Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

 
 
 
 
 
 
 
76
Başqa işә keçirmәlәr 
ARDNŞ-nin birbaşa tabeliyindә olan struktur bölmәlәrdә hәyata keçirilәn 15814 başqa işә 
keçirmә  әmәliyyatının qanunvericiliyin (VTİSK) vә ARDNŞ-nin daxili normativ sәnәdlәrinin 
tәlәblәrinә uyğunluğu yoxlanılmışdır.  
Karyeranın İdarә olunması prosesi 
ARDNŞ-nin müәssisә  vә  tәşkilatlarında karyeranın idarә olunması proseslәrinin vahid 
formada vә beynәlxalq standartların tәlәblәrinә uyğun olaraq tәnzimlәnmәsini tәmin etmәk 
mәqsәdi ilә “ARDNŞ-dә karyeranın idarә olunması haqqında” Qaydaların layihә versiyası 
hazırlanmış  vә layihәnin pilot versiyasının ARDNŞ-nin  İnformasiya Texnologiyaları  vә Rabitә 
İdarәsi ilә Ekologiya İdarәsindә tәtbiq edilmişdir.  
Belә ki, ilk öncә karyeranın idarә edilmәsi proseslәrinin avtomatlaşdırılması üzrә yaranmış 
zәrurәt nәzәrә alınaraq Ekologiya İdarәsi vә İTRİ-dә prosesin avtomatlaşdırılması üçün zәruri 
olan mövcud tәhsil istiqamәtlәri müәyyәnlәşdirilmiş, vәzifәlәr sahәlәr üzrә, dәniz vә quru şәraiti 
üzrә qruplaşdırılmış, vәzifәlәr üzrә  tәlәb olunan iş stajları sistemin tәlәblәri üzrә 
kataloqlaşdırılmışdır.  
Hәmçinin prosesin hazırlıq mәrhәlәsindә hәr iki müәssisә üzrә ümumilikdә işlәyәn 1449 
nәfәrin tәhsil, iş stajı, nizam-intizam vә yaş göstәricilәri tәhlil edilmiş vә nәticәdә ilkin seçim 
meyarlarına cavab verәn 505 nәfәr işçi prosesdә iştirak etmәk hüququnu qazanmışdır.  
XFQ nәticәsindә  236 nәfәri ixtisas üzrә  tәlim ehtiyacı olan, 1 nәfәri mәmnunluq 
sorğusunda iştirak edәcәk işçi vә hәr bir struktur bölmә (şöbә, sex, sahә vә s.) üzrә әn yüksәk 
bal toplamış 83 nәfәr işçi tәhkimçi rәhbәr qismindә müәyyәnlәşdirilmişdir. 
9 fevral - 7 mart 2013-cü il tarixlәrindә biliklәrin yoxlanılması mәrhәlәsi keçirilmiş vә bu 
mәrhәlәyә keçid almış 217 iddia etdiklәri vәzifәlәr üzrә test imtahanlarında iştirak etmişdir. 
Test imtahanını müvәffәqiyyәtlә vermiş 63 nәfәrdәn 58 nәfәri ehtiyat işçi qismindә 
müәyyәnlәşdirilmişdir ki, onların da 11 nәfәrinin daxili tәlimçi kimi fәaliyyәtinin mümkünlüyü 
nәzәrdә tutulmuşdur.  
Növbәti mәrhәlәdә isә Karyeranın idarә edilmәsi sistemin ARDNŞ-nin digәr müәssisә vә 
tәşkilatlarında tәtbiqi ilә bağlı olaraq SAP BRP sistemi ilә inteqrasiya edilmiş vә veb üzәrindәn 
tәtbiq edilәcәk proqram tәminatının texniki tapşırığı hazırlanaraq ARDNŞ-nin  İnformasiya 
Texnologiyaları vә Rabitә İdarәsinә tәqdim edilmişdir. 
Hazırlanmış proqram tәminatına uyğun olaraq proqram tәminatının istifadәsini 
rahatlaşdıracaq “Karyeranın idarә edilmәsi – Yaddaş Kitabçası” hazırlanaraq çap üçün ARDNŞ-
nin İnformasiya Texnologiyaları vә Rabitә İdarәsinә tәqdim edilmişdir. 
Bundan әlavә olaraq proqram tәminatının istifadәsinin asanlaşdılırlmasının tәmin edilmәsi 
mәqsәdi ilә proqram tәminatının hәr bir mәrhәlәsi ilә bağlı olaraq video çarxlar hazırlanaraq 
ARDNŞ-nin korporativ saytından keçidi olan “Azәrbaycan Respublikası Dövlәt Neft Şirkәti İnsan 
Resurslarının İdarә Edilmәsi Portalına” әlavә edilmişdir.  
Proqram tәminatı ilә bağlı görülәcәk işlәr yekunlaşdıqdan sonra ARDNŞ  rәhbәrliyinin 
göstәrişinә uyğun olaraq ARDNŞ-nin digәr 7 müәssisәsindә (Heydәr  Әliyev adına Bakı Neft 
Emalı Zavodu, “Azәrikimya”  İstehsalat Birliyi, “Azәrneftyağ” Neft Emalı Zavodu, Qaz Emalı 
Zavodu, Әmәk Şәraiti Normalarının İşlәnmәsi İdarәsi, Tәlim Tәdris vә Sertifikatlaşdırma İdarәsi, 
“Neftqazelmitәtqiqatlayihә”  İnstitutunda) sistemin tәtbiqinә start verilmiş  vә  aşağıda qeyd 
olunanlar icra edilmişdir:  
7 müәssisә üzrә karyeranın idarә edilmәsi sisteminin tәtbiqi ümumilikdә 10771 işçini 
әhatә etmişdir. Onlardan 5006 nәfәr işçi ilkin seçim meyarlarının tәlәblәrini ödәyәrәk 
Karyeranın idarә edilmәsi sistemindә iştirak etmә hüquq qazanmışdır vә sistemdә iştirak etmә 
hüququ qazanmış işçilәrin 54 %-i sistemdә iştirak etmişdir.  
Ümumilikdә karyeranın idarә edilmәsi sistemindә iştirak etmiş 2718 nәfәr işçidәn 1965 
nәfәr biliklәrin yoxlanılması mәrhәlәsindә, 40 nәfәr mәmnunluq sorğusu keçirilәcәk işçilәr 


 
 
 
 
 
 
 
77
kateqoriyasında, 707 nәfәr işçi ixtisas tәlimlәrindә  iştirak edәcәk işçilәr kateqoriyasında vә 6 
nәfәr işçi isә fәrdi inkişaf tәlimlәrindә iştirak edәcәk işçi qismindә müәyyәnlәşdirilmişdir. 
Mәmnunluq sorğuları 
İşçilәrin mәmnunluq sәviyyәsinin vә loyallığının ölçülmәsi, hәmçinin işçi axıcılığına tәsir 
edәn faktorların müәyyәnlәşdirilmәsi vә qarşısının alınması istiqamәtindә müvafiq tәdbirlәrin 
görülmәsi mәqsәdilә  “Azneft” İstehsalat Birliyinin işçilәri arasında mәmnunluq sorğusu 
keçirilmişdir. 
Sorğuda “Azneft” İstehsalat Birliyi üzrә ümumilikdә 1672 nәfәr (11,72%) işçi iştirak 
etmişdir ki, onlardan 1461 nәfәri kağız vasitәsilә, 211 nәfәri isә elektron üsulla (web vasitәsilә) 
sorğunu doldurmuşlar. Sorğuda iştirak edәn 1672 işçidәn 891-i (53,26 %) qulluqçu (rәhbәr işçi 
istisna olmaqla), 782-si (46,74%) isә fәhlә kateqoriyasına aiddir. 
Hәmçinin “Azneft” İstehsalat Birliyindә, keçirilәn sorğu ilә yanaşı  İnsan Resursları 
Departamenti vasitәsilә ARDNŞ-ә  işә  qәbul edilmiş  vә öz tәşәbbüsü ilә  işdәn çıxmış  işçilәr 
arasında da sorğu keçirilmişdir. Sorğu 113 nәfәr arasında telefon vasitәsilә keçirilmişdir. 
Bildiyiniz kimi, karyeranın idarә edilmәsi sistemi hal-hazırda ARDNŞ-nin “Azәrikimya” 
İstehsalat Birliyi, Heydәr  Әliyev adına Bakı Neft Emalı Zavodu, “Azәrneftyağ” Neft Emalı 
Zavodu, “Neftqazelmitәdqiqatlayihә”  İnstitutu, Qaz Emalı Zavodu, Tәlim, Tәdris vә 
Sertifikatlaşdırma  İdarәsi vә  Әmәk  Şәraitinin Normalarının  İşlәnmәsi  İdarәsindә  tәtbiq 
edilmәkdәdir. Bununla bağlı olaraq, proses çәrçivәsindә  işçilәrin mәmnunluq sәviyyәsinin vә 
loyallığının ölçülmәsi, hәmçinin işçi axıcılığına tәsir edәn faktorların müәyyәnlәşdirilmәsi vә 
qarşısının alınması istiqamәtindә müvafiq tәdbirlәrin görülmәsi mәqsәdilә tәrәfimizdәn hazırda 
karyeranın idarә edilmәsi sisteminin tәtbiq edildiyi müәssisә  vә  tәşkilatların işçilәri arasında 
mәmnunluq sorğusu keçirilmişdir. 
Sorğuda qeyd olunan 7 struktur bölmә üzrә ümumilikdә 1312 nәfәr işçi iştirak etmişdir ki
bu da iştirak etmiş  işçilәrin tәmsil etdiklәri strukturların işçilәrinin 12,15 %-ni tәşkil edir. 
Sorğuların 1140 әdәdi kağız vasitәsilә, 172 әdәdi isә elektron üsulla (web vasitәsilә) 
doldurmuşdur. Sorğuda iştirak edәn 1312 işçidәn 831-i (63,34%) qulluqçu (rәhbәr işçi istisna 
olmaqla), 481-i (36,66%) isә fәhlә kateqoriyasına aiddir. 
Eyni zamanda, hәmin müәssisәlәrdә ARDNŞ-ә yeni işә qәbul edilmiş vә azı iki ay işlәmiş 
işçilәr üçün nәzәrdә tutulmuşdur. Bu sorğu ARDNŞ-ә  işә  qәbul edilmiş  işçilәrin 
mәmnunluğunun ölçülmәsi mәqsәdilә hazırlanmışdır. Qeyd edilәn sorğuda bu günә qәdәr 116 
nәfәr iştirak etmişdir. 
Digәr sorğu ARDNŞ-dә  işlәmiş  vә öz tәşәbbüsü ilә  işdәn azad edilmiş  işçilәr üçün 
hazırlanmışdır. Bu sorğu kadr axıcılığına tәsir edәn faktorların müәyyәnlәşdirilmәsi vә onların 
aradan qaldırılması istiqamәtindә müvafiq tәdbirlәrin hәyata keçirilmәsi mәqsәdilә keçirilmişdir. 
Sorğu qeyd olunan 7 müәssisә  vә    Karyeranın idarә edilmәsi sisteminin pilot layihәsinin 
keçirildiyi Ekologiya İdarәsi vә İnformasiya Texnologiyaları vә Rabitә İdarәsindә keçirilmişdir. 
Sorğu 115 nәfәr arasında telefon vasitәsilә keçirilmişdir. 
Hәmçinin ARDNŞ-dә Tarif-İxtisas Komissiyaları üzrә proseslәrin tәkmillәşdirilmәsi mәqsәdi 
ilә müәssisә vә tәşkilatlarda fәaliyyәt göstәrәn müvafiq komissiyalarda iştirak edәn işçilәr üçün 
hazırlanmışdır. Bu sorğuda hal-hazıra kimi 424 nәfәr işçi iştirak etmişdir. 
Sorğularda iştirak edәnlәrin cavablarına istinad edәrәk SPSS (Sosial Elmlәr üçün Statistik 
Paket) proqramı vasitәsilә müvafiq statistik mәlumatlar hazırlanmış  vә cavablar müqayisәli 
şәkildә tәhlil edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə