Belə bir siyasi vəziyyətdə Rusiyanın simasında Azərbaycana
daxil olan Avropa mədəniyyəti ilə uzun müddət ərzində
burada geniş yayılmış Iran-Islam mədəniyyətinin qarşı-qarşıya
durması diqqəti cəlb edir. «Hələ XIX əsrin əvvəllərində çar
Rusiyası ilə Iran monarxiyası arasında parçalanan
Azərbaycanı hər iki monarxiya tarixin səhifələrindən silərək
öz içərisində əritmək üçün məqsədyönlü və planlı işlər
görürdü» (11, 241).
Əli bəy Hüseynzadəyə qədər Azərbaycanda M.F.Axun-
dov (1812-1878), Həsən bəy Zərdabi (1832-1907) kimi ana
dilinin incəliklərinə bələd olan ziyalılar yetişmiş, «Füyuzat»
jurnalına qədər «Əkinçi» (1875-1877), «Ziya», «Ziyayi-
Qafqaziyyə» (1879-1884), «Kəşkül» (1891), «Şərqi-Rus»
(1903-1905) qəzetləri ana dilində xalqın yüksəlişinə çalışmış,
tərəqqi naminə dil, əlifba mövzusunda bir sıra sosial
problemlər meydana gətirmişdir. O vaxta qədər güclü dini
təəssüblə yaşayan Azərbaycan xalqının mənəviyyatına artıq
türkçülük duyğuları daxil olurdu. Türkçülüyün gələcəyi üçün
cəhalət və dini təəssüb ən böyük fəlakətlərdən biri idi. Dini
təəssübün, sünni-şiə çəkişmələrinin aradan qalxmasında və
xalqın mədəni səviyyəsinin yüksəlməsində Ə.Hüseynzadənin
rolu əvəzsizdir. «Azərbaycanda yaşadığı 1903-1910-cu illər
arasında müxtəlif qəzetlərdə yazıları və 1906-1907-ci illərdə
nəşr etdiyi «Füyuzat» məcmuəsiylə bütünləşən Əli bəyin yazı-
ları, söhbətləri və müəllimliyi yeni Azərbaycan türk nəslinin
ədəbi və fikri inkişafını çox dəyişmiş oldu» (1, 159).
XX yüzilin əvvəlində Azərbaycan dili sürətlə «Istanbul
türkcəsinə yaxınlaşırdı və bu prosesdə Əli bəyin redaktoru
olduğu «Həyat» (əvvəlki redaktoru Ə.Ağayev) qəzeti və
«Füyuzat» jurnalı, əsası Hacı Zeynalabdın Tağıyevin dəvəti
ilə Azərbaycana gələn Abdulla Cövdət tərəfindən qoyulmuş,
lakin sonralar Əli bəyin idarə etdiyi Füyuzat
Darülmüəlliminin tələbələri (bu böyük simanın yetişdirdiyi
gənclər) fəal iştirak edirdilər. «Türkiyədə türkçülük axımının
60
başlanması Rusiyadakı türklərin təsiri ilə bağlıdır. Bu türkçü
ziyalıların sırasında isə Ismayıl bəy Qaspıralı (Krım,), Əhməd
bəy Ağaoğlu (Azərbaycan) və Əli bəy Hüseynzadə
(Azərbaycan) ən ön yerləri tuturlar» (20, 12).
Əli bəyin türkçülük ideyaları Türkiyədə «Ittihad və
tərəqqi» partiyasının, Azərbaycanda isə Müsavat hökumətinin
yaranması ilə nəticələnmişdi. XX yüzilin əvvəlində
Azərbaycanda mətbuatın genişlənməsi ilə xalqın tələbləri –
milli məktəblərin açılması, dərs proqramlarının yeniləşib
təkmilləşməsi, dövlət məktəblərində təhsilin ana dilində
aparılması və s. qəzet, jurnal nömrələrində əks olunmaqla
qalmayaraq həyata keçirilirdi. Belə bir mütərəqqi prosesin
reallaşmasında, Qərb mədəniyyətindən istifadə ilə
köhnəlikdən uzaqlaşmaq, sünni-şiə ziddiyyətlərinin aradan
qalxması ilə mədəniyyətin inkişafında Əli bəyin adı böyük
ziyalıların adı ilə bir sırada çəkilir və o, həmin cərgədə
dayananlardan nəin-ki az iş görməmiş, hətta ideyalarının
yüksəkliyi ilə onlardan fərqlənmişdir: «Bu iş-te en böyük
gayreti gösterenler Seyid Azim Şirvani,
Zerdabi,Topçubaşı,Celil Memmed Kuluzade, Ağaoğlu Ahmed
ile Hüseyinzade Ali bey (Turan)' dır» (40,6).
Əli bəy harada yaşayıb yaradırdısa, harada çalışırdısa,
oraya bir yenilik gətirirdi. O, Türkiyə tələbələrinə Peterburq
universitetindən öyrəndiyi Mendeleyev (Mendeleyev onun
müəllimi olmuşdur) cədvəlini, Qərb metodları ilə Şərq
ədəbiyyatının təhlili yollarını təqdim edirdi. Əli bəy özü ilə
türklük ruhu gəzdirir və bu ruhu hər bir türk övladında
oyandırırdı. Onun gəlişinə qədər Türkiyədə görünməyən
hadisələr meydana çıxırdı; türk tarixi və dili ilə bağlı əsərlər
əllərdən düşmürdü, «Turan» şeri rəğbətlə qarşılanırdı.
Türklük duyğusunun yüksəlişində böyük xidməti olan
Əli bəy ilk olaraq bu duyğuları Türkiyəyə gətirmişdi. 1903-cü
ildə Azərbaycana gələndə Qafqazda milli duyğuların çox zəif
olduğu bir mərhələ yaşanırdı. Mənbələrdə Əli bəyin
61
Azərbaycana gəlməsinin müxtəlif səbəbləri qeyd olunur: 1.
«Ittihad və Tərəqqi»nin üzvü kimi təqib olunması. 2. Işləmək
üçün ucqarlara təyin olunması ilə bağlı narazılığı. 3.
Azərbaycanda türkçülüyü oyandırmaq məqsədi ilə «Ittihad və
Tərəqqi»nin tapşırığı. Lakin birinci səbəb daha inandırıcı
hesab edilir.
Əli bəyin həyatını mətbuatsız təsəvvür etmək mümkün
deyil. Ə.Hüseynzadə ilk publisistik fəaliyyətə XIX yüzilin 80-
ci illərindən başlamışdır: «Əli bəy keçən əsrin (XIX əsrin –
S.H.) sonunda Ömər Xəyyam haqqında topladığı faktları və
özünün təhlillərini sistemə salır və «Ə.H.» imzası ilə onları
A.Cövdət bəyin «Rəmazan bağçası» məcmuəsində dərc
etdirir» (3, 6).Türkiyədə nəşr olunan «Məlumat» qəzetində
çıxış etmiş, Azərbaycanda isə ilk dəfə rus dilində çap edilən
«Kaspi» qəzetində fəaliyyət göstərmiş, mənsub olduğu xalqın
hüquqlarını müdafiə edən maraqlı yazılarla tanınmışdır.
O zaman Qahirədə «Türk» qəzeti çap olunurdu və onun
səhifələrində Yusif Akçuranın «Üç tərzi-siyasət» adlı əsəri
işıq üzü görmüş və Əli bəy «Ə.Turani» imzası ilə ona
«Məktubu-məxsusə» adlı məqaləsi ilə cavab yazmışdır ki,
həmin məqalə türkçülük tarixində mühüm əhəmiyyətə
malikdir.
Əli bəyin publisistik fəaliyyəti daha çox «Həyat» qəzeti
(7 iyun 1905- 3 sentyabr -1906) və «Füyuzat» (1906-1907)
jurnalı ilə bağlı olmuşdur. Bu mətbuat orqanları türkçülük
ideyalarının oyanmasında, anadilli mətbuatın inkişafında
Azərbaycan ədəbi dilinin yüksəlişində çox böyük rol
oynamışdır. Şair R.Z.Xəndan onları «türk millətinin dan yeri»,
«türk qeyrəti» kimi qiymətləndirmişdir və tədqiqatlar göstərir
ki, «Həyat» da, «Füyuzat» da belə obyektiv qiymətə layiqdir.
Təəssüf ki, xalqın dərdlərinin tərcümanı olan «Həyat» və
«Füyuzat»ın (bəlkə onların həmqafiyə olması da təsadüfi
deyildir. Və hətta mənalarının uyğunluğunu da təsadüfi hesab
etmək olmaz) taleyi təxminən eyni olmuşdur. «Həyat» erməni
62
Dostları ilə paylaş: |