Azərbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləRİ İnstitutu



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə45/68
tarix24.12.2023
ölçüsü0,82 Mb.
#160820
1   ...   41   42   43   44   45   46   47   48   ...   68
8664 mektebeqeder-kurikulum-3-6-yash

 
3.2. Dəyərləndirmə və qiymətləndirmə
Dəyərləndirmə
məlumatların təhlili və nəticələrin çıxarılması 
prosesidir. 
Dəyərləndirmə
 
nəzərdə tutulan ümumi təlim nəticələrinə nail 
olmaqda uşağın əldə etdiyi irəliləyişi müəyyən etmək üçün 
qiymətləndirmə əsnasında toplanmış məlumatlar barədə mühakimə 
yürütməkdən və həmin məlumatları şərh etməkdən ibarətdir. 
Məktəbəqədər təhsildə 
qiymətləndirmə
 
uşaqların inkişafı, 
nailiyyətləri və xüsusi ehtiyacları haqqında məlumatın toplanması və 
təhsil 
prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət 
səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülmə-
sidir. 
Yeni qiymətləndirmə sisteminin tətbiq olunmasında məqsəd 
təlimin keyfiyyətini yaxşılaşdırmaq, tədris prosesinin səmərəliliyini 
təmin etmək, uşaq fəaliyyətinin inkişafını izləmək və istiqamətlən-
dirməkdən ibarətdir. 
Qiymətləndirmə tədris fəaliyyətinin başlanğıc nöqtəsi və 
səmərəli tədris fəaliyyətinə, qiymətləndirmədən asılı olaraq kuriku-
luma düzəlişlər edilməsinə, uşaqların inkişafı və təhsili ilə əlaqədar 
ailələrlə ünsiyyətə imkan yaradan əsas amildir. Hər hansı uşağın 


73 
nailiyyətlərinin qiymətləndirilməsi həmin uşağın təlim fəaliyyətini 
təkmilləşdirmək üçün nəzərdə tutulur. 
Məktəbəqədər təhsil müəssisələrində üç növ qiymətləndirmə-
dən istifadə edilir: 
diaqnostik (ilkin), formativ (cari) və summativ 
(yekun).
Diaqnostik (ilkin) qiymətləndirmə
sentyabr-oktyabr aylarında, 
təlim məşğələlərinin əvvəlində uşaqların ilkin inkişaf səviyyələrini, 
fərdi ehtiyaclarını müəyyənləşdirmək məqsədi ilə aparılır. 
Formativ (cari) qiymətləndirmə
 
uşaqların ümumi inkişafının 
müntəzəm izlənilməsi və istiqamətləndirilməsi məqsədilə aparılır.
«Summativ»
termini ingilis dilində «sum up», yəni müəyyən 
müddətin və ya işin yekunu, xülasəsi deməkdir. Summativ qiymət-
ləndirmə müəyyən müddət üzrə aparılmış müşahidələri əhatə edən uşağın 
inkişafının ümumiləşdirmiş xülasəsi deməkdir. Xülasələr yarımillik və 
illik hesabatlar kimi və xüsusi formatda verilir. 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə