Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu


Ailələrlə əlaqə üçün aşağıdakı strategiyalardan istifadə



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə44/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   40   41   42   43   44   45   46   47   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

Ailələrlə əlaqə üçün aşağıdakı strategiyalardan istifadə 
edilməsi tövsiyə olunur: 


71 

uşaq bağçası mühiti xaricində ailələrlə uşaqların qarşılıqlı 
əlaqənin saxlanılması;

geniş perspektivlər barədə fikrini bildirmək üçün valideyn-
lərin həvəsləndirilməsi;

valideynlərin məktəbəqədər təhsil müəssisədəki fəaliyyətlə 
əlaqəsi olan və evdə istifadə edilməli resurslarla təmin edilməsi;

tərbiyəçilərin ailələri öyrənməsi üçün imkan daxilində
 
ailələrə səfərlər etmələri və valideynlərlə maarifləndirici iş 
aparmaları;

uşağın sağlamlığa dair qabaqlayıcı tədbirlər və xidmətlərlə 
(qayğı da daxil olmaqla) təmin edilməsi;

həssas ailələrə diqqət yetirilməsi. 

valideynlərin uşaqlarının inkişafı haqqında mütəmadı 
məlumatlandırılması. 
3. UŞAQ İNKIŞAFININ İZLƏNİLMƏSİ VƏ 
DƏYƏRLƏNDİRİLMƏSİ 
3.1.Uşaq inkişafının izlənilməsi 
Məktəbəqədər təhsilin proqramının (kurikulumunun) tətbiqində 
tərbiyəçilərin ən mühüm funksiyalarından biri müşahidəçi kimi 
fəaliyyət göstərməsidir. Müşahidəçi funksiyasını yerinə yetirmək 
üçün tərbiyəçi müşahidəyə vaxt ayırmalı və onun aparılmasında 
lazımi vasitələrə malik olmalıdır.
Uşağın inkişafının izlənilməsi üçün ən səmərəli yollardan biri
 
təbii şəraitdə - evdə, məktəbəqədər müəssisədə, məktəbəqədər 
müəssisədən kənar mühitdə uşağın müşahidə edilməsi
 
müşahidə 
etdiklərinə dair qeydlərin aparılmasıdır. Müşahidə və qeydlərin 
aparılması yolu ilə tərbiyəçilər uşaqlar haqqında məlumat əldə edib 
onun fəaliyyətini planlaşdırmalı, uşaqların ailəsi ilə paylaşmaq üçün 
ondan istifadə etməlidirlər. 
 


72 
Müşahidə nədir? Müşahidə uşağın məşğuliyyətinə müdaxilə 
etmədən tərbiyəçi tərəfindən seyr edilməsi prosesidir. 
Tərbiyəçilər qeydə aldıqları davranışları dəqiq təsvir etməlidir-
lər. Müşahidə olunmuş fəaliyyət və davranış nümunələri mütəmadi 
halda qeyd olunmalıdır. Bu, sənədləşdirmə prosesidir və uşaqlar 
haqqında sistemli biliklərin toplamasına şərait yaradır. Müşahidələr 
sistematik halda aparılmalıdır. Sistematik yanaşma uşaqların 
müəyyən müddət ərzində bir çox fərqli fəaliyyətlərdə iştirakı zamanı 
onların inkişafının izlənilməsinə imkan yaradır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə