Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

 
 
 
 
 
 
 
81
edilmişdir. 40 әdәd test tapşırıqları 4 test blokundan, 20 әdәd test tapşırıqları olan test 
imtahanları isә 2 test blokundan tәşkil olunmuşdur. Vәtәndaşlara 40 әdәd test tapşırığının 
cavablandırılmasına 60 dәqiqә, 20 әdәd test tapşırığının cavablandırılmasına isә 40 dәqiqә 
vaxt ayrılmışdır.  
09.02.2013-cü il tarixindәn 07.03.2013-cü il tarixinәdәk “Karyeranın  İdarә edilmәsi 
üzrә“ keçirilәn test imtahanlarına 233 nәfәr әmәkdaş dәvәt edilmiş, onlardan 217 (93 faizi) 
nәfәri test imtahanlarında iştirak etmişdir.  İştirakçılardan  166 nәfәri (76 faizi) kişi, 51 nәfәri 
(24 faizi)  isә qadın iştirakçı olmuşdur.  
“Karyeranın  İdarә edilmәsi üzrә“ keçirilәn test imtahanlarında  әmәkdaşlara  5 test 
blokundan ibarәt olmaqla 100 әdәd test tapşırığı  tәqdim edilmişdir.   Ümumilikdә bu test 
tapşırıqlarının cavablandırılmasına 150 dәqiqә vaxt ayrılmışdır. 
15.07.2013-cü il tarixindә “SOCAR Yay Mәktәbi 2013” layihәsi üzrә keçirilәn test 
imtahanlarına 210 nәfәr namizәd dәvәt edilmişdir ki, bunlardan 153 nәfәri test 
imtahanlarında iştirak etmişdir.  İştirakçılardan 115 nәfәri (75 faizi) kişi,  38 nәfәri (25 faizi) 
qadın iştirakçı olmuşdur. Ümumilikdә 85 nәfәr sözügedәn test imtahanında müvәffәqiyyәt 
әldә edәrәk növbәti mәrhәlәyә-müsahibәyә dәvәt edilmişdir ki, onlardan 67 nәfәri (79 faizi) 
kişi, 18 nәfәri (21 faizi) isә qadın namizәd olmuşdur.  
“SOCAR Yay Mәktәbi 2013” layihәsi üzrә keçirilәn test imtahanlarına namizәdlәrә bir 
test blokundan ibarәt olmaqla 50 әdәd test tapşırığı  tәqdim olunmuşdur ki, bu test 
tapşırıqlarının cavablandırılmasına 90 dәqiqә vaxt ayrılmışdır.  
Test Tapşırıqlarının Elektron Bazasının (TTEB)-nin tәkmillәşdirilmәsi, yenilәnmәsi vә 
ekspertizası  mәqsәdilә ARDNŞ-nin  Şirkәtdaxili yüksәk ixtisaslı mütәxәssislәri ilә yanaşı, 
Respublikamızın tanınmış elm vә tәhsil müәssisәlәrinin, o cümlәdәn Azәrbaycan Milli Elmlәr 
Akademiyasının alimlәri, professor vә müәllim heyәti ilә mütәmadi görüşlәr keçirilmiş, qarşıya 
qoyulan vәzifәlәrin daha uğurla icra edilmәsi mәqsәdilә perspektiv planlar 
müәyyәnlәşdirilmişdir. 
 
 
 
 
 


 
 
 
 
 
 
 
82
XIX.  ӘMӘYİN MÜHAFİZӘSİ
 
 
2013-cü ildә ARDNŞ-nin müәssisәlәrindә istehsalatda sağlam vә  tәhlükәsiz  әmәk 
şәraitinin yaradılması vә tәmin edilmәsi, istehsalatda әl әmәyinin yüngüllәşdirilmәsi, istehsalat 
proseslәrinin mexaniklәşdirilmәsi, istehsalat xәsarәtalmalarının, qәzaların, peşә  xәstәliklәrinin 
qarşısının alınması, istehsalat sahәlәrinin, binaların, iş yerlәrinin müasir standartların tәlәblәrinә 
uyğun sәviyyәdә yenidәn qurulması sahәsindә xeyli işlәr görülmüşdür. Bu tәdbirlәrin hәyata 
keçirilmәsinә 2013-cü ildә 22340030 manat pul vәsaiti xәrclәnmişdir. 
İşçilәrin fәrdi vә kollektiv xilasetmә vasitәlәri ilә tәmin olunmaları üçün müәyyәn işlәr 
görülmüş, yeni tikilәn bütün dәniz özüllәrindә xilasetmә qayıqlarının vә sallarının quraşdırılması 
vә işçi vәziyyәtә gәtirilmәsi tәmin edilmiş vә yalnız bu işlәr yerinә yetirildikdәn sonra özüllәrin 
istismara qәbul edilmәsi tәmin edilmişdir. “28 May” NQÇİ-nin Günәşli yatağındakı bütün dәniz 
özüllәrindә köhnәdәn istifadәdә olan xilasetmә qayıqları yenilәri ilә әvәz olunmuşdur.  
Şirkәtin müәssisәlәrindә çalışan işçilәrin, hәmçinin ARDNŞ-nin Baş Ofisinin istehsalatla 
bilavasitә  tәmasda olan mühәndis texniki işçilәrinin xüsusi geyim  vә digәr fәrdi mühafizә 
vasitәlәri ilә, dәniz obyektlәrinin xilasetmә jiletlәri, dairәlәri ilә tәminatı yaxşılaşdırılmış vә bütün 
müәssisәlәrdә işçilәrin bu geyim vә vasitәlәrdәn istifadә etmәlәrinә daim nәzarәt olunmuşdur. 
2013-cü ildә işçilәrin xüsusi geyim vә fәrdi mühafizә vasitәlәri ilә tәmin olunmasına 8000657  
manat vәsait xәrclәnmişdir.  
Görülmüş  tәdbirlәr nәticәsindә istehsalat sahәlәrindә yanğın tәhlükәsizliyinin vәziyyәti 
yaxşılaşdırılmışdır. Yanğın tәhlükәsizliyini tәmin etmәk mәqsәdilә partlayış-yanğın tәhlükәli 
dәniz obyektlәrinin bilavasitә yaxınlığında yanğınsöndürәn gәmilәrin fasilәsiz növbә çәkmәlәri 
tәşkil edilmişdir. “Günәşli” yatağındakı 4 saylı  dәrin dәniz özülündә müasir tәlәblәrә cavab 
verәn cihaz, avadanlıq, video-müşahidә vasitәlәrini özündә birlәşdirәn yeni  avtomatik yanğını 
aşkaretmә  vә yanğınsöndürmә sistemi quraşdırılmış  vә  sınaqdan keçirilәrәk istismara 
buraxılmışdır. Belә sistemlәr hazırda 2 vә 14 saylı DDÖ-dә dә quraşdırılır vә gәlәcәkdә digәr 
özüllәrdә dә quraşdırılması planlaşdırılır.  
İşçilәrin dövri tibbi müayinәdәn keçmәlәrinә Sağlamlıq vә Әmәyin Tәhlükәsizliyi İdarәsi 
tәrәfindәn ötәn illәrdә olduğu kimi cari ildә dә ciddi nәzarәt olunmuşdur. İlin әvvәlindәn tәsdiq 
edilmiş plan-qrafikә uyğun olaraq ümumilikdә 19205 nәfәr işçinin tibbi müayinәdәn keçmәlәri 
tәmin olunmuşdur. Müayinәlәr nәticәsindә 2013-cü ildә  1997 nәfәr işçidә olan müxtәlif 
diaqnozlar üzrә vә müxtәlif ağırlıq dәrәcәli xәstәliklәr üzә çıxarılmışdır. Bu xәstәlәrin bir qismi 
yüngül işә keçirilmiş, bir qismi stasionar vә ya ambulator müalicәyә göndәrilmiş, bir qisminә isә 
hәkim mәslәhәti verilmişdir. 
Müәssisәlәrin sәnaye-sanitar laboratoriyaları tәrәfindәn 2013-cü il әrzindә 1475 iş yerindә 
ölçmә işlәri aparılmış vә onlardan 641 iş yerindә zәrәrli istehsalat amillәrinin (әsasәn sәs-küy, 
havanın qazlığı  vә titrәyiş) normadan artıq olduğu aşkar edilmişdir. Bu amillәrin normaya 
uyğunlaşdırılması üçün tәdbirlәr hәyata keçirilmiş vә tәkrar ölçmәlәr aparmaqla hәmin amillәrin 
әksәriyyәtinin norma hәddinә gәtirildiyi dәqiqlәşdirilmişdir.  
Eyni zamanda 2013-cü ildә Şirkәtin müәssisәlәrinin 45 struktur tәşkilatında iş yerlәrinin 
attestasiyası aparılmışdır. Aparılan ölçmә işlәrinin nәticәlәrinә görә attestasiya olunmuş 4089 iş 
yerindәn 1183 iş yeri zәrәrli hesab edilmişdir. Bu iş yerlәrindә  zәrәrli istehsalat amillәrinin 
işçilәrin sağlamlığına tәsirini azaltmaq üzrә müvafiq tәdbirlәr hәyata keçirmәklә yanaşı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə