68
XVII. KADRLARLA İŞ
01 yanvar 2014-cü il tarixә Azәrbaycan Respublikası Dövlәt
Neft Şirkәtinin Baş
ofisi üzrә işçilәrin faktiki sayı 555 nәfәr olmuşdur. Hesabat ili әrzindә ARDNŞ-nin Baş
ofisinә 81 nәfәr işçi işә qәbul edilmişdir ki, onlardan 32 nәfәri ARDNŞ-nin
müәssisәlәrindә işlәyәn işçilәr, 49 nәfәri kәnardan işә qәbul olunanlardır. İşә qәbul
olunanlardan 8 nәfәri İnsan Resursları Departamentindә müsabiqәdәn keçәnlәr, 13
nәfәri ARDNŞ-nin Xarici Tәqaüd Proqramının mәzunlarıdır. İşә qәbul edilәnlәrdәn 6
nәfәrinә ilk iş yeri olduğuna görә әmәk kitabçası açılmışdır. Hәmin müddәt әrzindә 44
nәfәr işdәn azad olunmuşdur.
01.01.2014-cü il tarixә Baş ofisdә işlәyәnlәrdәn 189
nәfәri rәhbәr işçi, 359 nәfәri
mütәxәssis, 5 nәfәri texniki icraçılardır. O cümlәdәn 162 nәfәri qadın, 16 nәfәri
tәqaüdçü, 146 nәfәri isә yaşı 29-a qәdәr olan gәnclәrdir. Baş ofisdә işlәyәn işçilәrin
orta yaş hәddi 39-dur. Әmәkdaşlardan 531 nәfәri ali tәhsillidir, onlardan 6 nәfәri elmlәr
doktoru, 29 nәfәri isә fәlsәfә doktorudur (elmlәr namizәdi).
2013-cü ildә vәzifәyә tәyin olunma ilә әlaqәdar
ARDNŞ-nin prezidenti vә
Kadrların İdarә Edilmәsi Komitәsi tәrәfindәn 160 әmәk müqavilәsi bağlanmış, 56 nәfәrin
әmәk müqavilәsinә müvafiq dәyişikliklәr edilmişdir. Hәmin müddәt әrzindә 98 nәfәrlә
bağlanmış әmәk müqavilәsinә işçinin tәşәbbüsü ilә xitam verilmişdir.
Ümumilikdә 2013-cü il әrzindә Baş ofis vә nomenklatur ilә bağlı şәxsi heyәt üzrә
(kadr tәyinatı, başqa işә keçirilmәsi,
işdәn azad, әmәk müqavilәlәrinә dәyişiklik, vәzifә
sәlahiyyәtlәrinin hәvalә edilmәsi mәsәlәlәri) ARDNŞ-nin 57 әmri vә Kadrların İdarә
Edilmәsi Komitәsinin 387 qәrarı hazırlanaraq rәsmilәşdirilmişdir.
ARDNŞ-nin 03 iyun 2010-cu il tarixli 72 nömrәli әmrlәrinә uyğun olaraq vәzifәyә
tәyin edilmәsi ARDNŞ-nin müvafiq struktur bölmәlәri ilә razılaşdırılan 70 nәfәrin vәzifәyә
tәyin olunmasına şirkәtin müvafiq struktur bölmәlәrinin rәhbәrlәri ilә razılaşdırılmaqla
icazә verilmişdir. 3 nәfәr tәqdim olunan işçinin şәxsi işlәri vәzifәyә tәyin olunması
mәqsәdәuyğun sayılmadığından geri qaytarılmışdır.
ARDNŞ-nin Baş ofisinin işçilәrinin vә nomenklatura
daxil olan rәhbәr işçilәrin
әmәk kitabçaları Kadrlar şöbәsindә saxlanılır, onlara lazımi qeydlәr edilir vә müvafiq
qaydada uçotu aparılır.
Qeyd etmәk lazımdır ki, 2013-cü ildә Kadrlar şöbәsinә 2 mindәn çox әrizә,
müraciәt, müxtәlif mәktublar vә digәr sәnәdlәr daxil olmuşdur ki, bu sәnәdlәr baxılma
müddәtinә riayәt olunmaqla icra olunmuşdur.
ARDNŞ üzrә işçilәrin sayı, kateqoriyası, dinamikası vә kadr axımı
2013-cü ildә ARDNŞ üzrә işçilәrin sayı 5146 nәfәr azalaraq 01.01.2014-cü il tarixә
61088 nәfәr olmuşdur. İşçilәrin sayının azalması Xәzәr Dәniz Neft Donanmasının (4198
nәfәr) “Azәrbaycan Xәzәr Dәniz Gәmiçiliyi” QSC-nә vә Heydәr Әliyev adına Bakı Dәrin
Özüllәr Zavodunun işçilәrinin (511 nәfәr) “BosŞelf” şirkәtinә verilmәsi ilә әlaqәdardır.
ARDNŞ-nin digәr müәssisәlәrindә (Tәhlükәsizlik İdarәsi – 163 nәfәr, “Azәrikimya” İB –
312 nәfәr, Sosial İnkişaf idarәsi – 189) işçilәrin әhәmiyyәtli dәrәcәdә azalması әsasәn
işçilәrin sayının optimallaşdırılması istiqamәtindә aparılan işlәr
nәticәsindә olmuşdur
69
(cәmi 664 nәfәr). Şirkәtin strukturuna daxil olan müәssisәlәr üzrә işçilәrin faktiki sayı
vә ARDNŞ üzrә 2013-cü ildә işçilәrin illik orta siyahı sayı aşağıdakı cәdvәldә
göstәrilmişdir:
cәdvәl XVII.1 (nәfәr)
Müәssisәlәrin adı 01.01.2013
01.01.2014
İşçilәrin illik
orta siyahı
sayı
ARDNŞ-nin Baş ofisi
518
555
537
“Azneft” İB 16188
15995
16060
“Azәriqaz” İB 13867
11310
11662
“Azәrikimya” İB 3811
3499
3711
Geofizika vә Geologiya İdarәsi 1591
1474
1649
Neft Kәmәrlәri İdarәsi 1078
1023
1035
Marketinq vә İqtisadi Әmәliyyatlar İdarәsi 347
345
341
Sәrmayәlәr İdarәsi 44
59
45
“Azәrneftyağ” Neft Emalı Zavodu
2308
2331
2323
H.Әliyev adına Bakı Neft Emalı Zavodu
2508
2525
2492
H.Әliyev adına Bakı Dәrin Özüllәr Zavodu
677
148
172
Qaz Emalı Zavodu
665
701
669
Sosial İnkişaf İdarәsi 1232
1043
1450
Tәhlükәsizlik İdarәsi 3832
3669
3908
Ekologiya İdarәsi 382
456
385
Qaz İxrac İdarәsi 155
3017
2470
İnformasiya Texnologiyaları vә Rabitә İdarәsi 1068
1085
1053
Xәzәr Dәniz Neft Donanması 4373
0
4076
“ Neftqaztikinti” Tresti
5269
5454
5318
“Kompleks Qazma İşlәri”
Tresti
3929
3869
3889
“Neftqazelmitәdqiqatlayihә” İnstitutu
1214
1198
1157
“Әmәk şәraiti normalarının işlәnmәsi” idarәsi 107
107
104
Azәrbaycan Neft Tәsәrrüfatı” jurnalının redaksiyası 21
22
21
Tәlim, Tәdris vә Sertifikatlaşdırma İdarәsi 217
303
254
Fontana Qarşı Dağmәdәnxilasetmә Hәrbilәş-dirilmiş Hissә 170 166
168
Dalğıc vә Qәza-xilasetmә İşlәri İdarәsi 535
567
548
Karbamid zavodu
22
22
22
Bakı Ali Neft Mәktәbi 42
64
49
ARDNŞ-nin beynәlxalq layihәlәri üzrә şirkәtlәr 64
81
-
CӘMİ: 66234
61088
65568
01 yanvar 2014-cü il tarixә ARDNŞ üzrә işçilәrin tәrkibi aşağıdakı kimi olmuşdur:
cәdvәl XVII.2
İşçilәrin faktiki sayı
61088 (100%)
O cümlәdәn: fәhlәlәr
rәhbәr işçilәr
mütәxәssislәr
texniki icraçılar
qadınlar
tәqaüdçülәr
ali tәhsillilәr
41676 (68,2%)
7917 (13,0%)
10983 (18,0%)
512 (0,8%)
10928 (17,9%)
4523 (7,4%)
19011 (31,1%)
2013-cü ildә ARDNŞ-nin müәssisәlәrinә
9420 nәfәr işә qәbul olunmuşdur.
O cümlәdәn: