78
SAP BRP sistemindә görülmüş işlәr
Departamentin digәr bir fәaliyyәt istiqamәti SAP BRP sisteminin HR modulu istiqamәtindә
yeni hesabat formalarının hazırlanması, başqa işә keçirmә әmәliyyatlarının tәnzimlәnmәsi
mәqsәdilә yeni infotiplәrin açılması, müәssisә vә tәşkilatların kadrlar şöbәlәri tәrәfindәn daxil
edilmiş mәlumatların intensiv olaraq tamlığının yoxlanılması (işçilәrin әmәyin ödәnilmәsi
dәrәcәlәrinin artırılması vә başqa işә keçirmә әmәliyyatlarının nәzarәtdә saxlanılması zamanı)
vә bu haqda onlara operativ mәlumatların verilmәsi, müvafiq operativ maariflәndirmә işlәrinin
görülmәsi, digәr struktur bölmәlәrinә lazımı mәlumatların vә statistikanın verilmәsi kimi işlәrdir.
Belә ki, 2013-cü il әrzindә SAP ERP sistemindә 11 yeni infotip, 12 statistik hesabat vә 5
yeni tranzaksiya kodu yaradılmış vә әtraflı tәlimatlarla birgә istifadәyә verilmişdir.
Karyeranın idarә olunması sisteminin tәtbiqi ilә bağlı vәzifә (peşә) funksiyaları,
tәhsil
istiqamәti, vәzifә (peşәlәr), struktur bölmәlәr üçün sahәlәr, vәzifәlәr üçün staj, tәhsil,
kateqoriya tәlәblәri, tabeçilik strukturları haqqında mәlumatlar hazırlanaraq sistemә
yüklәnmişdir.
ARDNŞ-dә Xarici vә Daxili Tәqaüd proqramları
2013-cü ildә gәnc mütәxәssislәrin hazırlanması istiqamәtindә ARDNŞ-dә Xarici Tәqaüd
Proqramına sәnәd qәbulu keçirilmiş vә proqrama müraciәt etmiş 64 nәfәrin sәnәdlәrinә
baxılmışdır. Göstәricilәri tәlәb olunan şәrtlәrә cavab verәn 47
tәlәbәnin namizәdliyi qәbul
edildikdәn sonra Xaricdә Mütәxәssislәrin Hazırlanması üzrә Komissiyaya tәqdim edilmişdir.
Komissiyanın iclaslarında ümumilikdә 47 namizәdin işinә baxılmışdır ki, onlardan 44 nәfәri
müsbәt, 3 nәfәri isә mәnfi rәy almışdır. Komissiyadan müsbәt rәy almış tәlәbәlәrdәn 7 nәfәri
müәyyәn sәbәblәrdәn proqramda iştirak etmәkdәn imtina etmişdir. Nәticәdә “tәqaüdçü”
statusunu qazanmış 37 tәlәbә ARDNŞ-nin Xarici Tәqaüd Proqramına qoşularaq dünyanın әn
nüfuzlu universitetlәrindә tәhsil almağa başlamışdır.
2013-cü ildә tәhsilini başa vurmuş mәzunlardan 4 nәfәr ARDNŞ-nin
Baş ofisindә, 2 nәfәr “Azneft” İB-dә, 1 nәfәr Azәrkimya İB-dә, 5 nәfәr İTRİ-dә,
6 nәfәr Әmәk Şәraiti Normalarının İşlәnmәsi idarәsindә, 2 nәfәr Marketinq İdarәsindә, 1 nәfәr
Bakı Ali Neft Mәktәbindә, 3 nәfәr Sәrmayәlәr İdarәsindә, 3 nәfәr
Tikilmәkdә olan Neft-Qaz
Emalı vә Kimya Kompleksinin Müdiriyyәtindә, 3 nәfәr birgә müәssisәlәrdә işlә tәmin
olunmuşdur. Digәr 5 nәfәr onlara çәkilmiş xәrci ödәyәrәk proqramdan çıxmış, 3 nәfәrә tәhsil,
tәcrübә vә hәrbi xidmәt sәbәbindәn bir illik möhlәt verilmişdir.
Bundan әlavә 2013-cü ildә Daxili Tәqaüd Proqramı üzrә sәnәd qәbulu prosesi hәyata
keçirilmişdir. Proqrama qoşulmaq üçün Azәrbaycanın 28 ali tәhsil müәssisәsindәn 2505 nәfәr
tәlәbә müraciәt etmiş, 2123 nәfәr tәlәbә proqramın tәlәb vә şәrtlәrinә uyğun gәldiyi üçün
TQDK-nın hәyata keçirdiyi test imtahanına buraxılmış vә onlardan 1904 nәfәri imtahanda iştirak
etmişdir. Komissiya üzvlәrinin müәyyәn etdiklәri müvafiq keçid balını toplayan 397 nәfәr tәlәbә
növbәti mәrhәlәyә, yәni müsahibәyә dәvәt almışlar. Müsahibә zamanı 141 nәfәr tәlәbә
tәqaüdçü
statusuna layiq görülmüş, onlardan 72 nәfәri ilk dәfә ARDNŞ tәqaüdçüsü seçilmişdir.
79
Ödәnişli Yay Tәcrübәsi proqramı
Hәmçinin 2013-cü ildә “Ödәnişli Yay Tәcrübәsi” proqramı da tәşkil edilmişdir. Proqrama
Azәrbaycanın vә xarici ölkәlәrin universitetlәrinin bakalavr vә magistratura pillәlәrindә tәhsil
alan 1073 nәfәr Azәrbaycan vәtәndaşı olan tәlәbә müraciәt etmişdir. Müraciәt edәn
namizәdlәrdәn 254 nәfәri ARDNŞ-nin idarә vә müәssisәlәrinә tәcrübә keçmәk üçün
seçilmişdir ki, onların 101 nәfәri ARDNŞ-nin tәqaüdçüsüdür.
Ödәnişli Yay Tәcrübәsi Proqramı bitdikdәn sonra “Mәnim ARDNŞ-dә Yay Tәcrübәm
2013” adlı inşa müsabiqәsi keçirilmişdir. Müsabiqә әsasında daxil olan inşalar İnsan Resursları
Departamenti, Tәlim vә inkişaf şöbәsinin ayrı-ayrılıqda 15 әmәkdaşı tәrәfindәn oxunaraq
mәntiqilik, orijinallıq, mövzuya yaradıcı yanaşma vә struktur kriteriyaları baxımından 5 ballıq
sistemlә qiymәtlәndirilmişdir. Sonda inşalara verilәn qiymәtlәr әsasında orta bal
müәyyәnlәşdirilmiş vә bu qiymәtlәndirmәyә әsasәn müsabiqәdә inşalardan 3-ü I, II vә III
yerlәrә layiq görülәrәk seçilmişdir.
SOCAR Yay Mәktәbi layihәsi
Hәr il olduğu kimi 2013-cü ildә “SOCAR Yay Mәktәbi” layihәsi hәyata keçirilmişdir. “Yay
Mәktәbi 2013” layihәsinә 36 ölkәdaxili vә xarici universitetlәrdә tәhsil alan 276 nәfәr müraciәt
etmişdir ki, onların da 31 nәfәri ARDNŞ işçisi olmuşdur. Müraciәt edәnlәrdәn ilkin şәrtlәrә
cavab verәn 210 nәfәr namizәd 15.07.2013-cü il tarixindә “SOCAR Yay Mәktәbi 2013”
layihәsi üzrә keçirilәn test imtahanlarına dәvәt edilmişdir ki, bunlardan 153 nәfәri test
imtahanlarında iştirak etmişdir. Onlardan 85 nәfәri test imtahanından müvәfәqqiyәtlә keçәrәk
müsahibәyә buraxılmışdır. Müsahibә zamanı 36 namizәd iştirakçı seçilmәk hüququ
qazanmışdır.
80
ARDNŞ-nin Tәlim Mәrkәzlәrinә qәbul
2013-cü ildә ARDNŞ-nin Tәlim Mәrkәzlәrindә, Kadr hazırlığının
tәşkili mәrkәzindә
(KHTM) 280, Dәnizdә insan hәyatının mühafizә üzrә Tәlim Mәrkәzindә (DİHMÜTM) 493, Qala
Tәlim, Tәdris Mәrkәzindә (QTTM) 29, Sumqayıt Tәlim, Tәdris Mәrkәzindә (STTM) 52 sayda
tәlim keçirilmişdir. Bu tәlimlәrdә KHTM-dә 4321, DİHMÜTM-dә 6899, QTTM-dә 773, STTM-
dә 347 nәfәr dinlәyici iştirak etmişdir.
Hәr il olduğu kimi, 2013-14-cü tәdris ili üzrә ixtisaslı fәhlә kadrların hazırlanması
mәqsәdi ilә ARDNŞ-nin Tәlim Mәrkәzlәrinә qәbul prosesi hәyata keçirilmişdir. Belә ki, TTSİ-
nin Kadr hazırlığının tәşkili mәrkәzinә vә cari ildәn istifadәyә verilәcәk Qobustan Tәlim
Mәrkәzindә 15 peşә ixtisası üzrә müsabiqәdә iştirak üçün müraciәt etmiş 1169 nәfәr
namizәddәn 350 nәfәri KHTM vә QTM-dә, Sumqayıt Tәlim, Tәdris Mәrkәzinә isә 7 peşә
ixtisası üzrә müsabiqәdә iştirak üçün müraciәt etmiş 462 nәfәrdәn 85 nәfәri Mәrkәzә qәbul
edilmişdir. 2013-cü il üzrә KHTM-ә “Qaz avadanlıqlarının istismarı vә tәmiri üzrә çilingәr”
peşәsi üzrә şagird qәbulu hәyata keçirilmişdir. Müsabiqәdә iştirak üçün müraciәt etmiş 192
nәfәr namizәddәn 30 nәfәri KHTM-ә “Qaz avadanlıqlarının istismarı vә tәmiri üzrә çilingәr”
peşәsinә qәbul edilmişdir. Dәnizdә insan hәyatının mühafizәsi üzrә tәlim mәrkәzinә 1 peşә
ixtisası - “I-II iş qrupu üzrә 4-cü dәrәcәli dalğıc” üzrә qәbul keçirilmiş vә müraciәt etmiş 204
nәfәrdәn 20 nәfәri Mәrkәzә qәbul edilmişdir. Hәmçinin, 2013-cü
ildә ilk dәfә olaraq ARDNŞ
vә “PETKİM Petrokimya Holdinq A.Ş.” Türkiyәnin İzmir şәhәrindә yerlәşәn Heydәr Әliyev
adına Texniki vә Sәnaye Peşә Liseyinә Kimya, Mexanika, Elektrik vә elektronika sahәlәrindә
müxtәlif peşәlәr üzrә şagird qәbulu hәyata keçirmişdir. Müsabiqәdә iştirak üçün müraciәt
etmiş 82 nәfәr namizәddәn 24 nәfәri Liseydә tәhsil almaq hüququ qazanmışdır.
Keçirilmiş test imtahanları
Hesabat dövrü әrzindә “İşә qәbulla bağlı” 1319 vakansiya üzrә keçirilmiş test
imtahanlarına 22175
nәfәr vәtәndaş dәvәt edilmiş, onlardan 15019 nәfәri (62.05 faizi)
imtahanlarda iştirak etmişdir. İştirakçılardan 13629 nәfәri (90.74 faizi) kişi, 1390 nәfәri (9.26
faizi) qadın iştirakçı olmuşdur. Ümumilikdә sözügedәn test imtahanlarında iştirak edәnlәrdәn
2526 nәfәri (16.81 faizi) müvәffәqiyyәt qazanaraq, növbәti mәrhәlәyә dәvәt edilmişlәr.
Növbәti mәrhәlәyә dәvәt edilәn iştirakçılardan 2370 nәfәri (93.83 faizi) kişi, 156 nәfәri (6.17
faizi) isә qadın olmuşdur.
“İşә qәbulla bağlı” keçirilәn test imtahanlarında qulluqçu vә fәhlә
kateqoriyalarına uyğun olaraq vәtәndaşlara 40 vә 20 әdәd test tapşırıqları tәqdim