Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

 
 
 
 
 
 
 
63
 
Qrafik XVI.2 
 
 
Qrafik XVI.3 
 
2013-cü hesabat ili әrzindә “Neftqazelmitәdqiqatlayihә”  İnstitutu
 
öz fәaliyyәtindә 
Azәrbaycan Respublikasının "Dövlәt müәssisәlәri haqqında qanunu"nu, ARDNŞ-nin 
Qәrar vә  Qәtnamәlәrini,  Әsasnamә  vә  Әmrlәrini,  İnstitutun qüvvәdә olan 
Nizamnamәsini rәhbәr tutmuşdur.  
 
“Neftqazelmitәdqiqatlayihә”  İnstitutunun 2013-cü il üzrә yerinә yetirdiyi faktiki 
işlәr.  
“Neftqazelmitәdqiqatlayihә”  İnstitutu  gәlir vә  xәrclәr smetasına  әsasәn 2013-cü 
ildә elmi-tәdqiqat vә layihә-axtarış-konstruktor (ETLAK) işlәri üzrә 28600,0 min manat 
(ARDNŞ üzrә tematik plana әsasәn 26835,5 min manat +Xarici tәşkilatlar üzrә 


 
 
 
 
 
 
 
64
1764,5 min manat)  plana qarşı 33371,9 min manat hәcmindә, o cümlәdәn (ARDNŞ-nin 
müәssisәlәri üzrә 31417,9 min manat + Xarici tәşkilatlar üzrә 1954,0 min manat)  işi öz 
qüvvәsi,  410,9 min manat iş isә kәnar tәşkilatlar tәrәfindәn icra etmişdir. 
 
 
Qrafik XVI.4 
 
 
Elmi-tәdqiqat işlәri üzrә 2013-cü ildә institut tәrәfindәn ARDNŞ-nin müәssisәlәri 
üzrә 14491.0 min manat hәcmindә 105 mövzu üzrә iş icra edilmişdir.  
Layihә-axtarış-konstruktor işlәri üzrә 2013-cü ildә institut tәrәfindәn ARDNŞ-nin 
müәssisәlәri üzrә 16926.9 min manat hәcmindә 326 mövzu üzrә iş icra edilmişdir. 
 
İnstitut tәrәfindәn «Azneft» İB üzrә 9353,0 min manat hәcmindә 83 mövzu, 
ARDNŞ-in digәr müәssisәlәri üzrә 5138,0 min manat hәcmindә 22 mövzu vә  ARDNŞ-ә 
daxil olmayan digәr müәssisәlәr üzrә 706,7 min manat hәcmindә 11 mövzu üzrә  iş 
yerinә yetirilmişdir. 


 
 
 
 
 
 
 
65
cədvəl XVI-3 
“Neftqazelmitәdqiqatlayihә" İnstitutunun 2013-cü ildә ETİ üzrә işlәrin hәcmi min 
manat 
"Azneft" İB üzrә 9353,0 
ARDNŞ-nin digәr müәssisәlәri üzrә 5138,0 
ARDNŞ-yә daxil olmayan digәr müәssisәlәr üzrә 706,7 
Cәm 
15197,7 
 
 
Qrafik XVI.5
 
Layihә-axtarış  işlәri üzrә plan tapşırıqları 126 % yerinә yetirilmişdir. Belә ki, 
14424,1 min manata qarşı 18174,2 min manat hәcmindә layihә-axtarış-konstruktor 
(LAK) işlәri yerinә yetirilmişdir.   
2013-cü ildә sifarişçi tәşkilatlarla layihә-axtarış işlәri üzrә 462 sayda 23785,7 min 
manat hәcmindә layihә tapşırıqlara  әsasәn müqavilә  vә  sәnәdlәr paketi 
razılaşdırılmışdır.  
4204,0 min manat hәcmindә LAK işlәri üzrә 56 iş 2012-ci ildәn 2013-cü ilә keçici 
işlәrdir. 
10751 min manat dәyәrindә 186 sayda iş ''Azneft'' İB-nin müәssisәlәri üzrә icra 
edilmişdir ki, bu da yerinә yetirilmiş LAK işlәrinin 59,3 % -ni tәşkil edir.  
ARDNŞ-ә daxil olan digәr müәssisәlәrin sifarişi  әsasında 6175,0 min manat 
dәyәrindә 140 sayda, ARDNŞ-ә daxil olmayan digәr vә xarici firmalar üzrә 1247,4 min 
manat dәyәrindә 30 müqavilә  әsasında ( BP Eksploration Limited (AİOC), BP 
Eksploration Limited (Şhah Deniz), “Bahar Enerji” MMC , “Ümid SOCAR”, Black SEA 
Terminal OOO, McDermoot Caspian Contractors, “Petrovietnam Engineerinq 
Konsultancy)  layihә-axtarış işlәri yerinә yetirilmişdir.  
 


 
 
 
 
 
 
 
66
 
Qrafik XVI.6 
   
 
Qrafik XVI.7 
Hesabat ilindә institut üzrә ümumi gәlir 33371,9  min manat tәşkil etmişdir. İşlәrin tam 
maya dәyәri 26548,0 min manat, başqa sözlә ümumi iş hәcminin 80,0 %-ni tәşkil etmişdir. 
İnstitut üzrә әsas xәrclәri әmәyin ödәnilmәsi (42.96%), bütün sığortalar üzrә ayırmalar 
(9.15 %) , amortizasiya ayırmaları (12.80 %) vә sair xәrclәr (13.43 %)  tәşkil etmişdir. 
 
Yeni texnika  
   “Azneft”  İB-nin  2012-ci il 21 dekabr tarixli  396  saylı  әmrinә  әsasәn   2013-cü ildә 
istehsalatın sәmәrәliliyinin artırılması  mәqsәdilә neftqazcıxarma idarәlәrindә, “Muradxanlı” 
irilәşdirilmiş neft mәdәnindә  vә Qaz anbarlarının istismarı idarәsindә yeni texnika vә 
texnologiya işlәrinin tәtbiqi planlaşdırılmışdır.  İl  әrzindә 436 obyektdә  tәtbiqi nәzәrdә 
tutulmuş 36 adda tәdbirlәr toplusu  “Neftqazelmitәdqiqatlayihә” institutunun 24, “Neftin, 
qazın geotexnoloji problemlәri vә kimya” institutunun 1, “OİL & Gas ProServ” MMC-nin 1, 
ARDNŞ-nin “Nanotexnologiyalar” departamentinin 4 işlәmәlәri, hәmçinin “Azneft” İB 
aparatının 3 vә  NQÇİ-lәrin 3 tәklifi әsasında formalaşdırılmışdır.  
2013-cü ildә “Neftqazelmitәdqiqatlayihә” İnstitutunun  “Azneft İB–nin NQÇİ-dә 2013-
cü il әrzindә 231 tәtbiq obyektindә planlaşdırılmış 24  adda yeni texnika vә texnologiya 


 
 
 
 
 
 
 
67
tәdbirinә qarşı, 324 obyektdә 19  tәdbir tam yerinә yetirilmişdir. 5 tәdbir lazımi avadanlıq vә 
reagentlәrin alınmaması  sәbәbindәn yerinә yetirilmәmişdir. Plandan әlavә 3 tәtbiq işi, 93 
quyu әmәliyyatı artıq keçirilmişdir. İl әrzindә nәzәrdә tutulmuş 4421 + 1050 әlavә + 8221 
ekv = 13672 ton әlavә neft әvәzinә 7695 + 9177 әlavә + 12455 ekv=29333 ton әlavә neft 
әldә edilmişdir.  
“Azneft”  İB  2013-cü il әrzindә 436 tәtbiq obyektindә planlaşdırılmış 36  adda yeni 
texnika vә texnologiya tәdbirinә qarşı, 511 obyektdә 24  tәdbir tam, 4 tәdbir qismәn yerinә 
yetirilmişdir. 8 tәdbir lazımi avadanlıq vә reagentlәrin alınmaması  sәbәbindәn yerinә 
yetirilmәmişdir. Plandan әlavә 75 quyu әmәliyyatı artıq keçirilmişdir.  İl  әrzindә  nәzәrdә 
tutulmuş 4845 ton әlavә neft әvәzinә 7282 ton әlavә neft әldә edilmişdir.  
ARDNŞ-nin nailiyәtlәrinin tәbliğ olunmasında, sahә üzrә elmi-texniki yeniliklәrin, 
qabaqcıl xarici tәcrübәnin öyrәnilmәsindә beynәlxalq sәrgi vә konfranslarda iştirakının 
müstәsna әhәmiyyәti vardır. 
Bununla  bağlı 5-8 iyun 2013-cü ildә  Bakı şәhәrindә әnәnәvi olaraq keçirilmiş “Xәzәr 
Neft, Qaz, Neftayırma vә Neftkimyası”  20-ci Yubiley Beynәlxalq Sәrgi-Konfransını xüsusilә 
qeyd etmәk lazımdır. ARDNŞ bu Sәrgi-Konfransın tәşkilindә vә keçirilmәsindә yaxından iştirak 
etmişdir. Sәrgidә ARDNŞ-nin pavilyonunda Şirkәtin fәaliyyәtini, әldә etdiyi nailiyyәtlәrini әks 
etdirәn eksponat, maket vә yenilәşmiş bukletlәr nümayiş etdirilmişdir. 
Bundan  әlavә ARDNŞ 2013-cü ildә 12 Beynәlxalq konfransda iştirak etmiş  vә 10 
konfrans vә seminarın keçirilmәsini tәşkil etmişdir. 
2013-cü ildә  şirkәtin fәaliyyәtini, texniki-iqtisadi göstәricilәrini  әks etdirәn buklet, 
broşura vә ARDNŞ-nin 2012-ci il üçün “İllik hesabat 2012”, “2012 Davamlı inkişaf haqında 
Hesabat” vә “Maliyyә Hesabatı 2012” adlı hesabatlar nәfis  şәkildә hazırlanmış, nәşri tәşkil 
edilmiş vә müvafiq tәşkilatlara vә yuxarı orqanlara çatdırılmışdır.  
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə