Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

 
 
 
 
 
 
 
83
hәmin sahәlәrdә çalışan işçilәrә әmәk şәraitinin zәrәrliliyinә görә әlavә güzәştlәrin (ödәnişlәrin) 
verilmәsi üçün dә  tәdbir görülmüşdür. Zәrәrli maddәlәrlә  tәmasda olan işçilәrә kimyәvi 
maddәlәrin orqanizmә  tәsirini azaltmaq mәqsәdilә qabaqlayıcı  tәdbir kimi pulsuz süd 
verilmişdir.   
İstehsalat sahәlәrindә qәzaların, yanğınların, bәdbәxt hadisәlәrin baş vermәsinә vә peşә 
xәstәliklәrinin yaranmasına sәbәb ola bilәcәk risklәrin müәyyәn edilmәsi, onların lәğv edilmәsi 
vә ya minimum sәviyyәyә endirilmәsi mәqsәdilә 2013-cü ildә  Şirkәtin Sağlamlıq vә  Әmәyin 
Tәhlükәsizliyi İdarәsi, Şirkәtin Әmәyin tәhlükәsizliyi üzrә daimi fәaliyyәt göstәrәn komissiyası 
tәrәfindәn ayrı-ayrı istehsalat sahәlәrindә, xüsusilә  dә  dәniz obyektlәrindә mütәmadi olaraq 
yoxlamalar aparılmışdır.  Şirkәtin 12 müәssisәsinin 30 tabeli tәşkilatında  әmәk  şәraitinin 
vәziyyәti yoxlanılmış  vә 846 tәhlükәsizlik qaydalarının pozuntuları  vә digәr nöqsanlar aşkar 
edilmişdir ki, bunların da aradan qaldırılması üçün tәdbirlәr görülmüş  vә  aşkar edilәn 
nöqsanların böyük әksәriyyәti lәğv edilmiş vә qalan nöqsanların aradan qaldırılması nәzarәtә 
götürülmüşdür. Müәssisәlәrin istehsalat sahәlәrindә baş verә bilәcәk mümkün qәzaların lәğvi 
planı üzrә tәlim mәşqlәrin hәyata keçirilmәsi daim nәzarәtdә saxlanılmışdır. Hәmçinin sahәlәrdә 
işçilәrin siqnal vasitәlәrindәn, fәrdi vә kollektiv xilasetmә vasitәlәrindәn, ilkin yanğınsöndürmә 
vasitәlәrindәn istifadә bacarıqları yoxlanılmış, onlarla bu mәsәlәlәrlә bağlı biliklәrinin artırılması 
mәqsәdilә müvafiq maariflәndirmә işlәri aparılmışdır.  
Obyektlәrin tikintisi vә yenidәn qurulmasına dair İdarәyә daxil olan layihә sәnәdlәrinә 
baxılmış, onların tәhlükәsizlik norma vә qaydalarına, standartların tәlәblәrinә uyğun olmasına 
nәzarәt olunmuşdur.  
İstehsalatda işçilәrә  işlәrin tәhlükәsiz aparılması qaydalarını öyrәtmәk, onların  әmәyin 
tәhlükәsizliyi sahәsindә biliklәrini artırmaq mәqsәdilә müәssisәlәrdә mütәmadi olaraq işçilәrin 
maariflәndirilmәsi, tәlimatlandırılması  işlәri aparılmış, onların biliklәrinin artırılması diqqәt 
mәrkәzindә olmuşdur. 2013-cü ildә müәssisәlәrdә 12 729 nәfәr mühәndis texniki işçinin biliklәri 
yoxlanılmışdır.  İstehsalat sahәlәrindә görülәn işlәrdә  tәhlükәsizlik qaydalarını özündә  әks 
etdirәn bir sıra qaydalar, tәlimatlar  işlәnib hazırlanmışdır.  Şirkәtin Sağlamlıq vә  Әmәyin 
Tәhlükәsizliyi İdarәsi ilә birgә  Azәrbaycan Dövlәt Әmәyin Mühafizәsi vә Tәhlükәsizlik Texnikası 
Elmi-Tәdqiqat  İnstitutu tәrәfindәn 2013-cü ildә “Neft emalı  vә neft-kimya sәnayesindә 
tәhlükәsizlik Qaydaları” vә “Magistral qaz kәmәrlәrinin texniki istismarı vә onların istismarında 
texniki tәhlükәsizlik Qaydaları”  işlәnilәrәk vә  tәsdiq olunaraq idarә  vә müәssisәlәrә 
paylanılmışdır. Hazırda daha 2 rәhbәr sәnәd – “Neft vә qaz quyularının qazılması  işlәrindә 
әmәyin tәhlükәsizliyi üzrә  tәlimatlar toplusu” vә  “İş yerlәrinin attestasiyasının keçirilmәsindә 
zәrәrli istehsalat amillәrinin ölçülmәsi vә qiymәtlәndirilmәsi üzrә tәlimatlar toplusu” işlәnilir. Yeni 
işlәnilmiş  vә  tәsdiq edilmiş “Qaydaların” tәtbiqi ilә  әlaqәdar müvafiq sahәlәrdә çalışan 
mühәndis-texniki işçilәrin növbәdәnkәnar biliklәrinin yoxlanılması keçirilmiş, müәssisәlәrә bu 
“Qaydalar”ın tәlәblәrinә әmәl olunmasına nәzarәt edilmişdir. 
Beynәlxalq iqtisadi әlaqәlәrin genişlәndiyi, müәssisәlәrin qabaqcıl dünya tәcrübәsinә 
inteqrasiya olunduğu müasir dövr ARDNŞ-nin müәssisәlәrindә  dә beynәlxalq  idarәetmә 
sistemlәrinin tәtbiqini tәlәb edir. Bununla әlaqәdar  Şirkәtin bir sıra  müәssisәlәri öz 
fәaliyyәtlәrini müasir dövrün tәlәblәri sәviyyәsindә – beynәlxalq idarәetmә standartları, o 
cümlәdәn “OHSAS 18001 – Әmәyin mühafizәsi vә  tәhlükәsizliyi idarәetmә sistemi” üzrә 
qurmuş vә müvafiq sertifikatlar almışlar. Bu müәssisәlәrdә il әrzindә  Sağlamlıq vә Әmәyin 


 
 
 
 
 
 
 
84
Tәhlükәsizliyi İdarәsi tәrәfindәn  monitorinqlәr aparılmış, işlәrin adıçәkilәn standartın tәlәblәrinә 
uyğun aparılması yoxlanılmış, bu sahәdә müәssisәlәrә müvafiq metodiki kömәklik göstәrilmiş
maariflәndirmә işlәri aparılmış vә tövsiyәlәr verilmişdir. 
Sağlamlıq vә  Әmәyin Tәhlükәsizliyi  İdarәsinin işçilәrinin peşәkarlığının vә beynәlxalq 
standartlar üzrә bilik sәviyyәlәrinin artırılması  mәqsәdi ilә onlara Tәlim, Tәdris vә 
Sertifikatlaşdırma İdarәsinin tәşkil etdiyi kurslarda ISO 9001 “Keyfiyyәt idarәetmә sistemi” vә 
“OHSAS 18001 – Әmәyin mühafizәsi vә  tәhlükәsizliyi idarәetmә sistemi” standartlarının 
tәlәblәri öyrәdilmiş vә müvafiq sertifikatlar tәqdim edilmişdir. Eyni zamanda İdarәnin işçilәrinә 
ingilis dilinin öyrәdilmәsi mәqsәdilә kurslar tәşkil edilmiş,  işçilәr 1-ci vә 2-ci mәrhәlәlәr üzrә 
kursları başa vuraraq müvafiq sertifikatlar almışlar.  
Görülmüş kompleks tәdbirlәr nәticәsindә  Şirkәtin tabeliyindә olan müәssisәlәrdә 
bәdbәxt hadisәlәrin, o cümlәdәn ölümlә nәticәlәnәn hadisәlәrin sayının 2012-2013-cü illәrdә 
әvvәlki illәrlә müqayisәdә azalmasına baxmayaraq 2013-cü il әrzindә müәssisәlәrdә 12 bәdbәxt 
hadisә baş vermişdir ki, bunlardan 3-ü ölümlә  nәticәlәnmişdir (ölümlә  nәticәlәnmiş 
hadisәlәrdәn biri  yol nәqliyyat hadisәsi nәticәsindә baş vermiş  vә hadisә zamanı Xüsusi 
Texnika  İdarәsinin yükqaldırıcı borudüzәn traktorunun maşinisti dünyasını  dәyişmişdir), qrup 
halında bәdbәxt hadisә baş vermәmişdir.  
Baş vermiş bәdbәxt hadisәlәrin şәraitini vә sәbәblәrini digәr struktur bölmәlәrdә işçilәrin 
diqqәtinә çatdırmaq vә belә  bәdbәxt hadisәlәrin qarşısını almaq üçün qabaqlayıcı  tәdbirlәrin 
görülmәsi mәqsәdilә hәr bir bәdbәxt hadisә ilә әlaqәdar Şirkәt vә ya müvafiq müәssisә üzrә 
әmr verilmiş, bu әmrlәrdә bәdbәxt hadisәlәrin vә qәzaların qarşısının alınması üzrә müәssisә 
rәhbәrlәri  tәrәfindәn  hәyata keçirilmәli olan tәdbirlәr göstәrilmәklә yanaşı, bәdbәxt hadisәnin 
baş vermәsindә günahı olan işçilәrә, o cümlәdәn rәhbәr işçilәrә intizam tәnbehi verilmişdir. 
Ümumilikdә hesabat dövründә  tәhlükәsizlik qaydalarını pozduqlarına, o cümlәdәn 
aparılmış yoxlamalar zamanı aşkar edilmiş nöqsanlara vә bәdbәxt hadisәlәrә yol verdiklәrinә 
görә idarә  vә müәssisәlәrin  әmrlәri ilә 1374 nәfәrә intizam tәnbehi verilmişdir. Onlardan 5 
nәfәr tutduğu vәzifәdәn azad edilmiş, 228 nәfәrә sonuncu xәbәrdarlıqla şiddәtli töhmәt, 962 
nәfәrә töhmәt verilmiş, 179 nәfәrin әmәk haqqı azaldılmışdır. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə