Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə46/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   42   43   44   45   46   47   48   49   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

 
Summativ (yekun) qiymətləndirmə
məktəbəqədər təhsil pilləsində 
uşaqların ümumi təlim nəticələrinə nail olduqlarını muəyyən etmək üçün 
məktəbəhazırlıq qrupunda ildə 2 dəfə (yarımildən bir) aparılır. Hər bir 
uşağın müəyyən müddət ərzində əldə etdiyi nailiyyətləri ümumiləş-
dirmək və qiymətləndirmək, ibtidai sinif müəllimləri ilə əlaqə, ünsiyyət 
və məktəbəqədər təhsildən ibtidai təhsilə keçidin asanlaşdırılması
məqsədini daşıyır. Bu zaman uşağın il boyu proqramın bölmələri üzrə 
qazandığı nailiyyətlər ümumiləşdirilir və qiymətləndirilir. 
 
3.3. Qiymətləndirmənin aparılmasına verilən tələblər 
 
Uşaqlar təlim nailiyyətlərini müxtəlif yolla nümayiş etdirirlər. 
Münasib qaydada seçilmiş vaxt uşağın əhvali-ruhiyyəsi, verilən 
sualların xarakteri, məzmunu ilə uşağın tanışlığı, uşağın təlim dilini 
asanlıqla başa düşməsi nəticələrə əhəmiyyətli dərəcədə təsir göstərir.
Qiymətləndirmə: 
- uşaqların bilmədiklərini və ya bacarmadıqlarını aşkar etməyə 
deyil, bilik və bacarıqlarını göstərməyə xidmət edir; 


74 
-tərbiyəçilərin planlaşdırdıqları məşğələlərin və tətbiq etdikləri 
təlim strategiyalarının təcrübədə nə dərəcədə səmərəli olduğunu 
müəyyən etməyə, habelə məktəbəqədər yaşlı uşaqların nəzərdə 
tutulan təlim nəticələrinə nail olmalarını təmin etmək üçün lazım 
olan dəyişiklikləri həyata keçirməyə imkan yaradır; 
-uşaqda mənfi hisslər oyatmadan, onun özünəinamını və irəli 
getmək səylərini möhkəmləndirərək müsbət emosional şəraitdə 
aparılır; 
- uşaqların təlim fəaliyyətinə dair toplanmış müxtəlif formalı 
dəlillərə əsasən vaxtaşırı aparılır; 
- hər bir uşağın xüsusi ehtiyaclarına, öyrənmə üsuluna və 
inkişaf mərhələsinə həssaslıqla yanaşmanı əks etdirir. 
Qiymətləndirmə zamanı uşağın hərəkət və davranışları, müəy-
yən şəraitdə fəaliyyətinin nəticələri qiymətləndirmənin obyektinə 
çevrilir; qiymətləndirmə zamanı uşağın hərtərəfli inkişafı nəzərə 
alınır; uşaqlar özlərinin və yoldaşlarının nailiyyətlərinin qiymət-
ləndirilməsi prosesində iştirak edir; uşağın mövcud və əvvəlki 
nəticələri arasında müqayisə aparılır; uşağın valideynləri və təhsil 
mütəxəssisləri ilə mütəmadi əlaqə saxlanılır və tərbiyəçi hər bir 
uşağın nailiyyətlərini müntəzəm olaraq izləyir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə