Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə48/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   44   45   46   47   48   49   50   51   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

 Fəaliyyət məhsullarının təhlili.
Uşaqlar məhsuldar fəaliy-
yətin (rəsm, yapma, quraşdırma, kəsib-yapışdırma və s.) nəticələrinə 
görə qiymətləndirilirlər. Bu qiymətləndirmələrin obyektiv aparılması 
üçün həmin sahələr üzrə normalar müəyyənləşdirilir.
Məktəbəqədər 
təhsil müəssisələrində qiymətləndirmədə 
portfoliodan 
istifadə edilməsi məqsədəmüvafiqdir. Portfolio (ingilis 
dilindən tərcümədə portfel, mühüm sənədlər üçün qovluq) - uşağın 
əl işləri, fikirləşdikləri hekayələr, təsviri fəaliyyət məşğələlərinin 
nəticələri və əlavə olaraq uşağın hansısa fəaliyyətlə məşğul olarkən 
foto şəklinin, səhnələşdirmə zamanı, rol ifa edərkən foto şəkillərinin 
saxlanıldığı qovluqdur. Bu iş nümunələri valideynlərə də öz 
uşaqlarının nailiyyətlərini görməyə imkan yaradır. 


76 
Portfoliodan istifadə edərkən uşaqlara dair əldə edilən məlu-
matlar təhlil, şərh edilir və dəyərləndirilir. İl ərzində tərbiyəçilər 
uşağın inkişafı ilə bağlı qərarlarını qeyd edir və bununla da uşağın
il ərzində əldə etdiyi inkişaf dinamikasını görməyə imkan yaranır. 
Portfolio tərbiyəçilərə uşaqların inkişaf və nailiyyətlərinin 
dəyərləndirilməsinə dair qərar verməkdə bələdçilik edir. Mək-
təbəqədər yaşlı uşaqların portfoliosu uşağın ayrı-ayrı nailiyyətləri-
nin adekvat təqdim edilməsi, həmçinin onun sosial, kommunikativ, 
idrak kimi fəaliyyət növləri üzrə əldə edilən nəticələrinin nəzərə 
alınmasına görə effektiv qiymətləndirmə formasıdır. Portfolio həm 
davamlı, həm summativ qiymətləndirmə məqsədilə aparılır və 
uzunmüddətli proses hesab olunur.
Beləliklə,
 
məktəbəqədər müəssisələrdə portfolionu
 
uşağın 
imkan və bacarıqlarının, fərdi keyfiyyətlərinin inkişaf səviyyəsinin 
kompleks qiymətləndirilməsi, “inkişaf trayektoriyası”nın qurulması 
üçün fərdi nailiyyətlərin təhlilinin vasitəsi kimi müəyyən etmək 
olar.

Portfolioya aşağıdakılar daxildir:




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə