Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   31   32   33   34   35   36   37   38   39

 
 
 
 
 
 
 
96 
 
 
 
 
 
 
 
 
 
                                        
 
 
 
 
 
 
 
 
                                                                 
cәdvәl XXI.3 (manat) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
s/s 
Göstәricilәr  
ölçü 
vahidi 
2012-ci 
ilin 
müvafiq 
dövrü 
üzrә  
2013-cü il  
 
keçәn 
illә müqayisә  
 
dekabr 
 
Ilin әvvәlindәn 
fakt plan fakt fәrq faiz plan  fakt  fәrq faiz fәrq faiz 
1 Malların tәqdim edilmәsindәn,  
iş görülmәsindәn vә xidmәtdәn 
әldә olunan Gәlir 
 
manat 
 
149702556
 
13140366 
 
28637208
 
15496842 
 
2,2 d. 
 
155028295
 
195216153
 
40187858
 
125,9
 
45513597
 
130,4 
2 Xәrc manat 
144712175 12221854 54501696 42279842 4,5 
d. 145677253 183244505 37567252 125,8 38532330
126,6 
3 Sair 
gәlir manat 
16054428 7861378 -9925210 
 
  17292486 17836103
543617 103,1
1781675 111,1 
4 Balans 
Mәnfәәti manat 
21044809 8779890 -35789698
 
  26643528 29807751 3164223 111,9
8762942 141,6 
5 Yükdaşıma  
ton 
605169 47295 39862 -7433 84,3 
600000 
553851 
-46149 
92,3 
-51318 91,5 
6 Gәmi saatı saat 
572447 42195 49737  7542 117,9 
511344 
582744 71400 
114,0
10297 101,8 
7 Istehlak 
fondu 
manat 
57931055 4951302 4167532 -783770  84,2 59005566 57533126 -1472440 97,5 -397929 99,3 


 
 
 
 
 
 
 
97
Qeyd etmәk lazımdır ki, aparılmış struktur dәyişikliklәri ilә bağlı XDND-nin 
tabeliyindә olan Dalğıc vә  Qәza-Xilasetmә  İşlәri  İdarәsi 2013-cü ilin noyabr ayından 
birbaşa ARDNŞ-nin tabeliyinә verilmişdir. 
Dalğıc xidmәti işlәrinin vaxtında aparılmasına, yeni sualtı texnikanın alınması, 
sınaqdan keçirilmәsi vә  tәtbiqi ilә bağlı  işlәrin görülmәsinә  nәzarәt edilmişdir. Dalğıc 
xidmәtinin fәaliyyәtini reqlamentlәşdirәn normativ sәnәdlәrin tәtbiqi tәmin olunmuşdur. 
Dalğıc vә sualtı-texniki işlәr üzrә 2013-cü ildә: neft hasilatının fasilәsiz tәminatı ilә 
әlaqәdar hidro-texniki qurğulara dalğıc xidmәti, sualtı dәniz magistral, mәdәndaxili boru 
vә DDÖ-lәr arası  kәmәrlәrin tәmiri, hidrotexniki qurğuların, dәniz stasionar özüllәrin 
tәdqiqi, dәnizi çirklәndirәn mәnbәlәrin aradan qaldırılması, gәmilәrin gövdә  vә digәr 
sükanaltı hissәlәrinin, pәr-sükan qurğularının tәmizlәnmәsi vә  tәdqiqi, dәniz 
obyektlәrindә  qәza-xilasetmә xidmәtinin tәşkili, quyu şaxtalarının bәrkidilmәsi vә 
tәdqiqi, DDÖ-nün metal konstruksiyalarının, sualtı boru kәmәrlәrinin, onların dik 
dayaqlarının, elektrik kabellәrinin vә şaxtaların heyәtsiz sualtı aparatla  tәdqiqi vә s. kimi 
işlәr hәyata keçirilmişdir.  
2012-ci ildә 2 әdәd Mobil Dalğıc Kompleksi alınmışdır. Onlardan 1 әdәdi 2012-ci 
ildә istifadәyә verilmişdir, 2013-cü ilә digәrinin istifadәyә verilmәsi üçün layihә sәnәdlәri 
hazırlanmışdır,  kompleksin “General Ә.Şıxlinski” kran gәmisindә quraşdırılması ilә bağlı 
hazırlıq işlәri davam etdirilir. Eyni zamanda sualtı boru xәtlәrinin tәmiri zamanı  kәsmә 
işlәrinin yeni texnologiyaya uyğun hәyata keçirilmәsi üçün 2012-ci ildә alınmış almaz 
xәlifәli buraz qurğusunun 2013-cü ildә davamlı olaraq istismar olunması  tәmin 
olunmuşdur. 
Xәzәr Dәniz Neft Donanmasında dәnizdә  tәhlükәsiz üzmә xidmәti ilә  әlaqәdar 
Beynәlxalq Dәniz Tәşkilatının qәbul etdiyi Konvensiyaların, milli standartların vә s. 
normativ sәnәdlәrdәn irәli gәlәn tәlәblәrә әsaslanaraq, gәmilәrin tәhlükәsiz istismarının 
tәmin edilmәsi, ilk növbәdә  dәnizdә insan hәyatının qorunması, baş vermiş  qәza 
hadisәlәrinin yaranma sәbәblәrinin aradan qaldırılması, hәmçinin dәnizin ekoloji 
cәhәtdәn çirklәnmәsinin qarşısının alınması  mәqsәdilә donanmada müvafiq tәdbirlәrin 
hәyata keçirilmәsinә  nәzarәt edilmişdir. Donanmanın mәsul işçilәri cәlb edilmәklә 
gәmilәrdә heyәt üzvlәrinin gәminin davamlılığı  uğrunda mübarizәyә  vә ekstremal 
vәziyyәtlәrә hazır olmaları mәqsәdilә “Ümumgәmi hәyәcanı” (o cümlәdәn-yanğın vә su 
ilә mübarizә üzrә), “Bortun arxasında adam”, “Bort” hәyәcanı (gәmini tәrk edәn zaman) 
tәlimlәri keçirilmiş, araşdırmalar aparılaraq müvafiq tövsiyәlәr verilmişdir.  
XDND-dә  gәmi sürücülәri vә  gәmi mexaniklәri üçün keçirilmiş yoxlama test 
imtahanlarında Baş ofisin mütәxәssislәri fәal iştirak etmәklә bu sahә üzrә yaranmış 
çatışmazlıqların aradan qaldırılmasına yaxından kömәklik göstәrilmişdir. 
Donanmanın gәmilәrini ahәngdar vә stabil istismar etmәk mәqsәdilә dәnizçiliklә 
bağlı  qәbul edilmiş  vә hazırda qüvvәdә olan Beynәlxalq Konvensiyaların vә Milli 
qanunların, әmrlәrin tәtbiq edilmәsinә nәzarәt etmәklә yanaşı, Azәrbaycan Respublikası 
Dövlәt Dәniz Administrasiyası  tәrәfindәn gәmilәrә verilmiş “Minimum Heyәt Tәrkibi 
Haqqında”  şәhadәtnamәyә müvafiq olaraq, gәmilәrin dәnizә  çıxması zamanı minimum 
heyәt tәrkibinin tәmin olunması  vә  gәmi sürücülәrinin sertifikatlarının “DHSNÇ-78/95” 
Beynәlxalq Konvensiyasının tәlәblәrinә müvafiq olaraq tәmin olunmasına nәzarәt 


 
 
 
 
 
 
 
98
edilmişdir. 2013-cü ildә donanmada 3 qәza vә  qәzayönümlü hadisә baş vermişdir. 
(2012-ci ildә 7 qәza hadisәsi baş vermişdir). 
 ARDNŞ-nin  İnsan Resursları Departamentindә donanmaya tәlәb olunan üzәn 
heyәt üzvlәrinin (gәmi sürücülәri vә mexaniklәrinin) vә dalğıc üzrә mütәxәssislәrin işә 
qәbulu ilә bağlı keçirilәn müsabiqәdә Baş ofis mütәxәssislәrinin iştirakı tәmin edilmiş vә 
lazımı tövsiyәlәr verilmişdir. 
 Beynәlxalq  İdarәetmә Standartları (BİS) istiqamәtindә görülәn  әn önәmli 
addımlardan biri dә dünyanın qabaqcıl ölkәlәrindә  işlәyәn  İSO seriyalı beynәlxalq 
idarәetmә standartlarının Xәzәr Dәniz Neft Donanmasında tәtbiq edilmәsidir. Belә ki, 
İSO 9001:2008 Keyfiyyәtin  İdarәetmә Sistemi (KİS),  İSO 14001:2004 Ekoloji 
Menecment sistemi (EMS) 2007-ci ildәn, OHSAS 18001:2007 Peşә  Tәhlükәsizliyi vә 
Әmәyin Mühafizәsi Menecment Sistemi (PTӘ MMS) 2008-ci ildәn donanmada tәtbiq 
edilmişdir. 2013-cü ildә  Xәzәr Dәniz Neft Donanmasında vә struktur bölmәlәrindә 
Beynәlxalq  İSO 9001\İSO14001/OHSAS 18001 standartlarının resertifikasıya 
(yenilәnmәsi) aparılmış struktur dәyişikliklәri ilә bağlı işlәr davam etdirilmişdir. Baş ofis 
mütәxәssislәrinin vә XDND-nin BİS qrupunun iştirakı ilә mütәmadi olaraq bölmәlәrdә vә 
struktur idarәlәrdә daxili yoxlamalar aparılmış, aşkar olunmuş çatışmazlıqlarla bağlı 
tәdbirlәr görülmüşdür. 
 Üzmә vasitәlәrinә  tәlәb olunan profilaktika vә  әsaslı  tәmir işlәrinin görülmәsi 
üçün tәmir proqramının hazırlanmasına, tәmirin әksәr hallarda Donanmanın Gәmi Tәmiri 
Zavodunda  (GTZ)  görülmәsinә, GTZ-dә  mümkün olmadıqda tender keçirilmәklә kәnar 
tәşkilatlarda aparılması üçün müvafiq müqavilәlәrin bağlanmasına kömәklik 
göstәrilmişdir. Tәmir  әrәfәsindә mütәmadi olaraq yoxlamalar keçirilmiş, bu mәqsәdlә 
aparılan müşavirәlәrdә tәmir işlәrinin sürәtlәndirilmәsi mәqsәdilә tәkliflәr verilmişdir.  
 Mövcud 
gәmilәrin tәmiri vә modernlәşdirilmәsi üzrә  tәklif vә  rәylәr verilmişdir. 
2013-cü ildә 38497247,9 manat, o cümlәdәn ARDNŞ müәssisәlәrindә 20094713,6 
manat mәblәğindә  tәmir işlәri yerinә yetirilmişdir. (Gәmi Tәmiri Zavodunda - 
18369119,0 manat, tәmir emalatxanalarında – 1725594,6 manat), kәnar tәşkilatlarda 
isә 18402534,3 manat mәblәğindә tәmir işlәri görülmüşdür.  
2013-cü il әrzindә 68 gәmi tәmir olunmuşdur.  İstismardan çıxarılmadan illik 
hәcmindә 39 gәmi Registrә tәqdim edilmiş, tәrsanә tәmiri hәcmindә isә 9 gәmi Registrә 
tәhvil verilmişdir.  
2012-ci ildә isә 39987971,8 manat o cümlәdәn öz müәssisәlәrimizdә 20658478,1 
manat mәblәğindә tәmir işlәri yerinә yetirilmişdir. (Gәmi Tәmiri Zavodunda 19013073,0 
manat, tәmir emalatxanalarında isә 1725594,6 manat), kәnar tәşkilatlarda  isә 
19329493,7 manat mәblәğindә tәmir işlәri görülmüşdür.   
Әmәyin mühafizәsi vә  tәhlükәsizlik texnikası qaydalarına riayәt olunması, dalğıc 
işlәrinin görülmәsi, gәmilәrin istismarı  vә  sәrnişinlәrin daşınması  әrәfәsindә baş verә 
bilәcәk qәza hallarının qarşısının alınması mәqsәdilә obyektlәrdә yoxlamaların aparılması 
vә bununla bağlı müvafiq tövsiyәlәrin verilmәsi hәyata keçirilmişdir. Qәza hadisәlәrinin 
tәhqiqatında Baş ofis mütәxәssislәrinin iştirak etmәlәri tәmin olunmuşdur.  
2013-cü ildә istehsalatla әlaqәdar bәdbәxt hadisә baş vermәmişdir. 2012-ci ildә 
isә 1 bәdbәxt hadisә baş vermişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə