti, Azərbaycan tarixinin xronologiyası və dövrləşdirilməsi. Azərbaycan tarixinin qaynaqları



Yüklə 453,92 Kb.
səhifə3/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   2   3   4   5   6   7   8   9   ...   40
1. “Azərbaycan tarixi” fənninin predmeti, Azərbaycan tarixinin xronologiyası və dövrləşdirilməsi. Azərbaycan tarixinin qaynaqları.
2. Azərbaycan ərazisində ibtidai icma cəmiyyəti.
3Azərbaycanda qədim tayfa ittifaqları və ilkin dövlət qurumları (Aratta, Lullubi, Kuti) və Manna dövləti.
4. Azərbaycan Midiya və Əhəmənilər dövlətinin tərkibində.
5. Atropatena dövləti.
6. Albaniya dövləti antik dövrdə.
1. “Azərbaycan tarixi” fənninin predmeti, Azərbaycan tarixinin xronologiyası və dövrləşdirilməsi. Azərbaycan tarixinin qaynaqları.
Tarix – yüksələn xətlə gedən inkişaf prosesidir, tərəqqidir. Mənbələr üzrə insanın meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elm Tarix elmi adlanır. “Tarix” qədim yunan sözü olub “tapmaq üçün axtarış” mənasını verir. “Azərbaycan tarixi” fənninin tədrisində əsas vəzifələrdən biri yeniyetmə və gəncləri Vətənimizin qədim tarixi və zəngin mədəni irsi ilə yaxından tanış etmək, gənclərin Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı biliklərinin və dünyagörüşlərinin hərtərəfli inkişafına nail olmaq, onlarda vətənpərvərik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsidir.
Azərbaycan tarixinin öyrənilməsində bir sıra köməkçi elmlər böyük əhəmiyyət kəsb edir. Onlar aşağıdakılardır:1. Antropologiya -insan haqqında elm. 2. Arxeologiya insanların həyatını maddi mənbələr əsasında öyrənən elm. 3. Arxivşünaslıq-arxiv işinin metodologiya və üsullarını tədqiq etməklə məşğul olan elm 4. Еtnоqrаfiyа – dünyа хаlqlаrının məişət və mədəniyyətindən, аdət-ənənələrindən, еtnik birliklərin yаrаnmаsı və inkişаfındаn, оnlаrın yаyılmаsı və qаrşılıqlı mədəni əlаqələrindən bəhs еdən tаriх еlmidir. 5.Genealogiya-şəcərəni, nəsil, soy qohumluğunu öyrənən elmdir. "Gen" – yunan sözü olub "genes" sözündən əmələ gəlmişdir, mənası əsil, mənşə, kök məzmununu əhatə edir. 6. Xronologiya - qədim təqvimlərdən istifadə etmək, onları müasir təqvimə çevirib, tarixi hadisələrin ardıcıllığını müəyyənləşdirməklə məşğul olan elm sahəsidir. 7. Mənbəşünaslıq - tarixi mənbələrin tədqiqi və onlardan istifadə üsullarını işləyib hazırlayan köməkçi fənn, digər bir adı məxəzşünaslıqdır. 8.Paleoqrafiya — qədim yazılı abidələrin müəllifinin müəyyən edilməsini, bu yazılı abidələrin yaranma tarixini və yerini, onun qrafik formalarının inkişaf qanunauyğunluqlarını öyrənən köməkçi tarixi-filoloji fənn.
Tarix elmində tarixi hadisələrin vaxtının müəyyən edilməsi və onların ardıcıl şəkildə şərh edilməsi üçün köməkçi elm sahəsi olan xronologiya (yun. χρόνος – vaxt, zaman, λόγος - söz, təlim deməkdir) elmindən istifadə olunur. Xronologiya aparmadan, hadisələrin baş verdiyi tarixləri bilmədən hər hansı ölkənin tarixi barədə ardıcıl və sistemli bilik yaratmaq çətin olar. Tarix hadisələrin xronologiyasını, vaxtını müəyyən etmək üçün tarixi hesablama aparmaq lazımdır. Tarixi hesablama isə adətən müəyyən bir başlanğıc anından aparılır. Belə başlanğıc anı “era” (latınca “aera” sözündən olub hərfi mənası “an”, “başlanğıc rəqəmi” mənalarını verir) adlandırılır. Era həqiqi və qeyri-həqiqi tarixi hadisə ilə bağlana bilər. Qədim zamanlarda müxtəlif “era”lar olmuş, lakin bunların heç biri kütləvi səviyyəyə çata bilməmişdir. Hazırda dünyada iki eradan - Miladi və Hicri-qəməri eralarından, İranda isə Günəş təqviminə uyğunlaşdırılmış Hicri-şəms təqvimindən istifadə edilir.
Azərbaycan tarixinə aid olan hadisələrin xronologiyasını müəyyən etmək üçün sinxronlaşdırmadan (yun. συν – birgə, qarşılıqlı, χρόνος – vaxt, zaman) istifadə olunur. Sinxronlaşdırma tarixi bilinməyən və ya mənbədə qeyd olunmayan hadisə və proseslərin tarixini müəyyən etmək üçün, onların digər qonşu xalqlar və ölkələrdə tarixi dəqiq bilinən hadisə və proseslərlə müqayisə edilməsidir. Azərbaycan tarixinin dövrləşdirilməsi məsələləri də böyük maraq doğurur. Dövrləşdirmə müəyyən xronoloji çərçivə daxilində tarixi hadisə və proseslərin şərti bölgüsünü əhatə edən xüsusi növ sistemləşdirmədir. Tarixin ictimai-iqtisadi formasiyalara bölünməsi prinsipini əsas tutaraq Azərbaycan tarixi aşağıdakı qaydada dövrləşdirilir: 1. Qədim dövr. İki ictimai-iqtisadi formasiyanı - ibtidai icma quruluşu və quldarlıq quruluşunun tarixini özündə birləşdirir. 2. Orta əsrlər dövrü. Əsasən feodalizm ictimai-iqtisadi formasiyasının tarixini əhatə edir. Orta əsrlər tarixi 3 dövrə ayrılır: Erkən Orta əsrlər, İnkişaf Etmiş Orta əsrlər və Son Orta əsrlər. 3. Yeni dövr. Əsasən kapitalist ictimai-iqtisadi formasiyasının tarixini öyrənməklə 1640-1918-ci illəri əhatə edir. 4. Ən yeni dövr. Kapitalist ictimai-iqtisadi formasiyasının yetkinləşməsi, qısa dövr ərzində dünyanın bir hissəsində mövcud olan Sosialist ictimai-iqtisadi formasiyasının və müasir cəmiyyətin tarixini öyrənməklə 1918-ci ildən müasir dövrümüzədək olan tarixi əhatə edir.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə