Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

40 

 

 



 

 

 

 

 

                                    

Cədvəl 2.

 

2005-2013-cü illərdə Azərbaycan Respublikası istehsal hesabı (cari  

qiymətlərlə, milyon manatla) 

 

 

2005 

2010 

2011 

2012 

2013 

 

 

Ehtiyatlar   

 

 

Əsas qiymətlərlə 

məhsulun və 

xidmətlərin 

ümumi buraxılışı 

 

 

20252,3 

 

 

57797,5 

 

 

70361,3 

 

 

75756,6 

 

 

81166,8 

 

 

Istifadə 

 

 

 

Aralıq 

istehlak 

 

8676,3 

 

18209,0 

 

21335,3 

 

24404,9 

 

26862,8 

Ümumi əlavə dəyər 

(əsas qiymətlər) 

 

11576,0 

 

39588,5 

 

49026,0 

 

51351,7 

 

54304,0 

 

Cədvəldən göründüyü kimi məhsul və xidmətlərin ümumi buraxılışı 2005-ci ilə 



nisbətən  2013-cü  ildə  4  dəfə,  ümumi  əlavə  dəyər  isə  4,7  dəfə  artmışdır.  Məhsul  və 

xidmətlərin  ümumi  buraxılışında  aralıq  istehlakın  xüsusi  çəkisi  2005-ci  ildə  42,8  % 

olduğu halda,2013-cü ildə bu göstərici 33,1 % təşkil etmişdir 

Ümumi Buraxılış (ÜB) dedikdə hesabat dövründə istehsal edilmiş məhsulların 

və  xidmətlərin  (bütün  bazar  və  qeyri  –  bazar  məhsulları  və  xidmətlərini  daxil 

etməklə) dəyərlərinin cəmi başa düşülür.  

Beynəlxalq  iqtisadiyyatda  ümumi  buraxılış  iqtisadi  fəaliyyətin  nəticəsini 

qiymətləndirən  göstərici  hesab  edilmir  və  əlavə  dəyəri  və  başqa  göstəriciləri 

hesablamaq  üçün  başlanğıc  baza  rolunu  oynayır.  Belə  vəziyyət  ümumiləşdirici 

göstərici  olan  ümumi  buraxılışa  keçmiş  əmək  məsrəflərinin  dəyərini  əks  etdirən 

aralıq istehlakın daxil olması ilə əlaqədardır.  

Lakin  ümumi  buraxılışın  hesablanmasının  dəqiqliyi  ÜDM-un  və  istehsal 

fəaliyyətinin  nəticələrini  əks  etdirən  başqa  göstəricilərin  dəqiqliyini  və  tamlığını 

təmin edən zəruri şərtdir. 




41 

 

Ümumi buraxılışa aşağıdakılar aiddir: 



1.  Məhsulların (əmtəələrin) buraxılışı; 

2.   Bazar xidmətlərinin buraxılışı; 

3.  Qeyri-bazar xidmətlərinin buraxılışı

Məhsulların buraxılışı istehsal prosesi başa çatdıqda uçota alınır. Lakin ümumi 

buraxılışın  dəyəri  adətən  il  üçün  müəyyən  edildiyinə  görə  uçot  zamanı  məhsullar 

müxtəlif  hazırlıq  dərəcəsinə  malik  olurlar.  Buna  görə  də,  hazırlıq    dərəcəsinə  görə 

bütün məhsullar üç kateqoriyaya – hazır məhsula, yarım fabrikata və bitməmiş (başa 

çatdırılmamış) istehsala ayrılır.  

Hazırlanması  götürülmüş təsərrüfat – rezident  vahidi çərçivəsində başa çatmış 

məhsullar  hazır  məhsul  adlanır.  Bir  çox  hallarda  məhsulun  hazırlıq  dərəcəsi  sənədlə 

rəsmiləşdirilir.  Başqa  hallarda  məhsulun  hazırlandığı  an  onun  realizasiyası  (kənd 

təsərrüfatı  məhsullarının  dövlətə  və  başqa  bazar  kanalları  ilə  satışı,  ictimai  iaşə 

məhsulları  və  s.)  ilə  eyni  vaxta  düşür.  Bəzən  məhsulun  hazırlıq  anı  qeydə  alınmır 

(məsələn,  öz  ehtiyacları  üçün  kənd  təsərrüfatı  məhsulları  istehsal  edildikdə,  əhalinin 

fərdi mənzil tikintisi zamanı). Belə halda hazırlıq anı texnoloji prosesin qurtardığı an 

hesab edilir.  

Müəyyən  hazırlıq  dərəcəsinə  çatdırılmış  və  bu  müəssisə  daxilində  yenidən 

emalı  gözlənən  məhsullar  yarımfabrikat  adlanır.  Yarımfabrikat  adətən  sənaye 

müəssisələrində olur.  

Bitməmiş (başa çatdırılmamış) istehsal sənaye, kənd təsərrüfatı və ictimai iaşə 

müəssisələrində  olur.  Sənayedə  və  ictimai  iaşədə  bitməmiş  istehsala  bir  sex  və  ya 

bölmə  daxilində  emal  prosesini  başa  vurmamış  məhsullar  daxil  edilir.  Kənd 

tsərrüfatında  bitməmiş  istehsal  gələcək  ilin  məhsulu  ilə  əlaqədar  çəkilən  xərclərin, 

habelə  çoxillik  bitkilərin  təsərrüfatda  istifadə  edilə  biləcəyi  dövrədək  becərilməsinə 

çəkilən  xərclərin  məbləği  ilə  müəyyən  edilir.  Heyvandarlıqda  bitməmiş  istehsal 

kökəldilməyə  qoyulmuş  mal-qaranın  saxlanılmasına,  cavan  mal-qaranı  təsərrüfatda 

istifadə  edilə  biləcək  yaşadək  saxlanılmasına  çəkilən  xərclərin  məbləğinə  görə 

müəyyən  edilir.

 

İstehsal  edilmiş,  lakin  realizə  olunmamış  məhsul  və  xidmətlər  də 




42 

 

bazara göndərilən məhsullar kimi ümumi buraxılışın həcminə daxil edilir. Məhsul və 



xidmətlərin aşağıdakı növləri ümumi buraxılışa daxil edilmir: 

1.  Pulsuz ev xidmətləri; 

2.   Torpaq  rentası  (bunlar  mülkiyyətdən  gəlir  kimi  nəzərdən  keçirilir  və 

istehsal nəticəsi hesab olunmur); 

3.   Sahibkarların  özləri  tərəfindən  mənzildə  yerinə  yetirilən  xidmət  və 

təmir işləri. 

Ümumi  buraxılışı  hesablayarkən  barter  (əmtəə  və  xidmətləri  başqa  əmtəə  və 

xidmətlərə və  ya aktivlər dəyişmə) əsas qiymətlərlə onların satılacağı  halda alınacaq 

ödəniş qiyməti ilə qiymətləndirilir. 

Əməyin  ödənilməsi  üçün  istifadə  edilən  əmtəə  və  xidmətlər  onların  satıla 

biləcəyi  qiymətlərlə  qiymətləndirilir.  Bir  müəssisə  daxilində  başqa  müəssisə  üçün 

istehsal  edilmiş  məhsul  və  xidmətlər  əsas  qiymətlərlə  (və  hər  hansı  üçüncü  tərəfə 

edilən  xid  mətlər  üçün  nəqliyyat  xidmətlərinin  dəyərini  əlavə  etməklə) 

qiymətləndirilir. [3] 

Maddi  dövriyyə  vəsaitləri  ehtiyatlarının  dəyişməsi  ümumi  buraxılışa  daxil 

olunmur. 

Bitməmiş  istehsal  qalığının  dəyişməsi  MHS  –  də  hazır  məhsulun  ehtiyata 

qoyulması  və  oradan  götürülməsi  kimi  nəzərdən  keçirilir  və  həmin  vaxta  qüvvədə 

olan  əsas  qiymətlərlə  qiymətləndirilir.  Öz  ehtiyacları  üçün  istehsal  olunan  əmtəə  və 

xidmətlər  istehsal  olunduğu  anda  uçota  alınır  və  bazarda  satıla  biləcək  əsas 

qiymətlərlə qiymətləndirilməlidir. Bu  məqsədlə daha əlverişli olan  ikinci  üsüldan da 

istifadə  etmək  olar.  Belə  olan  halda  öz  ehtiyacları  üçün  istehsal  olunan  əmtəə  və 

xidmətlərin dəyəri onlara sərf edilən məsrəflərə bərabər götürülür. 

 İrəlidə  deyildiyi  kimi,  iqtisadiyyat  üzrə  ümumi  buraxılışın  həcmi  maddi 

nemətlər  istehsal  edən  bütün  xidmət  sahələrinin  ümumi  buraxılışlarının  cəmi  kimi 

hesablanır.  Lakin  hər  bir  sahədə  ümumi  buraxılışın  hesablanmasının  özünə  məxsus 

xüsusiyyətləri vardır ki, bu da həmin sahələrin texnologiyası və təşkili prinsipləri ilə 

bilavasitə əlaqədardır. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə