Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   31   32   33   34   35   36   37   38   39

 
 
 
 
 
 
 
94
müxtәlif tәyinatlı üzәn vasitәlәr silinmişdir: o cümlәdәn XDND-nin balansından 26 
әdәd, NQT-trestinin balansından 1 әdәd (“Kәrәçi, N5/8). Hesabat ilindә XDND-nin 
balansına 2 әdәd gәmi qәbul olunmuşdur (tәchizat yedәk gәmisi “Barra” vә yedәk 
gәmisi “SOCAR-1”).  
 
01.01.2014-cü il tarixinә XDND-nin balansında 65 layihә üzrә ümumi balans 
dәyәri 842279,03 min manat, yükgötürmә qabiliyyәti 76367,8 ton vә 349269,5 at 
gücünә malik 190 әdәd üzәn vasitәlәri vardır. Bunlardan 20-2500 ton yükqaldırma 
qabiliyyәtinә malik olan 21 әdәd kran gәmisi, 18 әdәd tәchizat-yedәk gәmisi, 7 әdәd 
“Vixr” tipli vә 1 әdәd kater yanğınsöndürәn, 3 әdәd böyük sәrnişin, 26 әdәd “PS”, 
“PSK” vә “MPK” tipli kiçik sәrnişin gәmilәri, 2 әdәd sualtı boru xәtti çәkәn, 5 әdәd 
mühәndis-geoloji, 9 әdәd dalğıc, 7 әdәd maye yük daşıyan, 9 әdәd yedәk vә liman 
tәyinatlı yedәk, 5 әdәd neft mәhsulları  vә çirklәnmiş fekal suları  yığan, 70 әdәd 
müxtәlif tәyinatlı xidmәt katerlәri, barjalar, 3 әdәd üzәn tәrsanә  vә 4 әdәd tәmir 
emalatxanası tәşkil edir. XDND-dә istismar olunan gәmilәrin orta yaş hәddi 29,6 ildir.  
Kran, xüsusi tәyinatlı, tәchizat-yedәk, sәrnişin, geoloji-kәşfiyyat, dalğıc 
gәmilәrinin istismar müddәtlәrinin başa çatması ilә  әlaqәdar onların istismar 
әrәfәsindә texniki sәbәbdәn tez-tez sıradan çıxmaları halları baş verir. Bu da öz 
növbәsindә  gәmilәrin Beynәlxalq Dәniz Registr tәlәblәrinә uyğun istismar 
edilmәlәrindә  çәtinliklәrin yaranması ilә  nәticәlәnir. Donanmada uzun müddәt 
istismarda olan gәmilәrin  Beynәlxalq standartlara vә müasir tәlәblәrә cavab verәn 
yenilәri ilә    әvәz olunmasının zәruriliyi ilә bağlı “Bakı  Gәmiqayırma Zavodu”nun 
fәaliyyәtә başlamasını  nәzәrә alaraq, dәniz nәqliyyatı  şöbәsinin vә XDND 
mütәxәssislәrinin birgә iştirakı ilә vacib hesab edilәn müxtәlif tәyinatlı yeni gәmilәrin 
2013-2025-ci illәr üzrә tikilmәsi proqramı hazırlanmışdır. 
 2013-cü 
ildә zavod bir әdәd 50 tonluq dartıcı qüvvәyә malik yedәk gәmisinin 
tikintisini bitirmiş  vә  Xәzәr Dәniz Neft Donanmasına tәhvil verilmişdir. Bunlardan 
әlavә zavod Xәzәr Dәniz Neft Donanması ilә 5 әdәd sәrnişin gәmisinin tikintisinә vә 
alqı-satqısına dair müqavilә imzalamışdır. 60 vә 100 tonluq kran, 60 metr dәrinlikdә 
işlәyә bilәn dalğıc gәmilәrinin layihәsi üzәrindә işlәr davam etdirilir. 
Dәniz  şelfindә neft-qaz çıxarılması ilә bağlı müxtәlif növ xidmәtlәrin hәyata 
keçirilmәsi mәhz donanmanın iştirakı ilә aparılmışdır. Buna seysmik vә geoloji 
axtarışı, blokların daşınması  vә estakadaların tikilmәsini, neft-qaz quyularının 
qazılmasını, dәniz obyektlәrinin abadlaşdırılmasını, istismar dövründә  tәmir işlәrinin 
tәmin olunmasını, dәniz obyektlәrinin yanğından mühafizәsini, dәnizdә neft-qaz 
kәmәrlәrinin çәkilmәsini, dәniz neftçilәrinin iş yerlәrinә çatdırılmasını, yanacaq-sürtkü 
yağlarının, kimyәvi reagentlәrin daşınmasını, sualtı-texniki, qәza-xilasetmә dalğıc 
işlәrini vә s. aid etmәk olar. Qeyd olunmuş işlәrin gündәlik yerinә yetirilmәsindә, iş 
ahәngdarlığının pozulmaması üçün aidiyyәti üzrә  şirkәtin müvafiq şöbәlәri ilә 
mәslәhәtlәr aparmış  vә lazımı  işlәrin görülmәsi üçün tәdbirlәr görülmüşdür. Bu 
mәqsәdlә ARDNŞ-nin tabeliyindә olan idarә  vә müәssisәlәrә xidmәt göstәrәn 
gәmilәrin istismarına nәzarәt güclәndirilmiş, boş dayanmaların qarşısının alınması 
üçün müvafiq göstәrişlәr verilmişdir. Eyni istiqamәtdә yüklәrin aparılmasında 
gәmilәrin sayının minimuma endirilmәsi, dәnizdә neft-qaz çıxarma özüllәrindә 


 
 
 
 
 
 
 
95
gәmilәrdәn düzgün istifadә olunması, fırtınalı hava şәraitindә  gәmilәrin dәnizә 
çıxmalarının mәhdudlaşdırılması kimi tәdbirlәrin hәyata keçirilmәsi nәticәsindә 
gәmilәrin sәmәrәli istismarına vә dizel yanacağının sәrfinin azaldılmasına nail 
olunmuşdur. 2013-cü ildә XDND-yә ayrılmış 33000 ton miqdarında dizel yanacağı 
fonduna qarşı faktiki 29019,5 ton d/y sәrf olunmuşdur (3980,5  ton d/y az sәrf 
olunmuşdur). 
Donanmada “Uzaq mәsafәdәn tanınma vә  İzlәmә” sistemi tәtbiq edilmәklә 
gәmilәrin hәrәkәtlәrinә  nәzarәt tam şәkildә  hәyata keçirilirmiş, bu sistem vasitәsilә 
gәmilәr tәrәfindәn sifarişçilәr üçün sahildә  qәbul olunmuş  vә  dәnizdә paylanmış 
yüklәr, dizel yanacağı vә içmәli su barәdә mәlumatlar donanmanın mәrkәzi dispetçer 
xidmәtinә verilmәsinә  vә sonradan ARDNŞ-nin Nәqliyyat  İdarәsinә ötürülmәsinә 
nәzarәt edilmişdir. Bu işlәrin aparılmasında  әsas mәqsәd gәmilәrin yük 
daşınmalarında sәmәrәliliyinin artırılmasıdır. Hazırda donanmanın 148 gәmisindә 
istifadә olunan bu sistem vasitәsilә  mәrkәzi dispetçer xidmәtindәn operativ 
mәlumatların verilmәsi vә alınması yerinә yetirilir. Gәlәcәkdә digәr gәmilәrdә dә bu 
sistemin tәtbiq edilmәsi nәzәrdә tutulmuşdur. 
Donanmanın yuxarıda qeyd olunmuş xidmәtlәri çәrçivәsindә daha mürәkkәb 
vә böyük mәsuliyyәt tәlәb olunanları çox böyük ağırlığa malik olan blokların dәniz 
özüllәrinә aparılması, sualtı boru xәtlәrinin çәkilmәsi vә abadlıq işlәridir. Belә ki, 
2013-cü ildә 600 ton yükqaldırma qabiliyyәtinә malik olan “General Ә.Şıxlinski” vә 
“Qurban Abasov” kran gәmilәrinin kömәkliyi ilә “Neft Daşları” 418, 1645, 683 saylı 
meydançalarda, “Qәrbi Abşeron” 20 saylı özüldә svayların vurulmasını  vә 
bәrkidilmәsini, “Darvin” 740 saylı özüldә qüllә  vә qüllәaltı meydançanın 
quraşdırılmasını, “Günәşli” yatağında qazlift kompressor stansiyasının 4 hissәdәn 
ibarәt olan göyәrtәlәrinin (hәr biri 600 ton ağırlığında) quraşdırılmasını, “Çilov” 112 
saylı özüldә blokların qoyulması  vә tikinti işlәrinin görülmәsini, sentyabr, oktyabr 
aylarında “Bulla-82” saylı özüldә baş vermiş yanğının söndürülmәsi işlәrini qeyd 
etmәk olar. Yanğının söndürülmәsindә donanmanın digәr tәchizat-yedәk, “Vixr” tipli 
yanğınsöndürәn gәmilәri iştirak etmişlәr. “S.Vәzirov” borudüzәn gәmisi ilә dә  “Ümid” 
rayonu-Bulla 82 özülü arasında 18 km uzunluğunda 16” sualtı boru xәttinin çәkilmәsi 
işlәri başa çatdırılmışdır. Bu işin görülmәsindә donanmanın “Şirvan” tipli 100 ton 
yükqaldırma qabiliyyәtinә malik olan kran gәmilәri, tәchizat-yedәk, dalğıc vә geoloji-
kәşfiyyat gәmilәri dә  fәal iştirak etmişlәr. Hazırda son tamamlama dayaq xәtlәrinin 
quraşdırılması işlәri yerinә yetirilir.  
Hesabat ilindә donanmanın sәrnişin gәmilәri ilә dәnizdә neftqazçıxarma, tikinti 
vә s. obyektlәrә  252475 nәfәr sәrnişin daşınmışdır. 
 Donanmanın yükdaşıma planı 92,3% yerinә yetirilmişdir (plan 600000 min ton, 
fakt 553851 ton, yәni 46149 ton az yük daşınmışdır), gәmi saatı planı 114% yerinә 
yetirilmişdir (plan 511344 saat, fakt 582744 saat). Donanmanın digәr iqtisadi 
göstәricilәri barәdә mәlumat әlavә olunur (cәdvәl XXI.3).  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə