Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

 
 
 
 
 
 
 
85
XX.  EKOLOGIYA
 
 
Dәnizdә vә quruda neft-qaz yataqlarında ekoloji monitorinq işlәri 
2013-cü il әrzindә  dәnizdә  vә quruda neft-qaz yataqlarının kәşfiyyatı  vә 
işlәnmәsindә, o cümlәdәn müәssisә  vә  tәşkilatların fәaliyyәt sahәlәrindә  Әtraf Mühitә 
Tәsirinin Qiymәtlәndirilmәsi (ӘМТQ) vә ekoloji problemlәrin hәlli istiqamәtindә ilkin 
mәrhәlә olaraq Ekoloji Monitorinq işlәri aparılmışdır. 
2013-ci il әrzindә ümumilikdә obyektlәr üzrә 462 ekoloji monitorinq işi hәyata 
keçirilmişdir ki, bunlardan 309-u quruda, 153-ü isә  dәnizdә yerlәşәn obyektlәrdә 
aparılmışdır. 
Kompleks Tәdqiqatlar Laboratoriyasına daxil olan nümunәlәrin ümumi sayı – 5388 
әdәd, aparılmış ümumi analizlәrin sayı isә – 41958 әdәd olmuşdur. Nümunәlәrin 4232 
әdәdi dәnizdәn, 1156 әdәdi isә quruda yerlәşәn obyektlәrdәn götürülmüşdür. 
22 aprel 2013-cü il tarixli "Ekologiya İdarәsinin mütәxәssislәrinin ARDNŞ-nin 
müәssisә  vә  tәşkilatlarına tәhkim edilmәsi haqqında" 133 nömrәli  әmrin icrası ilә 
әlaqәdar ARDNŞ-in müәssisә vә tәşkilatlarına tәhkim olunmuş mütәxәssislәr tәrәfindәn 
il әrzindә 185 ekoloji monitorinq aparılmışdır. 
 
Ekoloji normativ sәnәdlәrin hazırlanması üzrә görülmüş işlәr: 
2013-cü ildә Ekologiya İdarәsi tәrәfindәn müәssisә  vә  tәşkilatlar üçün 20 әdәd 
“Ekoloji pasport”, 44 әdәd “Atıla Bilәn Tullantı  Hәddi”, 4 әdәd “Buraxıla Bilәn Axıntı 
Hәddi”, 90 әdәd “Tәhlükәli Tullantıların pasportu” olmaqla ümumilikdә 158 әdәd 
normativ sәnәd hazırlanmışdır. 
Bundan başqa 2013-cü il әrazindә Ekologiya İdarәsi bir sıra kәnar tәşkilatların elan 
etdiyi tender sorğularında iştirak etmiş  vә 2012-ci ildә  İdarәnin qalib olduğu tender 
sorğuları üzrә ӘMSTQ sәnәdlәrinin hazırlanması işlәri hәyata keçirilmişdir.  
Belә ki, 2013-cü il әrzindә ARDNŞ vә “ConocoPhillips Exploration Azerbaijan Ltd.” 
(ConocoPhillips) şirkәti arasında Azәrbaycan Respublikasının әrazisindә quruda iki ölçülü 


 
 
 
 
 
 
 
86
(2D) seysmik işlәrin aparılması üzrә Әtraf Mühitә Tәsirlәrin Qiymәtlәndirilmәsi (ӘMTQ) 
sәnәdinin tәrtib olunması işlәri yekunlaşmışdır. 
“TOTAL E&P ABSHERON B.V” şirkәti tәrәfindәn elan edilmiş “Geofiziki vә 
Geotexniki  İşlәrin  Әtraf Mühitә  vә Sosial Sahәyә  Tәsirlәrinin Qiymәtlәndirilmәsi 
(ӘMSTQ) sәnәdi tәrtib olunmuş vә ETSN ilә razılaşdırılaraq sifarişçiyә tәhvil verilmişdir. 
2013-cü il әrzindә Azneft İB-nin sifarişi әsasında “Günәşli” yatağında quraşdırılması 
nәzәrdә tutlan 7 nömrәli DDÖ üçün ӘMSTQ sәnәdinin hazırlanması ilә  әlaqәdar DDÖ-
nün yerlәşәcәyi  әrazidә ilkin vәziyyәtin qiymәtlәndirilmәsi aparılmış  vә  sәnәdin digәr 
bölmәlәrinin hazırlanması istiqamәtindә işlәr hәyata keçirilmişdir. 
2013-cü il әrzindә ARDNŞ-in tapşırığına  әsasәn Sabunçu rayonu әrazisindә inşa 
edilәn Bakı Olimpiya Stadionunun tikintisi vә istismarı dövrü üçün ӘMSTQ sәnәdi 
hazırlanmış vә yekun sәnәd ETSN-ilә razılaşdırılmışdır. 
Qeyd olunanlar ilә paralel 2013-cü il әrzindә Ekologiya İdarәsi kәnar tәşkilatlar 
tәrәfindәn elan olunmuş 5 tender sorğusunda iştirak etmişdir: 
1.
 
“Total E&P Absheron B.V” şirkәti tәrәfindәn 12 aprel 2013-cü il tarixindә elan 
olunmuş “3D/4C Seysmik Kәşfiyyat  İşlәrinin  Әtraf Mühitә  vә Sosial Sahәyә 
Tәsirlәrinin Qiymәtlәndirilmәsi (ӘMSSTQ)” sәnәdinin hazırlanması; 
2.
 
BP Exploration şirkәti tәrәfindәn 29 may 2013-cü il tarixindә göndәrilmiş “Әtraf mühit 
üzrә laboratoriya xidmәtlәrinin göstәrilmәsi” barәdә tender
3.
 
BP Exploration şirkәti tәrәfindәn 06 dekabr 2013-cü il tarixindә Ekoloji Sağlamlıq vә 
Sәnaye Gigiyenası üzrә Laboratoriya xidmәtlәrinin göstәrilmәsi barәdә tender; 
4.
 
“Total E&P Absheron B.V” şirkәti tәrәfindәn 05 noyabr 2013-cü il tarixindә elan 
olunmuş “İlkin Sosial Vәziyyәtin Tәdqiqi” layihәsi üzrә tender; 
5.
 
“Bahar Energy Operating Company Limited” şirkәti tәrәfindәn 02 avqust 2013-cü il 
tarixindә elan olunmuş Tullantıların  İdarә Olunması üzrә xidmәtlәrin göstәrilmәsi 
barәdә tender; 
CİS sistemindә İdarә olunan ekoloji Elektron Mәlumat Bazası 
2013-cü il әrzindә Abşeron yarımadasında neft-qaz çıxarma idarәlәrinin fәaliyyәt 
zonalarında aparılan monitorinq işlәri çәrçivәsindә  әldә edilәn mәlumatların elektron 
operativ informasiya bazasında yerlәşdirilәrәk, bazanın yenilәşdirilmәsi, mövcud 
mәlumatların isә arxivlәşdirilmәsi işlәri hәyata keçirilmişdir. 
İstilik Effekti Yaradan Qazların Azaldılması üzrә  hәyata keçirilәn 
tәdbirlәr 
ARDNŞ-nin 24.04.2008-ci il tarixli, 68 nömrәli әmrinin icrası ilә әlaqәdar olaraq, 
Ekologiya  İdarәsinin aidiyyәti strukturları ilә birlikdә ARDNŞ-nin struktur bölmәlәrindә, 
ӘŞ vә BM-dә 2012-ci il üzrә “BMT-nin İqlim Dәyişmәlәri haqqında Çәrçivә Konvensiyası” 
ilә  tәnzimlәnәn  İstilik effekti yaradan qazların (İEYQ), atmosferә atılan zәrәrli 
maddәlәrin inventarlaşdırılması aparılmış vә hesabatlar hazırlanaraq ARDNŞ rәhbәrliyinә 
tәqdim edilmişdir.  
Bundan  әlavә cari il әrzindә “ARDNŞ  vә ARDNŞ-nin iştirak etdiyi layihәlәrdә 
atmosferә atılan sәmt qazının azaldılması üzrә Plan”ın icra vәziyyәtini yoxlamaq üçün 
tәşkilatlarda monitorinq işlәri aparılmış vә müvafiq hesabatlar hazırlanmışdır. 
İEYQ mәnbәlәrindәn ayrılan qazların miqdarının tәyini üçün instrumental ölçmә 


 
 
 
 
 
 
 
87
işlәri aparılmış, “Siyәzәnneft” NQÇİ-dә ölçmә  işlәrinin nәticәlәrinә  әsasәn qaz yığımı 
üçün layihә ideyası hazırlanmışdır. 
ARDNŞ-nin müәssisә  vә  tәşkilatlarında, hәmçinin  ӘŞ  vә BM-dә “BMT-nin 
Davamlı Üzvi Çirklәndiricilәr haqqında” Stokholm Konvensiyası ilә  tәnzimlәnәn 
maddәlәrin inventarlaşdırılması  işlәri aparılmış  vә hesabat hazırlanaraq ARDNŞ 
rәhbәrliyinә tәqdim edilmişdir.  
İnventarlaşdırma nәticәsindә, Konvensiyaya әsasәn istehsal markalarına görә, 
tәrkibindә PXB-li yağın ümumi çәkisi 3824 kq olan avadanlıq aşkar edilmişdir.  
Avtonәqliyyat vasitәlәrindәn atmosferә atılmaların azaldılması 
ARDNŞ-in idarә  vә müәssisәlәrinin istifadәsindә olan avtonәqliyyat 
vasitәlәrindәn atmosfer havasına atılan zәhәrli qazların ölçülmәsi vә atmosferә 
atılmaların normativlәrә uyğunluğuna nәzarәti tәmin etmәk üçün 2013-cü il әrzindә ilkin 
vә tәkrar olaraq cәmi 5887 әdәdi ekoloji müayinәdәn keçirilmişdir.  
Ekoloji müayinәlәr zamanı 4170 әdәd nәqliyyat vasitәsi mövcud normalara 
uyğun, 1717 әdәd nәqliyyat vasitәsi isә mövcud normalara uyğun olmamışdır. Hәmin 
nәqliyyat vasitәlәrindәn 5118 әdәdi ilkin olaraq ekoloji müayinәdәn keçirilmişdir ki, 
onlardan 3915 әdәdi mövcud normalara uyğun, 1203 әdәdi isә mövcud normalara 
uyğun olmamışdır.  
Tullantıların İdarә Olunması üzrә görülmüş işlәr 
2013-cü ildә Ekologiya İdarәsinin sifarişi  әsasında Neftqazelmitәdqiqatlayihә 
İnstitutu tәrәfindәn hazırlanmış Tullantı Mәrkәzinin yenidәnqurulması” layihәsi әsasında 
Mәrkәzdә әsaslı tәmir-tikinti vә quraşdırma işlәri hәyata keçirilmişdir. 
ARDNŞ-in idarә vә müәssisәlәrinin fәaliyyәt sahәlәrindә formalaşan tullantıların 
emalı, onların әsaslı şәkildә idarә olunması üsullarının seçilmәsi vә “Tullantı Mәrkәzi”nin 
müasir tәlәblәrә uyğun yenidәn qurulması istiqamәtindә layihәlәndirmә işlәrinin hәyata 
keçirilmәsi mәqsәdilә “Tullantı  Mәrkәzinin genişlәndirilmәsi layihәsi çәrçivәsindә 
quraşdırılması  nәzәrdә tutulan avadanlıqların spesifikasiyası” sәnәdi hazırlanmışdır. 
ARDNŞ  tәrәfindәn tәsdiq olunmuş spesifikasiya sәnәdinә uyğun olaraq Tullantı 
Mәrkәzinin genişlәndirilmәsinә dair Layihә tapşırığı hazırlanmış  vә ARDNŞ-ә  tәqdim 
olunmuşdur. 
2013-cü il әrzindә Tullantı  Mәrkәzinә 19758,03 ton qazma şlamı  vә 29 növ 
olmaqla 585,626 ton istehsalat tullantısı qәbul edilmişdir. 
Hәyata keçirilәn yaşıllaşdırma işlәri 
 Ekologiya  İdarәsi tәrәfindәn 2013-cü il әrzindә ARDNŞ-in müәssisә  vә  tәşkilatlarına 
73389  әdәd müxtәlif növ ağac kol bitkilәri verilmiş, 48 müәssisәnin yaşıllıq zolağı 
salınmış 400 ha әrazisindә  әkilmiş 574434 әdәd ağac-kol vә gül bitkilәrinә müvafiq 
aqrotexniki mәslәhәt xidmәtlәri göstәrilmişdir. 
Bundan әlavә 2013-cü il әrzindә 77485 әdәd çiling, 476,4 kq isә toxum tәdarük 
olunmuşdur. 
Ekoloji Park layihәsi 
İl әrzindә Eko-parkın әrazisindә ümumi sahәsi 15562 m² olan, 60 lәkdәn ibarәt 
Açıq şitilxana sahәsindә yaşıllaşdırma işlәri davam etdirilmiş vә 165000-dәn artıq ağac-
kol tinglәrinә il әrzindә aqrotexniki qulluq işlәri lazımi sәviyyәdә aparılmışdır.  
Açıq  şitilxana sahәsindә  hәr birinin sahәsi 200 – 350 m²  olan lәklәrdә 8000-ә 
qәdәr müxtәlif növlü ağac tinglәri - Eldar şamı, Hәmişәyaşıl sәrv, Avropa zeytunu, 
Daryarpaq İydә, Evkalipt vә s. bitkilәr yetişdirilmişdir.  
Eko-Parkın, Qapalı şitilxana hissәsindә il әrzindә 697963 әdәd ağac-kol vә gül bitkilәrinin 
toxumları  әkilmiş, qapalı  şitilxananın oranjereya şöbәsindә 1155 әdәd otaq güllәri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə