Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti Əlyazması hüququnda


ƏDƏBİYYAT ………………………………………………………. 52 GİRİŞ



Yüklə 1,49 Mb.
səhifə3/16
tarix07.01.2022
ölçüsü1,49 Mb.
#82681
1   2   3   4   5   6   7   8   9   ...   16
Bahadur - dissertation - in Azeri LAST FİNAL

ƏDƏBİYYAT ………………………………………………………. 52

GİRİŞ

Mövzunun aktuallığı:

Yarımkeçiricilərdə stimullaşdırılmış elektrik keçiriciliyinin və müxtəlif növ elektrik dayanıqsızlıqlarının tədqiqi istər praktiki, istərsə də nəzəri cəhətdən böyük maraq kəsb edir. Bu onunla bağlıdır ki, birincisi, hal-hazırda optoelektronika və mikroelektronikada bu effektlərin əsasında işləyən müxtəlif cihazlarda (məsələn, yaddaş elementləri, çeviricilər, fototriqqerlər, cərəyanın böyük daxili müqavimətə malik aşağı tezlikli rəqs mənbələri və s.) tətbiq tapırlar; ikincisi, bu halda alınmış məlumatlar artıq mövcud olan cihazların parametrlərinin yaxşılaşdırılması və yeni yarımkeçirici cihazların yaradılması üçün, həmçinin bərk cisimlərin xassələrinin və onlarda tarazlıqda olmayan elektron proseslərinin mexanizminin anlanması zəruridir.

Laylı birləşmə olan gallium selenid (GaSe) son bir neçə on illik ərzində dünyanın müxtəlif ölkələrinin tədqiqatçılarının maraq dairəsində olaraq qalır. Bu hər şeydən əvvəl onunla bağlıdır ki, həmin material irimiqyaslı xaotik fəza qeyri-bircinsliyinə malik yarımkeçiricilər üçün səciyyəvi olan qeyri-adi elektrik və fotoelektrik hadisələrinin öyrənilməsi üçün unikal bir obyektdir.



Qallium selenid monokristallarında stimullaşdırılmış keçiriciliyin və elektrik dayanıqsızlıqlarının tədqiqatının aktuallığı onunla bağlıdır ki, bu yarımkeçirici artıq bərk cisim elektronikası və yarımkeçiricilər fizikası üçün perspektivli material kimi tanınmasına baxmayaraq, onun elektron xassələrini və ümumiyyətlə, laylı yarımkeçiricilərin xassələrini təsvir edən ardıcıl nəzəriyyə yoxdur. Buna görə bu materialda elektron hadisələrin tədqiqində daha səmərəli yanaşma təcrübədə alınmış nəticələrin məlum modellərin çərçivəsində işlənməsindən ibarətdir.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə