Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu


Dəyərləndirmə və qiymətləndirmənin metod və



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə47/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   43   44   45   46   47   48   49   50   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

3.4. Dəyərləndirmə və qiymətləndirmənin metod və 
vasitələri 
 
Dəyərləndirmə və qiymətləndirmə zamanı aşağıdakı metodlar-
dan istifadə olunur:
• 
Müşahidə (diaqnostika məqsədilə aparılır və davamlı qiy-
mətləndirmə vasitəsi kimi çıxış edir). 
Bu metoddan istifadə zamanı 
tərbiyəçilər uşaqların təlim fəaliyyətini izləyir, qeydlər aparır, 
uşaqların əldə etdikləri irəliləyişləri haqqında məlumatı həm 
portfolioda yerləşdirir, həm də valideynlərinə təqdim edir. Müşahi-
dələrin qeydə alınması obyektiv məlumatın toplanmasından ibarət-
dir. Bu metod uşaqların fərdi xüsusiyyətləri, ehtiyacları, qabiliy-


75 
yətləri və maraqları haqqında məlumat toplamağa imkan verir. 
Müşahidə tərbiyəçilərə müəyyən edilmiş məqsədlərə dair cəld və 
düzgün məlumat əldə etməkdə kömək göstərir. 
Müşahidələr 
gündəlik və dövri
оlmaqla iki formada aparılır: 
Gündəlik müşahidə
heç bir qaydaya tabe оlmur. Tərbiyəçi tərəfin-
dən gündəlik həyat şəraitində aparılır. Alınan nəticələr ilkin məlumatlar 
fоrmasında tоplanır.
Dövri müşahidə
uşağın oyun, təlim və əmək fəaliyyəti zamanı 
aparılır. Bu müşahidə vasitəsi ilə uşağın fəaliyyəti ardıcıl öyrənilir
nəticələrə görə anketlər dоldurulur. Müşahidə, əsasən, uşağın maraq 
və xüsusi diqqəti cəlb edən məqamlarını aşkar edir.
• 
Müsahibə
.
Tərbiyəçi uşaqlarla müsahibəni söhbət fоrmasında 
aparır. O, həmçinin bu üsuldan uşaqların dəyərləndirmə göstərici-
lərini müəyyənləşdirmək məqsədi ilə valideynlərlə aparılan iş 
zamanı da istifadə edir. Uşaq haqda ilkin məlumatın toplanması 
üçün aparılır.
• 
Şifahi sorğu
söhbət və oyunlar formasında keçirilir. Sorğu 
tərbiyəçiyə uşaqların əşyalar, hadisələr, onların xüsusiyyətləri haq-
qında mənimsədikləri bilik, bacarıqların formalaşma səviyyəsini və 
fəaliyyətlərdə tətbiqetmə bacarığını yoxlamağa imkan verir.
• 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə