Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R


Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsi. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı mübarizə



Yüklə 453,92 Kb.
səhifə13/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   9   10   11   12   13   14   15   16   ...   40
1. Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsi. Sasanilərin Azərbaycanı işğal etməsi və ona qarşı mübarizə.
2. Azərbaycan Ərəb xilafəti tərkibində. İslam dininin Azərbaycanda yayılması.
Ərəblərə qarşı milli-azadlıq mübarizəsi. Xürrəmilik. Babək
3. IX-XI əsrlərdə Azərbaycanda müstəqil feodal dövlətlərinin yaranması.
4. Azərbaycan Səlcuq imperiyası tərkibində
5. Azərbaycan Atabəylər dövləti (1136-1225)
1. Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsi və inkişafı.
Azərbaycanda feodal münasibətləri III-V əsrlərdə yaranmışdır. Feodal münasibətlərinin təşəkkülü prosesində torpaqların bir hissəsi ali zümrənin mülkiyyətinə keçdi.
Azərbaycanda feodal torpaq sahibliyinin 2 əsas forması var idi:
1.Dastakert. Bu, irsi torpaq mülkü idi və onun sahibi olan iri feodal patrik adlanırdı. Zərdüşt kahinləri də iri torpaq sahələrinə malik idilər.
2.Xostak. Bu, şərti torpaq sahibliyi idi. Onun sahibi olan orta və xırda feodalları “azadlar” adlandırırdılar. Azadlar patriklərin vassalı olub hökmdarlara qoşun verməli, sarayda müəyyən vəzifə tutmalı, müharibə vaxtı alban və sasani qoşunlarının tərkibində vuruşmalı idilər. Atropatenada əvvəllər “azad icmaçı” mənasını verən dehqan indi torpaq sahibi mənasında işlənirdi.
Kəndli istismarının əsas forması vergi və mükəlləfiyyətlər idi. Sasanilər dövlətində xaraq (xərac) adlanan torpaq vergisi və gezit adlanan can vergisi əsas yer tuturdu. Xərac məhsulun üçdə birindən altıdlTbirinə qədərini təşkil edirdi. Gezit vergisi ildə bir dəfə xristianlardan və sənətkarlardan alınırdı. Sasani şahı I Xosrov (531-579) vergi toplanmasında məmur özbaşınalığına son qoymaq və toplanan vəsaitin xəzinəyə daxil olmasını təmin etmək üçün vergi islahatı keçirdi. Bu zaman torpaqlar ölçüldü, xurma və zeytun ağacları hesaba alındı. Uşaqlar, qadınlar və yaşı altmışı keçmiş kişilər can vergisindən azad edildilər. Vergilər hissələrə bölünərək üç dəfəyə ödənilməli idi. İndi vergi əvvəlki kimi məhsulun həcminə görə deyil, torpağın sahəsinə görə alınırdı. Bu isə quraqlıq illərində əhalinin vəziyyətini daha da ağırlaşdırırdı

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə