|
![](/i/favi32.png) Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutuİnkişaf sahələri üzrə təlimin planlaşdırılması8664 mektebeqeder-kurikulum-3-6-yash2.3. İnkişaf sahələri üzrə təlimin planlaşdırılması
Məktəbəqədər təhsil müəssisələrində təlimin səmərəli təşkili
işin düzgün planlaşdırılmasından başlayır. Düzgün planlaşdırma
üçün yerinə yetiriləcək təlim işlərinin əvvəlcədən layihələşdirilməsi
xüsusi didaktik əhəmiyyət kəsb edir. Məktəbəqədər təhsil müəssisə-
lərində planlaşdırmanın, əsasən, aşağıdakı iki növündən istifadə
edilməsi zəruri hesab edilir:
İllik (perspektiv) planlaşdırma.
Həftəlik (cari) planlaşdırma.
İllik (perspektiv) planlaşdırma standartların reallaşması məq-
sədilə inkişaf sahələrinə əsasən hər yaş qrupu üçün işin planlaşdırıl-
ması üzrə aparılır. Məktəbəqədər təhsil proqramının (kurikulumu-
nun) əsas istiqamətlərinə müvafiq olaraq müəyyənləşdirilmiş həmin
sahələrin planlaşdırılmasında inteqrativlık prinsipi ciddi şəkildə
gözlənilir.
İllik (perspektiv) planlaşdırma aşağıdakı nümunəvi sxem üzrə
aparılır
Standartlar
Məşğələnin
növü
Bölmə
Mövzular
İnteqrasiya
Resurslar
Tarix
Həftəlik (cari) planlaşdırma alt standartların həyata keçirilməsi
məqsədilə ayrı-ayrı məşğələlər və məşğələdənkənar fəaliyyət sahə-
ləri (oyun, gəzinti, əyləncə, sağlamlaşdırıcı tədbirlər və s.) üzrə
aparılır.
Məşğələlərin həftəlik planlaşdırılması aşağıdakı göstəricilər
əsasında hazırlanır:
Standart:
Mövzu:
Məqsəd:
65
İnteqrasiya:
İş forması:
Dostları ilə paylaş: |
|
|