Azərbaycan respublikasi



Yüklə 58,15 Kb.
tarix17.10.2017
ölçüsü58,15 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI

ƏDLİYYƏ NAZİRLİYİNDƏ

QEYDƏ ALINMIŞDIR.

Qeyd.№ 3

19.08.1996-cı il

Nazir əvəzi: _________S.C.Həsənova


TƏHSİL NAZİRLİYİNİN

401 SAYLI 07.08.1996 cı il

tarixli əmri ilə təsdiq

edilmişdir.
Nazir___________L.X.Rəsulova




ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ PROFESSOR-MÜƏLLİM

VƏ KAFEDRA MÜDİRİ VƏZİFƏLƏRİNİN TUTULMASI

QAYDALARI HAQQINDA

ƏSASNAMƏ


BAKI - 1996

AZƏRBAYCAN RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİNİN

07.08.1996-CI TARİXLİ

401 SAYLI ƏMRİNƏ

ƏLAVƏ 1

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ PROFESSOR-MÜƏLLİM VƏ KAFEDRA MÜDİRİ VƏZİFƏLƏRİNİN TUTULMASI QAYDALARI HAQQINDA
Ə S A S N A M Ə
1. PROFESSOR-MÜƏLLİM VƏ KAFEDRA MÜDİRİ VƏZİFƏLƏRİNİN TUTULMASI ÜÇÜN ÜMUMİ TƏLƏBLƏR.
1.1. Ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir.

1.2. Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, uyğun elm və ya istehsalat sahələrində nailiyyətlərə, lazımi elmi-pedaqoji və ya istehsalat təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə, müvafiq elmi ad və dərəcələrə malik olan Azərbaycan Respublikasının vətəndaşı, həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlılar iştirak edə bilərlər.



    1. Seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur.

1.4. Kafedra müdiri vəzifəsini tutmaq üçün elan olunmuş müsabiqədə müvafiq ixtisas üzrə professorlar, eləcə də ən azı. 5 il elmi-pedaqoji stajı olan elmlər doktorları və elmlər namizədləri iştirak edə bilərlər. Yalnız xüsusi hallarda (xarici dil, fiziki hazırlıq, incəsənət, musiqi ixtisasları üzrə) kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqədə həmin ixtisaslar üzrə elmi dərəcəsi olmayanlar da iştirak edə bilərlər. Dosent elmi adı olan elmlər namizədləri müstəsna hallarda ikinci müddətə kafedra müdiri seçilmək üçün müsabiqədə iştirak edə bilərlər. Kafedra müdirinin fəaliyyəti hər hansı səbəbdən seçildiyi müddət başa çatandan əvvəl dayandırıldıqda rektorun əmri ilə həmin vəzifənin icrası kafedra əməkdaşlarından birinə həvalə olunur və bir aydan gec olmayaraq vəzifəni tutmaq üçün müsabiqə elan edilir. Seçildiyi müddət başa çatmış kafedra müdirinin yerinə bir aydan gec olmayaraq müsabiqə elan olunur. Seçki keçirilənədək həmin vəzifənin icrası seçki müddəti qurtarmış müdirə və ya kafedranın başqa bir əməkdaşına həvalə olunur.

Uyğun elmi-tədqiqat və təhsil müəssisələrinin, eləcə də dikər dövlət müəssisə və idarələrinin müvafiq elmi ad və dərəcəyə, yüksək elmi nüfuza malik rəhbər işçiləri həm də kafedra müdiri vəzifəsində işləyə bilərlər.

Professor vəzifəsini tutmaq üçün müsabiqədə professorlar və elmlər doktorları, dosent vəzifəsi tutmaq üçün müsabiqədə isə professorlar, dosentlər, elmlər doktorları və elmlər namizədləri iştirak edə bilərlər.

Baş müəllim vəzifəsinə elan olunmuş müsabiqədə bir qayda olaraq ən azı 3 illik elmi-pedaqoji stajı olan elmlər namizədləri və ya ən azı 5 illik elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.

Müəllim və assistent vəzifələrinə müsabiqədə elmi-pedaqoji ve ya ixtisası üzrə ən azı bir il iş stajı olan elmlər namizədləri, eləcə də ən azı 3 il elmi pedaqoji iş stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər. Bu vəzifələrə eyni zamanda əyani aspiranturanı, assisentura stajkeçməni müvəffəqiyyətlə bitirmiş, eləcə də cari ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuş və elmi-tədqiqat işinə meyli olan mütəxəssislər (magistrlər) həmçinin stajor müəllimlər təyinatla 3 ildən çox olmayan müddətə təyin edilə bilərlər. Həmin müddət bitdikdən sonra göstərilən vəzifələr bu əsasnaməyə uyğun olaraq müsabiqə yolu ilə tutulur.

1.5. Müvafiq elmi adı, dərəcəsi və iş stajı olan şəxslər ali təhsil müəssisəsində saathesabı və ya əvəzçiliklə pedaqoji işə müddətli əmək müqaviləsi əsasında rektorun əmri ilə götürülürlər.

1.6. Dosent, baş müəllim və assistentlər fakültə elmi şurasında seçilirlər. Müstəsna hallarda rektorun əsaslandırılmış əmri ilə həmin seçkilər ali məktəbin elmi şurasında keçirilə bilər.

1.7. Kafedra müəyyən fakültənin strukturuna daxil olmadığı halda həmin kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün seçkilər ali məktəbin elmi şurasında keçirilir.



  1. Hamilə və doğum dövründə, həmçinin 3 yaşa kimi körpə uşağı olan qadınların tutduğu vəzifəyə müsabiqə elan olunmur.

  2. Müsabiqə haqqında bu əsasnaməyə uyğun olaraq dövrü mətbuatda və ya digər kütləvi informasiya vasitələrində elan verilir.




  1. Professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları.




  1. Bütün hallarda professor-müəllim, habelə kafedra müdiri vəzifələrinə seçilmək üçün elmi şurada (gizli səsvermədən əvvəl) müsabiqədə iştirak edən hər bir namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat dinlənilir.

  2. Müsabiqədə iştirak edənlərin adı və soyadı eyni səsvermə bülleteninə daxil edilir. (nümunə 1).

2.3. Namizədin lehinə, yaxud əleyhinə münasibət bülletendə müvafiq adın və soyadın saxlanılması, yaxud da pozulması ilə bildirilir. Hər bir seçici yalnız bir namizədə səs verə bilər. Bülletendə iki və daha çox namizədin adı və soyadı pozulmamış qaldıqda bülleten etibarsız sayılır.

2.4. Elmi şura səsvermənin nəticəsini hesablamaq üçün səsvermədə əvvəl 3-5 nəfərdən ibarət hesablama komissiyası seçir. Hesablama komissiyası hər bir namizəd üçün səsvermənin nəticəsini ayrılıqda elan edir və onun protokolu elmi şura tərəfindən mövcud qaydada təsdiq olunub, müsabiqə sənədlərinə əlavə edilir şuranın qərarı rektorun əmri ilə təsdiq olunur.

2.5. Elmi şura üzvlərinin ən azı 2/3-nin iştirak etdiyi iclas səlahiyyətli sayılır.

Səsvermədə iştirak edən şura üzvlərinin 50%-dən çoxunun səsini toplayan namizəd vəzifəyə seçilmiş sayılır. Müsabiqənin birinci mərhələsində namizədlərin heç biri 50%-dən çox səs toplamadıqda ən çox səs yığmış iki (səsvermədə iki namizəd) iştirak etdikdə isə bir) namizəd həmin iclasda təkrar səsverməyə buraxılır.

2.6. Bütün namizədlərin özlərinin seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ vardır.

2.7. Müsabiqədə iştirak etmək üçün ərizə verilməzsə və ya səsvermə nəticəsində heç bir namizəd seçilməzsə müsabiqə baş tutmamış hesab olunur. Bu yerlərə yenidən müsabiqə elan olunarsa əvvəlki namizədlər də həmin müsabiqədə iştirak edə bilərlər.

2.8. Seçkilər müsabiqə elan olunan gündən ən geci 3 (üç) ay müddətində başa çatdırılmalıdır. Üzürsüz səbəbə görə müsabiqənin vaxtında keçirilməməsinə ali təhsil müəssisəsinin rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.

2.9. Müsabiqə ilə əlaqədar şikayətlər elan dərc olunan gündən başlayaraq seçkilərdən ən geci 15 gün keçənədək ali məktəbin rektoruna və ya təsisçiyə verilə bilər.

2.10 Bu əsasnamənin hər hansı bəndi pozularsa təsisçi, eləcə də ali məktəbin rektoru müsabiqəni və seçkilərin nəticələrini ləğv edə bilər.

3. Müsabiqənin keçirilmə qaydaları


    1. Ali təhsil müəssisələrində müsabiqə bütün tədris ili müddətində elan edilə bilər.

3.2. Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan olunduğu gündən başlayaraq 30 gündür.

    1. Müsabiqədə iştirak etmək istəyən şəxs rektorun adına ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

- kadrların şəxsi qeydiyyat vərəqəsi;

- tərcümeyi-hal;

- ali təhsil, elmi ad və dərəcə haqqında sənədlərin sürəti;

- dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı.

- həmin ali təhsil müəssisələrində işləyən şəxsin müsabiqədə iştirak etmək üçün yalnız rektorun adına ərizə, elmi əsərlərin, kəşf və ixtiraların siyahısını təqdim etməsi kifayətdir.

Müsabiqədə iştirak haqda ərizələrin qəbulundan imtina etmək yalnız namizədin müsabiqə üçün verilən elanın şərtlərinə uyğun gəlmədiyi və ya ərizənin verilmə müddəti gözlənilmədiyi hallarda ola bilər.

3.4. Sənədlər əvvəlcə müvafiq kafedranın iclasında müzakirə olunur. Professor-müəllim heyəti üçün seçkilərdə bu iclası kafedra müdiri və ya onu əvəz edən şəxs aparır, Kafedra hər bir namizədin elmi və elmi-pedaqoji fəaliyyətini obyektiv sürətdə qiymətləndirərək, müvafiq qərar qəbul edir. Hər bir namizəd üçün kafedranın əsaslandırılmış rəyi ali məktəb (fakültə) elmi şurasına təqdim edilir. Müsabiqədə iştirak edən namizədlər kafedra iclasında iştirak edə, yaxud onun qərarı ilə tanış ola bilərlər.


    1. Kafedra müdiri seçkilərində kafedra iclasını fakültə dekanı (ümumaliməktəb kafedralarında isə rektor və ya tədris işləri üzrə prorektor) aparır.

    2. Ali məktəb rektoru kadrlar şöbəsinin təqdimatına əsasən hər tədris ilinin əvvəlində (sentyabr ayının 15-dək) cari ildə səlahiyyət müddəti bitəcək seçkili vəzifələrin seçki qrafikini təsdiq edir. Professor müəllim heyətinin hər birinə seçki müddətinin qurtarmasına ən azı 1 ay qalmış bu haqda məlumat verilir.

    3. Yeni müddətə vəzifəni tutmaq üçün ərizə verməmiş və ya müsabiqədən keçməmiş şəxslər cari semestrin sonundan gec olmayaraq tutduqları vəzifədən rektor tərəfindən azad edilir və əmək kitabçasında aşağıdakı qeydiyyat aparılır: "Seçki müddəti qurtardığına görə tutduğu vəzifədən azad edilir". Bu halda kafedra müdirləri sonradan müsabiqədə iştirak etmək şərtilə ən çoxu bir il müddətinə rektorun əmri ilə həmin ali məktəbdə müvafiq işlə təmin olunur.

    4. Müstəqil iki və ya daha çox kafedra birləşdiriləndə, yaxud hər hansı kafedra müstəqil kafedralara bölünəndə buradakı professor-müəllim heyətinin seçkisinin əvvəlki seçildikləri müddətdən tez keçirilməsinə icazə verilmir Onların müddətləri kafedralar birləşdirilənədək (yaxud ayrılanadək) keçirilmiş seçki günündən hesablanır.

Kafedraların birləşdirilməsi haqqında qərar qəbul edildikdə elmi şuranın həmin iclasında birləşdirilən kafedraların müdirləri arasından gizli səsvermə yolu ilə yeni müdir seçilir. Bu müdirin seçki müddəti kafedralar birləşdirilənədək həmin şəxs üçün keçirilmiş seçki günündən hesablanır.

Hər hansı kafedra müstəqil kafedralara ayrılanda yeni yaradılmış kafedraların birinə əvvəlki kafedra müdiri seçildiyi müddət qurtarana kimi rəhbərlik edir. Digər kafedraların müdiri vəzifəsi isə müsabiqə yolu ilə tutulur.

Kafedranın adı dəyişdirildiyi halda kafedra müdiri və dikər əməkdaşlar seçki müddəti qurtarana kimi öz vəzifələrini icra edirlər.


    1. Əxlaqi qüsurlara, əmək intizamını pozduğuna, vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyinə və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa hallara görə tutduğu vəzifədə işləməyə layiq görülməyən kafedra müdiri və professor-müəllimlər rektorun əmri ilə qanunvericilikdə nəzərdə tutulan qaydada vəzifəsindən azad edilir. Bu zaman müvafiq kafedranın təqdimatı və onların seçildiyi elmi şuranın qərarı əsas götürülür.


NÜMUNƏ 1
______________________________________________________________________vəzifəsinə seçki

(vəzifənin adı)

üzrə ________________________________________________________________elmi şurasının

(ali təhsil müəssisəsinin (fakültəsinin) adı)

___________________________________________________________________________ iclasının



(tarix, protokol nömrəsi)

gizli səsvermə


Bülleten i
__________________________________________________________________________

sıra


№-si

____ _______________________________________________________________________________________________

1.


2.

3.
Namizədə münasibət onun adını saxlamaq (lehinə) və ya üstündən xətt çəkməklə (əleyhinə) bildirilir.
: upload -> File -> documents -> 05-2016
05-2016 -> Müəllim hazırlığı sahəsində tədris proqramlarının hazırlamasının məqsədi və bu sahədəki çətinlikləri anlamaq
05-2016 -> Təhsil proqramı hazırlanarkən dünyada tədris olunan oxşar fənlərarası proqramlar təhlil edildi və fənlərin müvafiq matrisası hazırlandı, beləliklə, təhsil proqramı digər inteqrasiya olunmuş mühəndislik proqramlarına uyğunlaşdırılmış oldu
05-2016 -> Tədqiqatın məsuliyyətlə aparılması
05-2016 -> Cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı
05-2016 -> Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi (aatmkç) – nədir və nə məqsəd daşıyır?
05-2016 -> Bir-birimizlə və mövzu ilə tanışlıq
05-2016 -> Ali təhsil pilləsinin dövlət standartı və proqramı
05-2016 -> Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında əsasnamənin təsdiqi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
05-2016 -> Azərbaycan Respublikasının Nazirlər Kabineti «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında
05-2016 -> Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi layihəsi (az-ad-ehea)


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə