Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R


Azərbaycan ərazisində ibtidai icma cəmiyyəti



Yüklə 453,92 Kb.
səhifə5/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   2   3   4   5   6   7   8   9   ...   40
3.Azərbaycan ərazisində ibtidai icma cəmiyyəti.
İbtidai icma cəmiyyəti bəşər tarixinin ilkin pilləsini təşkil edir. İbtidai icma quruluşu digər ölkələrdə olduğu kimi, Azərbaycanda da uzun sürmüşdür. İbtidai icma cəmiyyəti Azərbaycanda ilk insanın yarandığı vaxtdan (təxminən 1,5 milyon il bundan əvvəl) iri tayfa birliklərinin və ilkin dövlət qurumlarının yaranmasınadək (eramızdan əvvəl III — I minilliklər) olan bir dövrü əhatə edir.
İbtidai icma cəmiyyətinin arxeoloji baxımdan dövrləşməsi aşağıdakı kimidir: Daş dövrü, Tunc dövrü, Dəmir dövrü.
Daş dövrü bölünür:

  • Paleolit (Qədim daş dövrü) — təxminən 1,5 milyon il bundan əvvəl başlamış və e. ə. XII minilliyə qədər davam etmişdir.

  • Mezolit (Orta daş dövrü) — e. ə. XII — VIII minillildər.

  • Neolit (Yeni daş dövrü) — e. ə. VII — VI minilliklər.

  • Eneolit (Mis — daş dövrü) — e. ə. VI — IV minilliyin ortaları.

  • Tunc dövrü — e. ə. IV minilliyin sonlarından II minilliyin sonlarınadək davam etmişdir.

  • Dəmir dövrü — e. ə. II minilliyin sonları — I minillikləri əhatə edir.

Paleolit (qədim daş dövrü) 3 dövrə bölünür:
Alt paleolit 1,5 milyon il bundan əvvəldən 100 min il bundan əvvələ qədər davam etmişdir. Azıx mağarası Azərbaycanda ən qədim paleolit düşərgəsidir və ölkəmizdə ən qədim daş alətlər burada tapılmışdır. «Quruçay mədəniyyəti»nə aid edilən bu alətlər təxminən 1,5 milyon il bundan əvvəl Azərbaycanda bacarıqlı insanın yaşadığını sübuta yetirir. Mağarada tapılmış insanın alt çənə sümüyü 350 -400 min il bundan əvvələ aiddir. Həmin çənə sümüyünün aid olduğu insan Azıxantrop (Azıx adamı) adlanır.
Orta paleolit dövrü (təxminən e. ə. 100 — 40-cı minilliklər) Mustye dövrü adlanır. Bu dövrdə insanlar çaxmaqdaşı və dəvəgözü nüvələrindən lövhə və qəlpələr qoparır, iti uclu əmək alətləri düzəldərək ovçuluqda istifadə edirdilər. Orta paleolitdə yaşayan qədim insanları neandertal (bu tip insan qalıqları ilk dəfə Almaniyadakı Neandertal mağarasında tapılmışdır) adlandırırlar.
(eramızdan 40 min il — 12 min il əvvəl) ağıllı insanın meydana çıxması ilə Azərbaycanda qəbilə icması formalaşmağa başladı. Qəbilə icmasında ibtidai yaşayış daha sabit və davamlı şəkil aldı. Qan qohumlarından ibarət tayfa birgə təsərrüfat aparır, öz ərazisində bütün təbii ehtiyatlardan birgə istifadə edirdi. Bu zaman istehsal vasitələri və məhsul üzərində ümumi mülkiyyət mövcud idi; birgə əmək və birgə yaşayış qaydaları hökm sürürdü. Qəbilədə qadın, ana üstün yer tutduğuna və nəsil ana xətti ilə getdiyinə görə həmin dövr matriarxat (anaxaqanlığı) adlandırılmışdır.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə