Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

46 

 

məsrəflərin  müəyyən  edilməsi  sahəsində  müəyyən  təcrübə  toplanmışdır.  MHS-də 



istifadə  olunan  aralıq  istehlak  ilə  XTB-dakı  maddi  istehsal  məsrəfləri  arasında 

aşağıdakı fərqlər vardır: 



1.  Maddi məsrəflər yalnız maddi istehsal sahələri üzrə hesablandığı halda 

aralıq  istehlak  qeyri-istehsal  xidmətləri  göstərən  sahələri  də  daxil 

etməklə iqtisadiyyatın bütün sahələri və sektorları üzrə müəyyən edilir. 

2.  Maddi  məsrəflər  amortizasiya  ayırmalarını  öz  tərkibinə  daxil  etdiyi 

halda aralıq istehlak amortizasiyanı əhatə etmir (ÜDM-a daxil olduğuna 

görə). 

Beləliklə,  aralıq  istehlak  cari  ildə  ölkə  ərazisində  başqa  məhsul  və  xidmətləri 

istehsal  etmək  üçün  istehlak  olunan  nemətlərin  (əsas  fondların  istehlakından  başqa) 

və bazar xidmətlərinin dəyərlərinin cəmidir. 

Pulsuz  xidmətlər  göstərən  büdcə  təşkilatlarının  aralıq  istehlakı  müvafiq 

büdcələrin  yerinə  yetirilməsinə  dair  hesabatlara  əsasən  hesablanır.  Buraya  aşağıdakı 

maddələr  aiddir:  poçt,  teleqraf,  dəftərxana  və  təsərrüfat  məsrəfləri,  avadanlıq, 

alətlərin,  dərman  ləvazimatının,  sarğı  materiallarının,  geyimin  və  s.  əldə  edilməsi 

xərcləri.  

Aralıq  istehlakın  ayrı-ayrı  komponentlərini  müəyyənləşdirərkən  qiymətlərin 

dəyişməsi  ilə  əlaqədar  olaraq  müəyyən  çətinliklər  qarşıya  çıxır.  Bu,  ilk  növbədə 

ehtiyata  qoyulmuş  əmtəələrə  aid  edilir.  Əmtəələr  ehtiyata  bir  qiymətlə,  oradan 

istehsalata  isə  başqa  qiymətlə  daxil  ola  bilər.  Belə  vəziyyət  müntəzəm  oalarq 

ehtiyatların fasiləsiz inventarizasiya yolu ilə yenidən qiymətləndirilməsini tələb edir. 

Belə  halda  aralıq  istehlakın  bütün  ünsürləri  onların  istehsalatda  istehlak  olunduqları 

anda qüvvədə olan amil (faktor) qiymətləri ilə qiymətləndirilir. 

 

 

 



 

 



47 

 

 



Fəsil III . Regionların ÜDM-nun statistik təhlili və proqnozlaşdırıması 

§3.1    Azərbaycanda ÜDM-un dinamikasının statistik təhlili 

 

Ümumi  Dахili  Məhsul  (ÜDM)  milli  hesаblаr  sisteminin  ən  mühüm 



göstəricilərindən  biridir,  istər  mаddi  istehsаl,  istərsə  də  qeyri-mаddi  хidmətlər 

sаhələrində  iqtisаdi  vаhidlərin-rezidentlərin  istehsаl  fəаliyyətinin  sоn  nəticəsini 

хаrакterizə edir və bu vаhidlərin sоn istehlак üçün məhsul və хidmətlər istehsаlı üzrə 

yаrаtdığı  əlаvə  dəyərin  həcmi  ilə  ölçülür.  ÜDM  iqtisаdi  vаhidlərin-rezidentlərin 

məhsul  və  хidmətlərin  istehsаlçılаrı  аrаsındа  bölüşdürüldüyü  ilкin  gəlirlərin,  yəni 

muzdlu  işçilərin  əməк  hаqqının,istehsаlа  və  idхаlа  görə  хаlis  vergilərin,  ümumi 

mənfəətin  və  ümumi  qаrışıq  gəlirlərin  məbləği,  bаşqа  sözlə,  gəlirlər  üsulu  ilə  də 

müəyyənləşdirilə  bilər.  Ümumi  dахili  məhsuldаn  istifаdə  edilməsi  (хərclər  üsulu) 

məhsul və хidmətlərin sоn istehlакını, əsаs каpitаlın ümumi yığımını, mаddi dövriyyə 

vəsаitləri  ehtiyаtlаrının  dəyişməsini,  qiymətlilərin  (sərvətlərin)  хаlis  əldə  edilməsini 

və məhsul və хidmətlərin iхrаc və idхаl sаldоsunu özündə birləşdirir. 

ÜDM  nələri  əhatə  etmir:  Baxmayaraq  ki,  ÜDM  material  və  qeyri-material 

sferasının  hər  ikisini  əhatə  edir,  bu  göstərciyə  nəzərə  alınması  çətin  və  mümkün 

olmayan bir çox əməliyyatlar və xidmətlər düşmür. Məsələn: 

-  Öz ev təsərrüfatındakı evdar qadınların işi; 

-  Hazır məhsul şəklinə salınmayan, özü üçün işləyən alimlərin işləri (məsələn, 



kitab, nümunə, məqalə və s.); 

-  Barter mübadiləsi; 

-  Kölgə və ya gizli biznesin gəlirləri; 

-  Bəxşiş şəklində əmək haqqı və s.; 

ÜDM bütün üsullarla hesablanmasında qeyri-istehsal sövdələşməsi adlanan, o 

cümlədən transfer ödəmələri daxil edilmir. Bu ödəmələrin həcmi, bir qayda olaraq 

kifayət qədər böyükdür, lakin onlar sadəcə  ÜDM yenidən bölgüsüdür. 



48 

 

Transfer ödəmələrinə aşağıdakılar daxildir: 



-  Dövlət transfer ödəmələri, məsələn, sosial-sığorta üzrə ödənişlər, işsizliyə görə 

müavinətlər, təqaüdlər dövlət borcuna görə faiz ödəmələri; 

-  Xüsusi transfer ödəmələri, məsələn, xüsusi fondlardan birdəfəlik ödəmələr, 



xüsusi şəxslərə və təşkilatlara təqaüdlər; 

ÜDM-ə  həmçinin  təmiz  maliyyə  əməliyyatları  daxil  deyil.  Məsələn,  qiymətli 

kağızların alış və satışı. Belə ki, onlar cari istehsalı artırmırlar. 

3-cü cədvəldə 2000-2014-cü illərdə Azərbaycan Respublikasının ümumi daxili 

məhsulu haqqında məlumatları verilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

      



Cədvəl 3 

Azərbaycan Respublikasında 2000 – 2014-cü illərdə  Ümumi Daxili Məhsul  

  

Cəmi                   

Adambaşına 

1$= manat                                                                                                                    

milyon 

manatla                                                                                                                    

milyon 

dollarla                                                                                                                 

manatla                                                                                                                      

dollarla                                                                                                                     

2000  

4718,1 


5272,8 

593,2 


662,9 

0,8948 


2001  

5315,6 


5707,7 

661,7 


710,5 

0,9313 


2002  

6062,5 


6235,9 

747,5 


768,9 

0,9722 


2003  

7146,5 


7276,0 

872,7 


888,5 

0,9822 


2004  

8530,2 


8680,4 

1030,4 


1048,5 

0,9827 


2005  

12522,5 


13238,7 

1494,3 


1579,8 

0,9459 


2006  

18746,2 


20983,0 

2208,2 


2471,6 

0,8934 


2007  

28360,5 


33050,3 

3296,6 


3841,7 

0,8581 


2008  

40137,2 


48852,5 

4603,7 


5603,3 

0,8216 


2009  

35601,5 


44297,0 

4033,2 


5018,2 

0,8037 


2010 

42465,0 


52909,3 

4753 


5922 

0,8026 


2011  

52082,0 


65951,6 

5752,9 


7285 

0,7897 


2012  

54743,7 


69683,9 

5966,1 


7594,3 

0,7856 


2013  

58182,0 


74164,4 

6258,3 


7977,4 

0,7845 


2014  

58977,8 


75188,4 

6264,1 


7985,9 

0,7844 


 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə