Azәrbaycan respublikasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/39
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39451
1   ...   31   32   33   34   35   36   37   38   39

 
 
 
 
 
 
 
101

 
06.04.2012-ci il tarixindә ARDNŞ ilә “Seacor Marine Az” MMC arasında Yenilәnmiş 
birgә fәaliyyәt haqqında müqavilә davam etdirilmişdir. Müqavilәdә BP şirkәtinin işçi heyәtinin 
dәniz obyektlәrinә  vә geriyә daşınması  mәqsәdi ilә Azәrbaycan Respublikasına gәtirilmiş 3 
әdәd sürәtli sәrnişin gәmilәrinin (“Aaron S. McCall”, “Seacor Cougar”, “Joyce McCall”) idarә 
olunmasının vә istismarının hәyata keçirilmәsindә ARDNŞ  vә “Seacor Marine Az” MMC-nin 
birgә fәaliyyәtinin әsas prinsiplәri әks olunmuşdur. 

 
Yeni gәmilәrin tikintisi: 
-
 
Xәzәr Dәniz Neft Donanmasının tәlәbatına uyğun olaraq ARDNŞ ilә “Bakı Gәmiqayırma 
Zavodu” MMC arasında 31.05.2012-ci il tarixindә 1 әdәd 50 tonluq dartıcı qüvvәyә 
malik (azimut istiqamәtli) yedәk gәmisinin tikintisinә dair müqavilә üzrә işlәr davam 
etdirilmiş  vә 27.12.2013-cü il tarixindә  Xәzәr Dәniz Neft Donanmasına tәhvil 
verilmişdir. 
-
 
Azәri-Çıraq-Günәşli vә Şahdәniz layihәlәrinin, xüsusilә dә Şahdәniz-2 layihәsinin icrası 
üçün tәlәb olunan 1 әdәd Sualtı tikinti gәmisinin, 1 әdәd Sualtı/dәniz dibi 
әmәliyyatlarının tәminatı  gәmisinin, 4 әdәd 170 ton dartma qüvvәsi olan 
yedәk/tәchizat gәmilәrinin, 3 әdәd sürәtli sәrnişin gәmilәrinin vә 3 әdәd özül tәchizat 
gәmilәrinin tikintisi ilә bağlı danışıqlar hesabat dövründә davam etmişdir. Qeyd olunan 
gәmilәrin texniki spesifikasiyalarını müәyyәnlәşdirmәk üçün ARDNŞ, BP, “Bakı 
Gәmiqayırma Zavodu” MMC, Caspian Marine Services Ltd vә Keppel Singmarine 
şirkәtlәrinin mütәxәssislәrinin birgә iştirakı ilә çoxsaylı görüşlәr keçirilmişdir.  

 
Özülü 2010-cu ildә qoyulmuş gәmiqayırma zavodunun inşası cari ildә davam etdirilmiş 
vә 20.09.2013-cü il tarixindә istismara verilmişdir.  “Bakı Gәmiqayırma Zavodu” MMC ARDNŞ 
(65%), Azәrbaycan İnvestisiya Şirkәti (25%) vә Sinqapurun “Keppel” şirkәtinin (10%) iştirakı 
ilә 10 may 2011-ci il tarixindә Azәrbaycan Respublikasının qanunvericiliyi әsasında tәsis 
edilmişdir. Xәzәr dәnizi hövzәsindә  әn müasir gәmiqayırma vә  gәmi tәmiri zavodunun 
istehsal gücü ildә 25 min ton metal konstruksiya tәşkil edәcәkdir. Zavod hәr il 15 min ton yük 
qaldırma qabiliyyәtinә malik 4 tanker, 4 yedәk-tәchizat gәmisi istehsal etmәk, hәmçinin 80-
100 әdәd müxtәlif tәyinatlı gәmilәri tәmir etmәk imkanına malik olacaqdır. 

 
ARDNŞ-ә  mәxsus olan Falcon 900EX vә Challenger 300 tәyyarәlәrinin müqavilә 
әsasında Palmali Hava Taşımaçılığı  AŞ  şirkәti tәrәfindәn idarә olunması 2013-cü il әrzindә 
davam etdirilmiş, uçuşlarla bağlı xәrclәrә nәzarәt edilmişdir. 2010-cu ildә Dassault Aviation 
şirkәtindәn alınmış Falcon 900EX tәyyarәsinin kredit müqavilәsinә görә ödәnişlәrin vaxtında 
hәyata keçirilmәsi tәmin olunmuşdur. 
 
Üçüncü il istismar edilәn Falcon 900EX tәyyarәsinin texniki sәbәblәrdәn tez-tez sıradan 
çıxması vә tәmirә dayanması aşkarlanmış vә istehsalçı şirkәtә (Dassault Aviation) bu barәdә 
mәlumat verilmişdir. Mәsәlә ilә bağlı istehsalçı  şirkәtlә aparılan danışıqlar zamanı 
Falcon900EX tәyyarәsinin münasib qiymәtlә satışının tәşkil edilmәsi vә müvafiq ödәniş 
müqabilindә, müasir tәlәblәrә cavab verәn yeni Falcon 7X tәyyarәsinin alınması barәdә 
razılaşma әldә edilmişdir.  
 Belәliklә 09.02.2012-ci il tarixindә ARDNŞ ilә Dassault Aviation şirkәti arasında yeni 
Falcon 7X tәyyarәsinin satın alınmasına dair müqavilә bağlanmışdır. Müqavilәyә  әsasәn 
tәyyarә 18.04.2013-cü il tarixindә ARDNŞ-ә tәhvil verilmişdir.  


 
 
 
 
 
 
 
102
 Bununla 
yanaşı, Falcon 900EX tәyyarәsinin satışı ilә әlaqәdar bağlanmış müqavilәyә 
әsasәn tәyyarә 24.04.2013-cü il tarixindә Alıcıya tәhvil verilmişdir. 

 
ARDNŞ-nin xarici şirkәtlәrlә yaratdığı alyanslarla, xüsusi ilә dә dәniz nәqliyyatı xidmәti 
üzrә,  әmәkdaşlıq  әlaqәlәri davam etdirilmiş, onların fәaliyyәtlәri ilә  әlaqәdar aidiyyәti üzrә 
hesabatların verilmәsinә nәzarәt olunmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
103
XXII.  SOSİAL MӘSӘLӘLӘR
 
 
ARDNŞ ölkәnin sosial-iqtisadi inkişafı, vәtәndaşların rifah halının daha da 
yüksәldilmәsi mәqsәdilә ölkә Prezidenti cәnab  İlham  Әliyev tәrәfindәn tәsdiq edilmiş 
Dövlәt proqramlarında nәzәrdә tutulan tәdbirlәrin icrası  çәrçivәsindә  tәkcә paytaxt 
Bakıda deyil, elәcә dә ölkәnin bütün bölgәlәrindә müxtәlif infrastruktur layihәlәri hәyata 
keçirir, tәhsil, sosial vә digәr obyektlәrin inşasını uğurla davam etdirir.  
Dövlәt Proqramları  çәrçivәsindә Respublikamızın müxtәlif regionlarında müasir 
standartlara uyğun Müalicә Diaqnostika Mәrkәzlәri inşa edilmişdir. 2013-cü ildә Tovuz 
rayonunda Hemodializ vә Diaqnostika Mәrkәzinin tikintisi obyektindә tikinti quraşdırma 
işlәri tam başa çatdırılmış vә istifadәyә verilmişdir.  
Balakәn rayonunda YAP binasının  әsaslı  tәmir vә  bәrpası, mәdәniyyәt evinin 
tikintisi obyektindә tikinti quraşdırma işlәri, Siyәzәn rayonunda Dövlәt bayrağı 
meydanının vә  Gәnclәr Evinin әtraf  әrazilәri ilә birgә abadlaşdırılması, Goranboy 
rayonunun Tapqaraqoyunlu kәndindә  mәktәb binasının tikintisi, Naftalan şәhәrindә 
H.Әliyev Mәrkәzinin  әsaslı  tәmiri, yüksәkmәrtәbәli yaşayış binalarının fasadlarının vә 
mansard-dam örtüklәrinin yenidәnqurma-bәrpası, küçә  vә  mәhәllәlәrin asfalt-beton 
örtüklәrinin bәrpası,  şәhәrin işıqlandırma sisteminin yenilәnmәsi, infrastrukturun 
yenidәn qurulması,  şәhәrdә  Şәhidlәr Xiyabanı kompleksi vә  әtraf  әrazinin 
abadlaşdırılması kimi işlәr başa çatdırılmışdır. 
Sabunçu rayonu Bakıxanov qәsәbәsindә “Azlab” MMC-yә  mәxsus inzibati bina
laboratoriya vә kern saxlama kompleksinin tikinti quraşdırma işlәri başa çatdırılmış, Zığ 
şossesindә yerlәşәn 72 saylı  hәrbi hissәyә  mәxsus hidrotexniki qurğuların yenidәn 
qurulması  işlәri tamamlanmışdır. Bakıxanov qәsәbәsindә  İ.Qayıbov adına stadionun 
әrazisindә inzibati binanın yenidәnqurulması işlәri davam etdirilir. 
Sabunçu rayonu, Şәhәr  şosesi 5-ci döngәdә yerlәşәn 2 yaşayış binasının yararsız 
vәziyyәtә düşmәsi ilә әlaqәdar 21 mәnzilli 3 mәrtәbәli yaşayış evinin tikintisi obyektindә 
tikinti quraşdırma işlәri tam başa çatdırılmışdır.  
 
Bakı  şәhәrindә, Bakı  İstedadlar mәktәbinin, Xәtai rayonu Nobel prospektindә 
Fransız liseyinin, Xәzәr rayonu Şüvәlan qәsәbәsindә 2 nömrәli 220 şagird yerlik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə