Azərbaycan respublikasi təHSİlnaziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti “st və mks” fakultəsi “Meliorasiya və stt”


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ



Yüklə 1,1 Mb.
səhifə14/36
tarix19.05.2023
ölçüsü1,1 Mb.
#111546
1   ...   10   11   12   13   14   15   16   17   ...   36
St v mks” fakult si “Meliorasiya v stt”

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ İNŞAAT UNİVERSİTETİ

ST və MKS” fakultəsi


Meliorasiya və STT” kafedrası
Fənnin adı: Hidrologiya
Mövzu 10 : Yeraltı suların fiziki, kimyəvi tərkibi və hərəkəti.


.


Mövzuya aid suallar:
1.Yeraltı suların fiziki xassələri
2. .Yeraltı suların kimyəvi tərkibi haqqında məlumat?
3. .Yeraltı suların hərəkətincə başverir?


Məruzəçi: Aqrar elm. üzrə fəlsəfə dok. V.H.Səlimova
Qrup 330a1a2
ƏDƏBIYYAT

  1. Bağırov Ş.N., Aslanov H.Q., Hidrologiya, hidrometriya və axının nizamlanması. Dərslik, Bakı, 1982

  2. Məmmədov M.Ə., İmanov F.Ə., Mahmudov R.N., Hidrometriya.Dərslik, Bakı, 2000

  3. Məmmədov M.Ə., İmanov F.Ə., Ümumi hidrologiya.Dərs vəsaiti, Bakı, 2003

  4. B.Melikov “ Hidrologiya”.

BAKI-2021
10. Yeraltı suların fiziki, kimyəvi tərkibi və hərəkəti.


Fiziki xassələri. Torpağın və süxur təbəqəsinin daxilində su üç aqreqat halda və bir sıra formalarda ola bilər. Torpaq və süxur məsamələrində olan müxtəlif
kateqoriyalı suların öyrənilməsi sahasində .F.Lebedevin apardığı tədqiqat işləri xüsusi əhəmiyyət kəsb edir. O, torpaq və süxurların məsamələrində olan suyu aşağıdakı kateqoriyalara ayırır: buxar, hiqroskopik, pərdə, qravitasion, sülb və kristallaşmış halda olan su.
Buxar halında olan su süxurların məsamələrində, boşluqlarında və çatlarında yerləşməklə sərbəst halda hərəkət edir. Onun hərəkəti, bütün qazlarda olduğu kimi,
su buxarının elastikliyi çox olan yerdən az olan yer istiqamətində baş verir.
Su buxarının sıxlığını yerin səthində , hər hansı bir dərinlikdə isə ilə işarə etsək, onda buxarın hərəkət istiqaməti (1 e 2 e1 2 e e ) fərqindən asılı olacaqdır. Əgər e1>e2 olarsa, buxar yuxarıdan aşağı doğru hərəkət edərək kondensasiyaya uğrayır və torpağı nəmləndirir. Lakin e1Hiqroskopik su süxur hissəciklərinin səthində ayrı-ayrı molekula şəklində
yerləşir və hissəciklərin səthi ilə molekulyar qüvvənin təsiri ilə bağlı olur. Su
molekulları süxur hissəcikləri üzərində yığılır və bir-birilə birləşərək bir molekulaqalınlığında (10-7 sm ) nazik pərdə əmələ gətirir. Süxurun belə rütubətlənmə
dərəcəsi maksimal hiqroskopiklik adlanır.
Hidroskopik su molekulyar ilişmə qüvvəsinin təsirinə məruz qaldığından maye kimi hərəkət edə bilməyib, buxar halına keçdikdən sonra bir laydan digərinə
hərəkət edir. Süxur qızdırıldıqda və ya qurudulduqda hidroskopik su ondan ayrılır.
Bu əlamət onu süxurlarda olan digər kateqoriyalı sulardan kəskin surətdə fərqləndirir. Süxurda olan hiqroskopik suyun miqdarı həmin süxurun olduğu
mühitin temperaturundan, nəmliyindən və havanın təzyiqindən asılıdır.
Pərdəli su molekulyar ilişmə qüvvəsinin təsiri nəticəsində əmələ gəlir və çox nazik pərdə şəklində süxur hissəciklərini bürüyür. Su pərdəsinin qalınlığı müxtəlif ola bilər, lakin molekulyar hərəkətin radius sferasından (10-4 sm) artıq olmur.
Pərdəli su maye kimi, qalın pərdəsi olan laydan nazik pərdəyə malik olan laya doğru hərəkət edir. Pərdəli suyun hərəkəti ağırlıq qüvvəsinin təsirindən asılı
olmayaraq istənilən istiqamətdə baş verir. Süxurun nəmliyi, su pərdəsinin maksimal qalınlığına uyğun gəldikdə buna maksimal molekulyar nəmlik tutumu
deyilir.
Kapilyar su süxur boşluqlarını dodurur və səthi gərilmə qüvvəsinin təsiri ilə müəyyən hündürlüyə qalxır. Belə su yuxarıya, aşağıya və ətraflara doğru meyllik
istiqamətində hərəkət edir. Kapilyar suların qalxması üçün lazımi şərait kapilyar boru divarlarının yaş olmasıdır. Kapilyar qalxmanın hündürlüyü süxurlardakı
kapilyar boruların diametrindən və mayenin özlülüyündən asılıdır. Suyun kapilyar qalxmasının ən böyük hündürlüyü kiçik dənəvər süxurlarda (gil) müşahidə olunur.
Qravitasion su maye halında olub, süxurların böyük boşluqlarını, çatlarını doldurur və ağırlıq qüvvəsinin təsiri ilə hərəkət edir. Sülb halında su nəm süxurun temperaturu 00C-dən aşağı olduqda buz kristalları şəklində müşahidə edilir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə