73
Әmәk intizamı
2013-cü
ildә әmәk vә icra intizamına ciddi әmәl edilmәsi
mәqsәdi ilә ARDNŞ-nin
Baş ofisi vә bütün struktur bölmәlәrindә tәlәbkarlığın artırılması istiqamәtindә müvafiq
işlәrin görülmәsi davam etdirilmişdir. 2012-ci illә müqayisәdә 2013-cü ilin yekunlarına
görә nizam-intizamın vәziyyәti haqqında göstәricilәr ARDNŞ-nin müәssisәlәri üzrә
aşağıdakı cәdvәldә әks olunmuşdur:
cәdvәl XVII.4
Göstәricilәr 2012
2013
1
Әmәk intizamı pozuntularının sayı (hadisә)
4702
4859
2
Әmәk intizamını pozanlar, nәfәr 6940
6866
3 Sәbәbsiz işә çıxmayanlar
369
219
4
İstehsalat intizamını pozanlar
2717
2719
5
İcazәsiz işdәn gedәnlәr
196
234
6 Rәhbәrliyin tapşırığını yerinә yetirmәyәnlәrin sayı 2038
2102
7
İşә gecikәnlәr 317
263
8 Sәrxoş halda işә gәlәnlәr
81
45
9 Tәhlükәsizlik texnikası qaydalarını pozanlar
750
666
10 Tәnbeh olunan işçilәrin sayı
6688
6602
11 Proqul
vә başqa әmәk pozuntularına
görә işdәn azad olunmuşdur
153
76
“Әmәk veteranı” adının verilmәsi
“Әmәk veteranı” adının verilmәsi Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin
1995-ci il 22 sentyabr tarixli 216 nömrәli, 1999-cu il 24 sentyabr tarixli 150 nömrәli
qәrarlarına uyğun olaraq aparılır. Müәssisәlәrdәn “Әmәk veteranı” adının verilmәsi ilә
әlaqәdar şöbәyә daxil olan bütün sәnәdlәr bir daha yoxlanılır vә ARDNŞ-nin müvafiq
әmrlәri ilә rәsmilәşdirilir. 2013-cü ildә “Әmәk veteranı” adının verilmәsi, vәsiqәnin
dәyişdirilmәsi mәqsәdi ilә ARDNŞ üzrә 56 әmr hazırlanaraq 293 işçiyә “Әmәk veteranı”
adı verilmişdir, 2 nәfәrin vәsiqәsi dәyişdirilәrәk yenisi ilә әvәz edilmişdir. Ümumilikdә
ötәn il ARDNŞ üzrә 295 әdәd “Әmәk veteranı” vәsiqәsi
doldurulmuş vә müraciәt edәn
şәxslәrә tәqdim edilmişdir.
Rәhbәr işçi vә mütәxәssislәrin attestasiyası barәdә
Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin “Azәrbaycan Respublikasında
attestasiyanın keçirilmәsi qaydalarının tәsdiq edilmәsi barәdә” 23 may 2001-ci il tarixli
97 saylı qәrarına uyğun olaraq, 2013-cü ildә “Azneft”, “Azәriqaz”, “Azәrikimya” İB,
“Azәrneftyağ” NEZ, “Neftqaztikinti”, “Kompleks Qazma İşlәri” tresti,
“Neftqazelmitәdqiqatlayihә” İnstitutu vә İnformasiya Texnologiyaları vә Rabitә
İdarәsinin vә digәr tәşkilatlarda işçilәrin attestasiyası keçirilmişdir.
Keçәn il ARDNŞ-nin idarә vә müәssisәlәrindә nәzәrdә tutulmuş 2893 nәfәr rәhbәr
işçi vә mütәxәssislәrdәn 2350 nәfәr attestasiyadan keçmişdir. Attestasiyadan
keçәnlәrdәn 2271 nәfәr tutduğu vәzifәyә uyğun olmuş, 79 nәfәr isә uyğun olmamışdır.
Attestasiya nәticәsindә 121 nәfәrin dәrәcәsi artırılmış, 23
nәfәr başqa vәzifәyә
keçirilmiş, 22 nәfәr isә işdәn azad olunmuşdur.
Әmәk mәzuniyyәtlәrinin istifadә olunması vә әmәk qabiliyyәtinin
müvәqqәti itirilimәsi haqqında
2013-cü ildә şöbә tәrәfindәn ARDNŞ-nin Baş ofisi vә nomenklatura daxil olan
74
işçilәrinin mәzuniyyәtlәrindәn istifadә edilmәsi ilә әlaqәdar 80 müvafiq әmr vә Kadrların
İdarә Edilmәsi Komitәsinin 1232 Qәrarı hazırlanmış vә rәhbәrlik tәrәfindәn
imzalanmışdır.
2013-cü ildә ARDNŞ-nin Baş ofisinin işçilәri 782 dәfә әmәk mәzuniyyәtinә
çıxmışdır. 15 nәfәr tәhsil, 9 nәfәr (3 nәfәr hamilәliyin 22-ci hәftәsindәn) isә sosial
mәzuniyyәtdә olmuşdur. ARDNŞ-nin Baş ofisinin 22 işçisinә isә istifadә edilmәmiş әmәk
mәzuniyyәtinin әvәzinә 613 tәqvim günü kompensasiya ödәnilmişdir.
Hesabat dövrü
әrzindә 24 nәfәrә müxtәlif sәbәblәrә görә ödәnişsiz mәzuniyyәtdә olmuşlar.
01 yanvar 2014-cü il tarixә ümumilikdә ARDNŞ-nin müәssisә vә tәşkilatları üzrә
istifadә edilmәmiş әmәk mәzuniyyәtlәri günlәrinin sayı 37637, ARDNŞ-nin Baş ofisi üzrә
10249 tәqvim günü olmuşdur.
2013-cü ildә ARDNŞ-nin müәssisәlәri üzrә әmәk qabiliyyәtinin müvәqqәti
itirilmәsi ilә әlaqәdar 25062 nәfәr işçi 369444 gün işә çıxmamışdır. 2012-ci illә
müqayisәdә bu rәqәmlәr müvafiq olaraq 27831 vә 419562 olmuşdur. ARDNŞ-nin Baş
ofisi üzrә 286 nәfәr xәstәlik vәrәqәsi tәqdim etmiş vә bu sәbәbdәn onlar 2343 gün işә
çıxmamışdır. Qeyd etmәk lazımdır ki, 2012-ci ildә bu rәqәmlәr müvafiq olaraq 184
nәfәr 1862 adam-gün olmuşdur.
75
XVIII. TӘLİM VӘ İNKİŞAF
ARDNŞ-dә İnsan Resursları Departamenti fәaliyyәtә başladığı gündәn bu günәdәk
yüksәk sәviyyәli kadrların seçilmәsi, işә qәbul olunması, karyera yüksәlişinin planlaşdırılması,
peşәkarlıq sәviyyәsinin artırılması, yüksәk keyfiyyәtli tәlimlәrin, tәqaüd proqramlarının
vә yay
mәktәblәrinin tәşkili, hәmçinin insan resurslarının idarә edilmәsi üzrә digәr işlәri hәyata
keçirmişdir.
İRD-dә baxılmış vәtәndaş müraciәtlәri
Hәmin dövr әrzindә İnsan Resursları Departamentindә ümumilikdә 2424 әdәd әrizәyә,
hәmçinin 16128 elektron müraciәtә baxılmışdır. Bununla yanaşı 2687 nәfәr vәtәndaş/işçi qәbul
edilmiş, onların müraciәtlәri dinlәnilmiş, lazımi araşdırmalar aparılmış vә әtraflı
cavablandırılmışdır. Bütün daxil olmuş müraciәtlәrә “Vәtәndaşların müraciәtlәrinә baxılması
qaydası haqqında” Azәrbaycan Respublikasının 10.06.1997-ci il tarixli 314-İQ nömrәli
Qanununun tәlәblәrinә uyğun olaraq baxılmışdır.
İşә qәbul prosesi haqqında
01.01.2013 cü il tarixindәn 01.01.2014 cü il tarixinәdәk 1357 adda 2095 әdәd vakansiya
elan olunmuş vә ARDNŞ-nin www.socar.az veb-saytının “karyera” bölmәsinin “iş axtarışı”
bölümünә (http://careers.socar.az) daxil olub elan olunmuş vakansiyalar üzrә elektron
müraciәt formasını doldurmuş 79830 vәtәndaşın tәqdim etdiyi mәlumatların vakansiyanın
tәsviri formasında әks olunan tәlәblәrә uyğunluğu yoxlanılmışdır.
Bu mәrhәlәdәn keçәn 24204 nәfәrdәn 2029 nәfәri ARDNŞ işçisi
olduğu üçün test
imtahanlarından azad edilmiş, qalan 22175 nәfәr isә test imtahanlarına dәvәt edilmişlәr.
Ümumilikdә 2441 nәfәr (vakansiyaya uyğunluğun yoxlanılması mәrhәlәsindәn keçәn daxili
namizәdlәr vә test imtahanından keçәn kәnar namizәdlәr) peşә sınaq imtahanlarında iştirak
etmiş, 753 nәfәr müsbәt nәticә әldә etmiş vә işlә tәmin edilmәk üçün ARDNŞ-nin idarә vә
müәssisәlәrinә göndәrilmişdir. Ümumilikdә 2114 nәfәr (vakansiyaya uyğunluğun yoxlanılması
mәrhәlәsindәn keçәn daxili namizәdlәr vә test imtahanından keçәn kәnar namizәdlәr)
müsahibә mәrhәlәsindә iştirak etmişdir ki, onlardan da 81 nәfәri
müsbәt nәticә әldә etmiş vә
işlә tәmin edilmәk üçün ARDNŞ-nin idarә vә müәssisәlәrinә göndәrilmişdir.
Hesabat dövrü әrzindә ümumilikdә müsabiqә prosesindә (peşә sınaq imtahanı vә
müsahibә) 363 nәfәr ARDNŞ-nin Kadr ehtiyatı bazasına (KEB) daxil edilmişdir. Hesabat dövrü
әrzindә ümumilikdә 301 nәfәr Kadr ehtiyat bazasından işә qәbul edilmәk üçün ARDNŞ-nin
idarә vә müәssisәlәrinә göndәrilmişdir.
ARDNŞ-nin әmrlәrinin vә Kadrların İdarә Edilmәsi Komitәsinin müvafiq qәrarlarının
tәlәblәrinә uyğun olaraq 257 nәfәr ARDNŞ-nin rәhbәrliyinin tәqdimatı әsasında işә qәbul
edilmiş, 50 nәfәr (31 nәfәr xarici, 19 nәfәr daxili) tәqaüd proqramı üzrә işә qәbul edilmişlәr.
Cәmi 01.01.2013-cü il tarixindәn 01.01.2014-cü il tarixinәdәk 1442 nәfәr işә qәbul olunmaq
üçün ARDNŞ-nin idarә vә müәssisәlәrinә göndәrilmişdir.
Tarif-İxtisas Komissiyaları
ARDNŞ-nin müәssisә vә tәşkilatlarında keçirilmiş Tarif-İxtisas (kvalifikasiya)
Komissiyalarının iclaslarında Departament nümayәndәsinin iştirakı ilә 88 sayda Komissiyanın
iclaslarında 1747 nәfәr işçinin ӘÖD-nin dәyişdirilmәsi mәsәlәsinә baxılmış, onlardan 1402
nәfәrinin (80,2%) iddiası tәmin olunmuşdur.