Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

 
 
 
 
 
 
 
78
SAP BRP sistemindә görülmüş işlәr  
Departamentin digәr bir fәaliyyәt istiqamәti SAP BRP sisteminin HR modulu istiqamәtindә 
yeni hesabat formalarının hazırlanması, başqa işә keçirmә  әmәliyyatlarının tәnzimlәnmәsi 
mәqsәdilә yeni infotiplәrin açılması, müәssisә vә tәşkilatların kadrlar şöbәlәri tәrәfindәn daxil 
edilmiş  mәlumatların intensiv olaraq tamlığının yoxlanılması (işçilәrin  әmәyin ödәnilmәsi 
dәrәcәlәrinin artırılması vә başqa işә keçirmә әmәliyyatlarının nәzarәtdә saxlanılması zamanı) 
vә bu haqda onlara operativ mәlumatların verilmәsi, müvafiq operativ maariflәndirmә işlәrinin 
görülmәsi, digәr struktur bölmәlәrinә lazımı mәlumatların vә statistikanın verilmәsi kimi işlәrdir.  
Belә ki, 2013-cü il әrzindә SAP ERP sistemindә 11 yeni infotip, 12 statistik hesabat vә 5 
yeni tranzaksiya kodu yaradılmış vә әtraflı tәlimatlarla birgә istifadәyә verilmişdir. 
Karyeranın idarә olunması sisteminin tәtbiqi ilә bağlı  vәzifә (peşә) funksiyaları, tәhsil 
istiqamәti, vәzifә (peşәlәr), struktur bölmәlәr üçün  sahәlәr, vәzifәlәr üçün staj, tәhsil, 
kateqoriya tәlәblәri, tabeçilik strukturları haqqında mәlumatlar hazırlanaraq sistemә 
yüklәnmişdir. 
ARDNŞ-dә Xarici vә Daxili Tәqaüd proqramları 
2013-cü ildә  gәnc mütәxәssislәrin hazırlanması istiqamәtindә ARDNŞ-dә Xarici Tәqaüd 
Proqramına sәnәd qәbulu keçirilmiş  vә proqrama müraciәt etmiş 64 nәfәrin sәnәdlәrinә 
baxılmışdır. Göstәricilәri tәlәb olunan şәrtlәrә cavab verәn 47 tәlәbәnin namizәdliyi qәbul 
edildikdәn sonra Xaricdә Mütәxәssislәrin Hazırlanması üzrә Komissiyaya tәqdim edilmişdir. 
Komissiyanın iclaslarında ümumilikdә 47 namizәdin işinә baxılmışdır ki, onlardan 44 nәfәri 
müsbәt, 3 nәfәri isә mәnfi rәy almışdır. Komissiyadan müsbәt rәy almış tәlәbәlәrdәn 7 nәfәri 
müәyyәn sәbәblәrdәn proqramda iştirak etmәkdәn imtina etmişdir. Nәticәdә “tәqaüdçü” 
statusunu qazanmış 37 tәlәbә ARDNŞ-nin Xarici Tәqaüd Proqramına qoşularaq dünyanın әn 
nüfuzlu universitetlәrindә tәhsil almağa başlamışdır. 
2013-cü ildә  tәhsilini başa vurmuş  mәzunlardan 4 nәfәr ARDNŞ-nin 
Baş ofisindә, 2 nәfәr “Azneft” İB-dә, 1 nәfәr Azәrkimya  İB-dә, 5 nәfәr  İTRİ-dә,  
6 nәfәr Әmәk Şәraiti Normalarının İşlәnmәsi idarәsindә, 2 nәfәr Marketinq İdarәsindә, 1 nәfәr 
Bakı  Ali  Neft  Mәktәbindә, 3 nәfәr Sәrmayәlәr İdarәsindә, 3 nәfәr Tikilmәkdә  olan Neft-Qaz 
Emalı  vә Kimya Kompleksinin Müdiriyyәtindә, 3 nәfәr birgә müәssisәlәrdә  işlә  tәmin 
olunmuşdur. Digәr 5 nәfәr onlara çәkilmiş xәrci ödәyәrәk proqramdan çıxmış, 3 nәfәrә tәhsil, 
tәcrübә vә hәrbi xidmәt sәbәbindәn bir illik möhlәt verilmişdir. 
Bundan  әlavә 2013-cü ildә Daxili Tәqaüd Proqramı üzrә  sәnәd qәbulu prosesi hәyata 
keçirilmişdir. Proqrama qoşulmaq üçün Azәrbaycanın 28 ali tәhsil müәssisәsindәn 2505 nәfәr 
tәlәbә müraciәt etmiş, 2123 nәfәr tәlәbә proqramın tәlәb vә  şәrtlәrinә uyğun gәldiyi üçün 
TQDK-nın hәyata keçirdiyi test imtahanına buraxılmış vә onlardan 1904 nәfәri imtahanda iştirak 
etmişdir. Komissiya üzvlәrinin müәyyәn etdiklәri müvafiq keçid balını toplayan 397 nәfәr tәlәbә 
növbәti mәrhәlәyә, yәni müsahibәyә  dәvәt almışlar. Müsahibә zamanı 141 nәfәr tәlәbә 
tәqaüdçü statusuna layiq görülmüş, onlardan 72 nәfәri ilk dәfә ARDNŞ tәqaüdçüsü seçilmişdir.  


 
 
 
 
 
 
 
79
 
 
Ödәnişli Yay Tәcrübәsi proqramı 
Hәmçinin 2013-cü ildә “Ödәnişli Yay Tәcrübәsi” proqramı da tәşkil edilmişdir. Proqrama 
Azәrbaycanın vә xarici ölkәlәrin universitetlәrinin bakalavr vә magistratura pillәlәrindә tәhsil 
alan 1073 nәfәr Azәrbaycan vәtәndaşı olan tәlәbә müraciәt etmişdir. Müraciәt edәn 
namizәdlәrdәn 254 nәfәri ARDNŞ-nin idarә  vә müәssisәlәrinә  tәcrübә keçmәk üçün 
seçilmişdir ki, onların 101 nәfәri ARDNŞ-nin tәqaüdçüsüdür.   
Ödәnişli Yay Tәcrübәsi Proqramı bitdikdәn sonra “Mәnim ARDNŞ-dә Yay Tәcrübәm 
2013” adlı inşa müsabiqәsi keçirilmişdir. Müsabiqә әsasında daxil olan inşalar İnsan Resursları 
Departamenti, Tәlim vә inkişaf  şöbәsinin ayrı-ayrılıqda 15 әmәkdaşı  tәrәfindәn oxunaraq 
mәntiqilik, orijinallıq, mövzuya yaradıcı yanaşma vә struktur kriteriyaları baxımından 5 ballıq 
sistemlә qiymәtlәndirilmişdir. Sonda inşalara verilәn qiymәtlәr  әsasında orta bal 
müәyyәnlәşdirilmiş  vә bu qiymәtlәndirmәyә  әsasәn müsabiqәdә inşalardan 3-ü I, II vә III 
yerlәrә layiq görülәrәk seçilmişdir. 
SOCAR Yay Mәktәbi layihәsi 
Hәr il olduğu kimi 2013-cü ildә “SOCAR Yay Mәktәbi” layihәsi hәyata keçirilmişdir. “Yay 
Mәktәbi 2013” layihәsinә 36 ölkәdaxili vә xarici universitetlәrdә tәhsil alan 276 nәfәr müraciәt 
etmişdir ki, onların da 31 nәfәri ARDNŞ  işçisi olmuşdur. Müraciәt edәnlәrdәn ilkin şәrtlәrә 
cavab verәn 210 nәfәr namizәd 15.07.2013-cü il tarixindә “SOCAR Yay Mәktәbi 2013” 
layihәsi üzrә keçirilәn test imtahanlarına dәvәt edilmişdir ki, bunlardan 153 nәfәri test 
imtahanlarında iştirak etmişdir. Onlardan 85 nәfәri test imtahanından müvәfәqqiyәtlә keçәrәk 
müsahibәyә buraxılmışdır. Müsahibә zamanı 36 namizәd iştirakçı seçilmәk hüququ 
qazanmışdır.  


 
 
 
 
 
 
 
80
 
 
ARDNŞ-nin Tәlim Mәrkәzlәrinә qәbul 
2013-cü ildә ARDNŞ-nin Tәlim Mәrkәzlәrindә, Kadr hazırlığının tәşkili mәrkәzindә 
(KHTM) 280, Dәnizdә insan hәyatının mühafizә üzrә Tәlim Mәrkәzindә (DİHMÜTM) 493, Qala 
Tәlim, Tәdris Mәrkәzindә (QTTM) 29, Sumqayıt Tәlim, Tәdris Mәrkәzindә (STTM) 52 sayda 
tәlim keçirilmişdir. Bu tәlimlәrdә KHTM-dә 4321, DİHMÜTM-dә 6899, QTTM-dә 773, STTM-
dә 347 nәfәr dinlәyici iştirak etmişdir.  
Hәr il olduğu kimi, 2013-14-cü tәdris ili üzrә ixtisaslı  fәhlә kadrların hazırlanması 
mәqsәdi ilә ARDNŞ-nin Tәlim Mәrkәzlәrinә qәbul prosesi hәyata keçirilmişdir. Belә ki, TTSİ-
nin Kadr hazırlığının tәşkili mәrkәzinә  vә cari ildәn istifadәyә verilәcәk Qobustan Tәlim 
Mәrkәzindә 15 peşә ixtisası üzrә müsabiqәdә  iştirak üçün müraciәt etmiş 1169 nәfәr 
namizәddәn 350 nәfәri KHTM vә QTM-dә, Sumqayıt Tәlim, Tәdris Mәrkәzinә isә 7 peşә 
ixtisası üzrә müsabiqәdә iştirak üçün müraciәt etmiş 462 nәfәrdәn 85 nәfәri Mәrkәzә qәbul 
edilmişdir. 2013-cü il üzrә KHTM-ә “Qaz avadanlıqlarının istismarı  vә  tәmiri üzrә çilingәr” 
peşәsi üzrә şagird qәbulu hәyata keçirilmişdir. Müsabiqәdә iştirak üçün müraciәt etmiş 192 
nәfәr namizәddәn 30 nәfәri  KHTM-ә “Qaz avadanlıqlarının istismarı vә tәmiri üzrә çilingәr” 
peşәsinә qәbul edilmişdir. Dәnizdә insan hәyatının mühafizәsi üzrә tәlim mәrkәzinә 1 peşә 
ixtisası - “I-II iş qrupu üzrә 4-cü dәrәcәli dalğıc” üzrә qәbul keçirilmiş vә müraciәt etmiş 204 
nәfәrdәn 20 nәfәri Mәrkәzә qәbul edilmişdir. Hәmçinin, 2013-cü ildә ilk dәfә olaraq  ARDNŞ 
vә “PETKİM Petrokimya Holdinq A.Ş.” Türkiyәnin  İzmir  şәhәrindә yerlәşәn Heydәr  Әliyev 
adına Texniki vә Sәnaye Peşә Liseyinә Kimya, Mexanika, Elektrik vә elektronika sahәlәrindә 
müxtәlif peşәlәr üzrә  şagird qәbulu hәyata keçirmişdir. Müsabiqәdә  iştirak üçün müraciәt 
etmiş 82 nәfәr namizәddәn 24 nәfәri Liseydә tәhsil almaq hüququ qazanmışdır. 
Keçirilmiş test imtahanları 
Hesabat dövrü әrzindә  “İşә  qәbulla bağlı” 1319 vakansiya üzrә keçirilmiş test 
imtahanlarına 22175 nәfәr vәtәndaş  dәvәt edilmiş, onlardan 15019 nәfәri (62.05 faizi) 
imtahanlarda iştirak etmişdir. İştirakçılardan 13629 nәfәri (90.74 faizi) kişi, 1390 nәfәri (9.26 
faizi) qadın iştirakçı olmuşdur. Ümumilikdә sözügedәn test imtahanlarında iştirak edәnlәrdәn 
2526 nәfәri (16.81 faizi) müvәffәqiyyәt qazanaraq, növbәti mәrhәlәyә  dәvәt edilmişlәr. 
Növbәti mәrhәlәyә dәvәt edilәn iştirakçılardan 2370 nәfәri (93.83 faizi) kişi, 156 nәfәri (6.17 
faizi) isә qadın olmuşdur.   
“İşә  qәbulla bağlı” keçirilәn test imtahanlarında qulluqçu vә  fәhlә 
kateqoriyalarına   uyğun olaraq  vәtәndaşlara 40 vә 20 әdәd test tapşırıqları  tәqdim 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə