Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu


IV qrup:  Uşaqlara  inək, pişik, qoyun, at, keçi, it, eşşək



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə43/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   39   40   41   42   43   44   45   46   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

IV qrup: 
Uşaqlara 
inək, pişik, qoyun, at, keçi, it, eşşək
təsviri 
olan kağızlar paylanır və bu heyvanlardan hansının
 
ot ilə qidalan-
dığını müəyyənləşdirərək, kiçik kvadratda qeyd etmək tapşırığı 
verilir.
Hər qrupdan bir uşaq təqdimat edir. Qruplar biri-birinin işi ilə 
tanış olur, fikir mübadiləsi edirlər. 
Tərbiyəçi oyun keçirir. Qrup otağında bir tərəfə ot, digər tərəfə 
ət qoyur. Sonra uşaqlara stolun üstünə qoyulmuş ev heyvanlarının 
təsviri olan atributları götürüb başlarına taxırlar. Sonra uşaqlara 
müraciət edərək, həmin heyvanın qidasının ətrafında dayanmağı 
təklif edir. Hər uşaq onda olan təsvirə əsasən həmin heyvan 
haqqında danışır (Onun səsini təqlid edir, qadalanması, insanlara 
faydası haqqında danışır). 
Məşğələnin sonunda tərbiyəçi məşğələni ümumiləşdirib, 
yekunlaşdırır.
 
2.4. Ailələrlə əməkdaşlıq. 
Uşaq məktəbəqədər təhsil müəssisəsinə gələnə qədər ailədə 
müəyyən bilik, bacarıq və vərdişlərə yiyələnir. Ona görə də ailə 
uşağın ilk tərbiyəçisi hesab olunur. Ailənin uşağın ilk tərbiyəçisi 
kimi qəbul edilməsi gələcəkdə təlim-tərbiyə prosesinin məzmunlu 
qurulması, əlverişli münasibətlərin yaranması üçün vacib amildir. 
Valideyn və tərbiyəçilərin ümumi səyləri uşaq haqqında məlumat-


69 
ların əldə olunmasına, uşağın davranışı, rəftarı, münasibətləri ilə 
bağlı fikir və mülahizələrin bölüşdürülməsinə, ən əsası, uşağın 
böyüməsi və inkişafı üçün daha əlverişli şəraitin yaradılmasına
yönəldilir.
Ailə uşağın doğulduğu, böyüdüyü və tərbiyə aldığı ilk ictimai-
mədəni ocaq olduğundan tərbiyəçilər hər bir ailənin mədəni 
dəyərlərinə də hörmətlə yanaşır, öz münasibətlərində bu amili diqqət 
mərkəzində saxlayır. Tərbiyəçilər uşaqların ailəsi və yaxınlarının 
demoqrafik problemləri, ailə üzvlərinin məşğuliyyəti, maraqları 
haqqında məlumatlar əldə edirlər.
Valideynlər uşaqlarla keçirilən bütün kütləvi tədbirlərdə, 
təlimdə, problemlərin həllində iştirak etməyə cəlb edilirlər. 
Valideynlər tərbiyəçilərlə birlikdə uşağın inkişafının stimullaşdırıl-
masında fəal iştirak edir, səy göstərirlər. Bunun üçün, ilk növbədə, 
qruplarda mənimsənilən bilik və bacarıqlar ailədə möhkəmləndirilir. 
Belə bir qarşılıqlı əməkdaşlıq uşağın əqli fəaliyyətinin zənginləş-
məsinə, özünəinamın yaranmasına, nəticə etibarilə, məktəb həyatına 
daha rahat uyğunlaşma dövrünü keçməyə təsir göstərir. Valideynlər 
uşaqların təlim fəaliyyətində iştirak etdikləri təqdirdə onların təlim 
nailiyyətləri yüksəlir. Belə bir əməkdaşlıq şəraitində valideynlər 
aşağıdakı məsələlərlə tanış olmalıdırlar: 
• uşaqların yaş xüsusiyyətləri;
• təlim-tərbiyə işinin əhəmiyyəti; 
• uşaqların fəaliyyətlərini stimullaşdıran öyrədici mühitin 
vacibliyi;
• fiziki, emosional müdafiənin təmin edilməsi, mühitin 
təhlükəsizliyinin zəruriliyi; 
• uşaqların fəallığı.
Valideynlər öz uşaqlarının inkişafı haqqında tərbiyəçidən mə-
lumat alır, uşağın inkişafını təmin etmək məqsədilə tərbiyəçilərlə 
əməkdaşlıq edirlər.
Ailə ilə məktəbəqədər müəssisənin birgə fəaliyyətində aşağı-
dakıların nəzərə alınması tövsiyə olunur: 


70 
1.
Tərbiyəçi və valideynlərin uşaqların təlim-tərbiyəsində 
tərəfdaş olması; 
2.
Tərbiyəçi və valideynlərin uşaqların təlim-tərbiyəsinin 
məqsəd və vəzifələrini bilməsi; 
3.
Tərbiyəçi və valideynlər tərəfindən uşağa kömək, hörmət və 
inamın göstərilməsi; 
4.
Tərbiyəçi və valideynlərin uşaqların tərbiyəsində kollektiv 
və ailənin tərbiyəvi imkanlarını bilməsi, uşaqlarla birgə iş zamanı 
tərbiyəvi potensialdan maksimum istifadə edilməsi; 
5.
Məktəbəqədər müəssisələr və ailənin qarşılıqlı fəaliyyətinin, 
onun aralıq və son nəticələrinin daim təhlil edilməsi.
Tərbiyəçi öz qrupunun valideynlərini yaxşı tanımalı və hər 
ailənin, hətta hər bir ailə üzvünün fərdi xüsusiyyətlərini nəzərə 
almalıdır. Valideynlərin müsbət keyfiyyətlərini, güclü tərəflərini 
müəyyən etmək, bu cəhətlərdən istifadə etmək işdə müvəffəqiyyəti 
təmin edir. Qarşılıqlı münasibətlər inamı möhkəmləndirir və 
valideynlər uşağın təhsili üçün zəruri olan imkan və vasitələrdən 
istifadə edərək müəyyən səlahiyyət əldə edirlər.
Uşaq bağçasının əsas vəzifələrindən biri uşaqların emosional 
əhvali-ruhiyyəsinin yaxşılaşması, valideynlərin tərbiyəedici təcrübə-
lərini zənginləşdirərək uşaqların məktəbə hazırlanması zamanı 
valideynlərin pedaqoji kompetensiyalarının yüksəlməsi məqsədilə 
ailələrin tərbiyə-təhsil prosesinə cəlb edilməsidir. Uşağın tərbiyəsin-
də həm bağçanın, həm də ailənin bərabər iştirakına sosial əməkdaş-
lıq kimi baxmaq lazımdır. 
Uşaq bağçalarında valideynlərlə işin səmərəli təşkili nəticəsin-
də uşaqlarda intellektual bacarıqlar formalaşmış olur. Praktiki olaraq 
bütün uşaqlar fəaliyyətin məqsədini dərk edir, onun planını nəzərdə 
tutur, adekvat üsullar seçir, nəticəni yoxlayır, işdə qarşıya çıxan 
çətinlikləri dəf edir və işi müvəffəqiyyətlə sona çatdıra bilirlər.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə