Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə49/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   45   46   47   48   49   50   51   52   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

təsviri və ya gündəlik qeydlər
• 
 
iş nümunələri; 
• 
 ailə məlumatları;
• 
yaş və inkişaf səviyyəsi cədvəlləri. 
• 
inkişafa dair hesabat. 
Təsviri və ya gündəlik qeydlər. 
Bu, uşaqların fərdi və ya qrup 
şəklində fəaliyyətləri haqqında günün sonunda təəssüratların qeyd 
olunmasıdır. Onlar subyektiv xarakter daşıyır. Bu qeydlər gün 
ərzində baş verən hadisələr arasında uşaqların müəyyən nailiyyət və 
uğursuzluğunu izləməkdə faydalı ola bilər. 
 
 
 


77 
İş nümunələri.
İş nümunələrinin təhlili zamanı uşaq əvvəlcədən tərbiyəçi 
(valideyn) tərəfindən hazırlanmış хüsusi tapşırığı yerinə yetirir. 
Tapşırıq şəkil çəkmək, işarələr qоymaq, yarımçıq işi tamamlamaq
quraşdırma, yapma, riyazi əməliyyatları yerinə yetirmək, əşyalarla оyun 
və s. ibarət оla bilər. Belə tapşırıqlardan əsasən köməkçi metоd kimi 
istifadə edilir. Bir tapşırığın nəticəsi ümumi rəy üçün əsas оla 
bilməz. Bu nəticələrin digər qiymətləndirmə metodlarının nəticələri 
ilə müqayisəsi (korrelyasiyası) aparılır. 
Ailənin məlumatları.
Tərbiyəçilər və valideynlər məktəbəqədər yaşlı uşaqların təlim-
tərbiyəsi işində daim əməkdaşlıq edirlər. Bu əməkdaşlığın mühüm 
bir cəhəti kimi ailənin uşaq haqqında məlumat verməsidir. 
Tərbiyəçilər sorğudan istifadə etməklə uşaq haqqında məlumat 
toplayırlar. Açıq ünsiyyət inkişafın müxtəlif sahələrində müşahidə 
və biliyin qiymətləndirilməsi üçün ilkin şərt yaradır. 
Yaş və inkişaf səviyyəsi cədvəlləri. 
Hər yaş dövrünün sonunda 
uşaqların inkişaf səviyyələri müəyyən olunur. 
 
Uşaqların yaş və inkişaf səviyyələrinin müəyyənləşdirilməsi və 
dəyərləndirmənin mütəmadi aparılması uşaqların fərdi maraqlarına, 
öyrənmə üsullarına və bacarıqlarına cavab verən müvafiq təlim 
strategiyalarının planlaşdırılması üçün əsas üsul hesab edilir. Bu 
qiymətləndirmə sistemi təlim strategiyaları vasitəsilə tərbiyəçilərin 
əsas nələrə diqqət yetirmələrinə və uşaqların davamlı inkişaf və 
təliminə dəstək olmaqda kömək göstərir.
Məzmun standartlarında nəzərdə tutulmuş nəticələrin hamısı 
təlim prosesində reallaşdırılmalı, 
dəyərləndirmə zamanı uşaqların 
nəzərdə tutulmuş təlim nəticələri üzrə nailiyyətlərinə xüsusi diqqət 
yetirilməlidir. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə