Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»


Filtirlərin quruluşu və işləmə prinsipi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə20/39
tarix31.05.2023
ölçüsü1,07 Mb.
#114644
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

Filtirlərin quruluşu və işləmə prinsipi 
İşləmə prinsipinə görə müasir filtrləri dövri və fasiləsiz işləyən filtrlərə bölmək 
olar. Onlarda təzyiqlər fərqi yaratmaq üsullarına görə isə filtrlər vakkum altında 
işləyən və təzyiq altında işləyən filtrlərə ayırırlar. Dövri işləyən filtrlərə Nutç- 
filtrlərini, filtr presi kisəli filtrləri və s. filtrləri aid etmək olar. Nutç filtrləri şaquli 
silindrik tutumdan ibarət olub, içərisində üfiqi vəziyyətdə filtrləyici arakəsmə 
yerləşdirilir. Bu filtrlər vakkum altında, hidrostatik təzyiq altında və nasosun 
köməyilə yaradılmış təzyiq altında işləyirlər. Təzyiq altında (3 atm. qədər) işləyən 
Nutç filtrləri böyük filtrləmə sürətinə malik olurlar. Onlarda zəhərli və yanğına 
qarşı təhlükəli məhsul qarışıqlarını filtrləmək mümkündür. Filtr-preslər dövri 
filtrlərin ən geniş işlədilən növüdür. Bu filtrlər çox incə dispersli və hətta kalloid 
hissəcikli çətin filtrlənən suspenziyaları ayırmaq üçün işlədilir. 
Çərçivəli filtr-pres növbə ilə yığılmış plitə və çərçivələrdən ibarət olurlar. Piltə 
və çərçivələrin arasında filtrləyici arakəsmə qoyulur. Filtrə suspenziya təzyiq 
altında verildiyindən prosesin başlanğıcında filtrləmənin sürəti yüksək olur, lakin 
getdikcə yavaşıyır. Arakəsmənin səthində çöküntü layının qalınlığı artdıqca onun 
hidravlik müqavimətidə artır və nəticədə prosesin sürəti azalır. Bu filtrlərin müsbət 
cəhətlərindən onların böyük filtrləyici səthə malik olmalarını və hərəkət edən 
hissələrin olmalarını göstərmək olar. Mənfi cəhətlərindən isə onun istismarında əl 


əməyindən çox istifadə olunmasını göstərmək olar. Bu filtrlərin təkmilləşdirilmiş 
növü avtomatlaşdırılmış filtr-presdir. Bu filtrlərdə plitələrin sıxılması, filtrləmə, 
çöküntünün yuyulması, onun üfürülməsi, çöküntünün boşaldılması və s. 
mərhələlərin aparılması avtomatlaşdırılmışdır. 
Kisəli filtrlər müəyyən sayda filtr elementindən ibarətdir və onlar bir ümumi 
gövdənin içərisində yerləşdirilir. Hər bir element metallik karkasdan ibarət olub, 
filtrləyici parçadan tikilmiş kisənin içərisinə geydirilir. Filtr elementlərinin daxilinə 
keçən filtrat ayrıca çıxış ştuserlə çıxış yoluna yönəldilir və beləliklə filtrdən xaric 
olur. Kisələrin səthinə yığılan çöküntü isə dövrü olaraq təmizlənir. 
Kimya sənayesində əsasən fasiləsiz işləyən filtrlərdən istifadə edilir. Bu 
filtrlər suspenziyanın filtrlənməsi və alınan çöküntünün yuyulması, qurudulması, 
boşadılması və filtrləyici arakəsmənin regenerasiyası mərhələləri eyni vaxtda 
fasiləsiz olaraq həyta keçirilir. Fasiləsiz işləyən filtrlərə misal olaraq barabanlı və 
lentvari vakkum filtrləri göstərmək olar. Barabanlı vakkum-filtr fasiləsiz işləyən 
aparat olub vakkum altında işləyir və filtrlərdə filtratın ağırlıq qüvvəsilə hərəkət 
istiqaməti bir-birinin əksinə yönəldilir. Alınan təzyiqlər fərqi hesabına filtrat 
sovrularaq arakəsmənin məsamələrindən keçir, bərk hissəciklər isə həmin səthdə 
tutulur və beləliklə çöküntü layı əmələ gəlir. Çöküntü layı yuyulduqdan sonra 
bıçaqla(4) baraban səthindən çıxarılır. Bərk hissəciklərin çökməsi üçün çanaq 
mexaniki (5) ilə təchiz olunur. Xüsusən arakəsmələr vasitəsilə barabanın daxilində 
bir sıra şöbələr yaradılmışdır və onlar müxtəlif kanallarla əlaqələndirilmişdir. Bu 
kanallar vasitəsilə şöbələrdən filtrat və yuyucu su xaric edilir. Həmçinin onların 
köməyilə çöküntünü bıçaqdan (4) qabaq üfürmək üçün buxar verilir.
Belliklə baraban bir dövr etdikdə o, ardıcıl olaraq filtrləmə 
𝛼
, ilkin qurutma 
𝛽

yuma 
𝛾
, ikinci qurutma 

, sıxılmış hava ilə üfürmə 
𝜀
və buxarla regenerasiya 
𝜇
zonalarından keçir, hər bir zonada filtrləmə prosesinin müvafiq mərhələləri həyata 
keçirilir nəticədə filtrdən fasiləsiz olaraq filtrat və çöküntü alınır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə