Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R



Yüklə 453,92 Kb.
səhifə10/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   6   7   8   9   10   11   12   13   ...   40
Manna dövləti- E.ə. XI əsrdə tarixi Manna ərazisində Zamua, Alateye, Gizilbunda, Uişdiş, Zikirtu (Zikertu) kimi müstəqil vilayətlər var idi. Zamua vilayəti (bu vilayət əvvəllər lullubilərin məskəni olmuşdur) Manna ölkəsinin əsas hissəsini təşkil edirdi. E.ə. I minilliyin əvvəllərində Azərbaycanın cənubunda mərkəzləşmiş dövlətin yaranması üçün şərait var idi. E.ə. IX əsrdə Urmiya gölü ətrafında, Manna dövləti meydana gəldi. Bu dövlət Assuriya və Urartu ilə mübarizə gedişində yaranmışdır. Bu dövlətin və onun ilk hökmdarı Udakinin adlarına ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın (e.ə. 859-824-cü illər) mixi yazılı kitabəsində rast gəlinir. Manna dövlətinin paytaxtı İzurtu şəhəri idi. E.ə. IX-VIII əsrlərin hüdüdlarında Manna artıq bölgədə güclü bir dövlətə çevrilmişdi. Manna hökmdarı İranzu (e.ə. 740-719) Assuriya ordusunun Urartuya qarşı uğurlu müharibələrindən istifadə edərək, Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı. Bu zaman o, mərkəzləşmə siyasəti yürütdü. Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi, ölkədə canişinlik sistemi yaratdı. İranzunun hakimiyyəti dövründə Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevrilmişdi və ərazisi şimalda Araz çayına çatırdı. Bu dövrdə Mannanın xarici siyasətində iki meyl var idi: İranzu özü başda olmaqla bir qrup Assuriya ilə ittifaqa meyl edərək Manna torpaqlarının bütövlüyünü qoruyub - saxlamağa çalışırdı. İranzu Assuriyaya müttəfiq kimi baxır və bölgədə onun siyasi üstünlüyünü qəbul edirdi. Başqa bir qrup isə Urartu ilə ittifaqa üstünlük verirdi.
İranzunun vəfatından sonra onun oğlu Aza (e.ə. 718-716-cı illər) hakimiyyətə gəldi. Onun iki il davam edən hakimimyyəti dövründə Mannada daxili çəkişmələr gücləndi və dövlət parçalanma təhlükəsi ilə üzləşdi. Aza Urartu meylli qüvvələr tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Manna taxtına Azanın qardaşı Ullusunu oturdu. Ullusunu onun hakimiyyətə gəlməsində mühüm rol oynamış Urartu hökmdarı I Rusaya 22 Manna qalasını verdi. Beləliklə, Assur ağalığından çıxan Ullusunu Urartu ilə ittifaqa girdi. Buna görə Assuriya hökmdarı II Sarqon e.ə. 716-cı ildə Mannaya qoşun yeritdi. İzirtu və digər şəhərlər yandırılıb talan edildi. Ölkənin paytaxtını tərk edib dağlara qaçan Ullusunu geri qayıdıb II Sarqondan mərhəmət dilədi. II Sarqon onun günahlarını bağışladı və hakimiyyətdə saxladı. E.ə. 715-ci ildə I Rusam məğlub edən II Sarqon Mannanın Urartu tərəfindən işğal olunmuş topaqlarını geri qaytardı. Bləliklə, II Sarqonun köməyi ilə hakimiyyətdə qalan Ullusunu Assur ağalığını tanıyaraq ölkənin əvvəlki sərhədlərini bərpa etdi. Manna əsasən quldarlıq istehsal formasına əsaslanan dövlət idi. Ölkənin vilayətlərini idarə edən canişinlər mərkəzi hakimiyyətə tabe idi. Dövləti qədim türk sülaləsi idarə edirdi. E.ə. VIII əsrin ikinci yarısından başlayaraq hakimiyyət irsi olaraq atadan oğula keçirdi. Ağsaqqallar şürası hökmdardan asılı idi.E.ə. VII əsrin birinci rübündə kimmer, skif və sak tayfaları Qara dəniz sahillərindən və Şimali Qafqazdan hərəkət edərək Manna ilə Urartu arasında məskən saldılar. Bu, Assuriya üçün böyük təhlükə yaratdı. Belə şəraitdə Manna Assuriya ilə ittifaqı pozaraq tam müstəqil oldu. Manna hökmdarı Ahşeri (e.ə. 675-650) müstəqil xarici siyasət yeridirdi. Onun Assuriya ilə ittifaqı pozmasına cavab olaraq Mannaya yürüş təşkil edən Assuriya hökmdarı Aşşurbanipal e.ə. 650-ci ildə Ahşerini məğlubiyyətə uğratdı, ölkənin paytaxtı Izur- tunu tutdu, əhalini əsir aldı, mal-qaranı və at ilxısını qənimət kimi apardı. Bu məğlubiyyətdən sonra ölkədə Ahşeriyə qarşı üsyan başladı və o, öldürüldü. Ahşerinin hakimiyyətə gələn oğlu Ualli (e.ə. 650-630) Assuriya ilə ittifaqı bərpa etdi. Manna dövləti bundan sonra Assuriya ilə ittifaqa sadiq qaldı. E.ə. 616-cı ildə Manna Yeni Babil və Midiyaya qarşı mübarizədə bir müttəfiq kimi Assuriyaya kömək etdi. E.ə. 590-cı ildə Manna Midiya tərəfindən işğal edildi. Manna dövləti süquta uğradı. Mannada əhali əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdu. Cənubi Azərbaycandakı Həsənli və Ziviyə tapıntıları Mannada metalişləmənin, xüsusilə zərgərlik sənətinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Ziviyədə aşkar edilmiş buynuzvarı qızıl, gümüş qədəhlər (ritonlar) və müxtəlif əşyalar üzərindəki həyat ağacı və onun ətrafındakı qanadlı öküz təsviri diqqəti cəlb edir. Həsənlidən tapılmış müxtəlif parça qalıqları toxuculuq və boyaqçılıq sənə viən xəbər verir. Manna əhalisinin dili qədim türk dili olmuşdur. Burada, əsasən, türk etrıslan yaşamışdır. Turukki adı türk tayfa adının ilkin forması hesab edilir.
4. Azərbaycan Midiya və Əhəmənilər dövlətinin tərkibində.-Midiya dövləti indiki İranın mərkəzində yaranmışdır. Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Mannanın Gizilbunda vilayəti bu iki ölkənin sərhədini təşkil edirdi.Herodot “Tarix” əsərində Midiya ərazisində altı tayfanın yaşadığını yazır. E.ə. IX-VIII əsrlərdə bu ərazi xırda vilayət hakimləri tərəfindən idarə olunurdu. İlk dəfə Midiya adına (mixi yazılarda Maday, Amaday, yunan mənbələrində Midiya şəklində işlənir) bir ölkə kimi Aşşur hökmdarı III Salma- nasarm e.ə. IX əsrə aid kitabələrində rast gəlinir. İskitlərin Ön Asiyaya hücumları zamanı Assuriyaya qarşı mübarizəyə başlayan Midiya e.ə. 672-ci ildə Fraorta Kaştaritinin rəhbərliyi altında (e.ə. 672- 653) müstəqil dövlətə çevrilmişdi. Lakin e.ə.'VII əsrin 50-ci illərində Kaştariti Assuriyaya qarşı yürüş edərkən məğlubiyyətə uğramış və həlak olmuşdu. Bundan sonra Midiyada iskitlərin 28 illik ağalığı dövrü (e.ə. 653-625) başlanmışdı. Midiyada İskit ağalığına Kiaksar (e.ə. 625-585) son qoymuşdur. Kiaksar xırda vilayət hakimlərini özünə tabe etdikdən sonra Assuriyaya qarşı mühari-bəyə hazırlıq məqsədilə Midiya ordusunu yenidən təşkil etdi. Ordunu nizəçi və oxçu dəstələrinə böldü, süvarilər dəstəsini piyadalardan ayırdı. Kiaksar Yeni Babil hökmdarı Nabupalasar ilə ittifaqa girərək e.ə. 616- 612-ci illərdə Assuriyanın Aşşur, Arbela, Kalat şəhərlərini və paytaxtı Nine- viyanı tutdu. Midiya və Yeni Babil padşahlığı e.ə. 605-ci ildə Assuriya torpaqlarını öz aralarında bölüşdürdülər.
Kiaksar Egey dənizinə çıxmaq üçün Lidiya dövləti ilə müharibəyə başladı. Kiaksarın hakimiyyəti dövründə Midiya Ön Asiyanın ən qüdrətli dövlətinə çevrildi. Kiaksardan sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə. 585-550) gəldi. O, Midiyanın sonuncu hökmdarı oldu. Astiaq əyanların hüquqlarını məhdudlaşdırmağa çalışırdı. Bu zaman Fars vilayətinin hakimi II Kir Astiaqla müharibəyə başladı. Üç il davam edən müharibədə qalib gələn II Kir e.ə. 550-ci ildə Midiya dövlətinə son qoydu.
E.ə. 550-ci ildə II Kir Əhəməni dövlətinin əsasını qoydu. Ekbatan Əhəməni dövlətinin mərkəz şəhərinə çevrildi. II Kir e.ə. 530-cu ildə Araz çayı sahilində massaget hökmdarı Tomiris tərəfindən məğlub edilərək öldürüldü. Bununla da onun 29 illik hakimiyyətinə son qoyuldu. Onu əvəz edən oğlu II Kambiz (e.ə. 530-522) Misirdə olarkən e.ə. 522-ci ildə Qaumata adlı bir maq (kahin) özünü II Kirin oğlu Bardi kimi qələmə verərək taxt-tacı ələ keçirdi. Qaumata əhalinin vəziyyətini yaxşılaşdırmağa, əyanların hüquqlarını məhdudlaşdırmağa çalışırdı. O, midiyalıların hakimiyyətini bərpa etməyi öz qarşısına məqsəd qoymuşdu. Lakin I Dara (e.ə. 522- e.ə. 486) Qau- mataya sui-qəsd təşkil etdi və o, öldürüldü. Hakimiyyətə gələn I Dara e.ə. 522-521-ci illərdə baş verən üsyanları yatıraraq Əhəmənilər dövlətini əvvəlki sərhədlər daxilində bərpa etdi.
I Dara Əhəmənilər dövlətini inzibati cəhətdən 20 satraplığa (canişinliyə) bölərək onların hər birini müəyyən vergi dairəsinə daxil etdi. Azərbaycanın həm şimal, həm də cənub torpaqları Əhəməni imperiyasının müxtəlif satraplıqlarına daxil edildi.I Daranın və oğlu Kserksin (e.ə. 486-465) yunanlara qarşı apardığı müharibələrdə Azərbaycan tayfaları da iştirak edirdi. E.ə. 331-ci il-də Makedoniyalı İsgəndər (e.ə. 336- 323) Şimali Mesopotamiyada Qavqamela döyüşündə Mosulun 35 kilometrliyində sonuncu Əhəməni hökmdarı III Daram məğlubiyyətə uğratdı. Bu döyüş nəticəsində Əhəməni dövləti süquta uğradı və onun əraziləri Makedoniyalı İsgəndərin hakimiyyəti altına keçdi.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə