Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

28 

 

Son  istifadə  üsulu  ilə  hesablanan  ÜDM  son  istehlaka  (Sİ)  ixrac  və  idxal 



saldosunu (İx - İd) uçota almaqla, ümumi yığımın (Üy) cəmini göstərir. 

 

ÜDM = Sİ + Üy + (İx - İd) 

 

Bu  göstərici  son  istehlakçıların  tələblərinin  ödənilməsində  və  ölkənin  milli 

sərvətinin artmasında istifadə olunan ÜDM-un rolunu əks etdirir [3]. 

MHS-də  ÜDM-un  son  istehlakı  fərdi  və  dövlət  istehlakına,  habelə  ixrac-idxal 

saldosuna bölünür.  

Beynəlxalq  statistikanın  tövsiyyə  etdiyi  ÜDM  göstəricisi  bir  qədər  də 

təkmilləşdirilməlidir.  Çünki,  bu  göstərici  hər  iki  sferanı  (maddi  istehsal  və  qeyri-

maddi  istehsal)  əhatə  etsə  də  uçotu  çətin  və  ya  heç  mümkün  olmayan  bir  çox 

əməliyyatlar buraya daxil olmur. Evdar qadınların öz ev təsərrüfatındakı işi, alimlərin 

hazır kitab, broşura və s. şəkildə çap olmamış («özü üçün») işləri, barter mübadiləsi, 

kölgə  biznesin  gəliri,  xırda  «şirinlik»  formasında  ödənişlər  və  s.  belə  əməliyyatlara 

aiddir. 


ÜDM-un  hesablanması  üsullarının  heç  biri  qeyri  istehsal  xarakterli 

sövdələşmələri  (xüsusilə  transfert  ödənişləri)  əhatə  etmir.  Belə  ödənişlərin  həcmi 

kifayət  qədər  böyük  olmaqla  yanaşı,  ÜDM-un  yenidən  bölüşdürülməsində  nəzərə 

alınır. Transfert ödənişlərinə aşağıdakı ödənişlər aiddir: 



1.  Dövlət  transfert  ödənişləri  (sosial  sığorta  üzrə  ödənişlər,  işsizliyə  görə 

yardım, təqaüd, pensiya, dövlət borcları üzrə faizlərin ödənilməsi və s.); 

2.   Fərdi  transfert  ödənişləri  (fərdi  fondlardan  birdəfəlik  ödənişlər,  fərdi 

şəxslərin  verdiyi  təqaüd,  qiymətli  kağızların  alqı-satqısı  və  s.).  Cari 

istehsalı  artırmadığına  görə  xalis  maliyyə  əməliyyatları  (məsələn, 

qiymətli kağızların alqı-satqısı) ÜDM-a daxil edilmir. 

İllik istehsalın ümumi həcminin ölçüsü olan ÜDM ciddi bir qüsura malikdir: o 

istehsalın  həcmini  illik amiortizasiya ayırmalarının  məbləği  (əsas kapitalın  istehlakı) 

qədər  artırır.  Nəzərə  almaq  lazımdır  ki,  cəmiyyətin  rifahı  yalnız  istehsalın  həcminin 




29 

 

artırılması  yolu  ilə  təmin    olunur.  Xüsusi  fondlarda  yığılan  amortizasiya  ayırmaları 



isə  əhalinin  həyat  səviyyəsini  yüksəltmir.  Bunları  nəzərə  alaraq  ÜMM  və  ÜDM 

həcmini  illik  amortizasiya  ayırmalarının  məbləği  (əsas  kapitalın  istehlaka)  qədər 

azaltmaqla,  başqa  makroiqtisadi  göstəriciləri  –  xalis  milli  məhsul  (XMM)  və  xalis 

daxili  məhsul  (XDM)  göstəricilərini  hesablamaq  olar.  Bu  göstəricilərin  köməyi  ilə 

konkret ölkənin istehsal və istehlak etdiyi əmtəə və xidmətlərin illik ümumi həcmini 

ölçmək mümkündür. Başqa sözlə, bu göstərici XMM-un istehsalını təmin etmək üçün 

torpaq,  işçi  qüvvəsi,  kapital  və  sahibkarlıq  fəlaiyyəti  üçün  iqtisadi  resursları  iş 

verənlərin gəlirlərinin həcmini əks etdirir. 

XMM-da  iqtisadi  resursların  rolunu  əks  etdirməyən  yeganə  komponent  dolayı 

(qeyri-müstəqim)  vergilərdir.  Odur  ki,  əmək  haqqının,  renta  ödənişlərinin  və 

mənfəətin  ümumi  həcmi  göstəricilərini  müəyyən  etmək  üçün  XMM-dan  dolayı 

(qeyri-müstəqim)  xərcləri  çıxmaq  lazımdır.  Bu  yolla  alınmış  göstərici  milli  gəlir 

adlanır. 

Xalis  daxili  məhsulu  hesablamaq  üçün  ÜDM-dan  əsas  kapitalın  istehlakını 

(amortizasiya  ayırmalarını)  çıxmaq  lazımdır.  Əsas  kapitalın  istehlakı  yeni  yaranmış 

dəyər deyil, əvvəlcə yaranmış əsas fondların dəyərinin istehsal prosesində iştirakı ilə 

əlaqədar  istehlakıdır.  Beləliklə,  nəzəri cəhətcə əlavə edilmiş dəyər  xalis  nəticəyə aid 

olan  anlayışdır.  Bu  həm  də  daxili  məhsula  aiddir.  Nəzəri  cəhətdən  daxili  məhsul  da 

xalis nəticə ilə əlaqədar olan anlayışdır. Lakin ÜDM müxtəlif məqsədlər üçün istifadə 

edilə bilər. 

Sərəncamda  olan  ümumi  milli  gəlir  də  MHS-nin  aqreqat  göstəricilərindən 

biridir.  SÜMG  bütün  institusional  vahidlərin-rezidentlərin  sərəncamda  olan 

gəlirlərinin,  yəni  institusional  vahidlərin  son  istehlak  və  əmanətlər  üçün  malik 

olduqları  gəlirlərinin  cəmidir.  SÜMG  hesablamaq  üçün  UMG-dən  qeyri-rezident 

vahidlər  tətərfindən  ödənilən  cari  transfertləri  (vergilərdən  başqa  istehsala  və  idxala 

subsidiyaları  çıxmaqla)  çixib,  rezident  vahidlərin  dünyanın  qalan  dövlətlərindən 

aldıqları müvafiq tranfertləri cəmləmək lazımdır.  



30 

 

SÜMG-dən  əsas  kapitalın  istehlakını  çıxandan  sonra  sərəncamda  qalan  xalis 



milli gəlir (SXMG) alınır. 

 Xarıcı  ticarət  qalığı  (saldosu)  ÜDM-un  son  istifadəsinin  əsas  ünsürü  hesab 

edilir.  Bu  göstərici  ixracın  həcmindən  idxalın  həcmini  çıxmaqla  hesablanır.  İxracin 

həcmi  carı  dövrün  qiymətləri  əsasında  öz  ölkəsinin  valyutası  və  ya  ABŞ  dolları  ilə 

hesablanır.  Idxalın  ümumi  həcmi  müxtəlif  ölkələrdə  idxal  olunan,  məhsul,  əmtəə  və 

göstərilən  xidmətlərin  dəyərinin  ümumi  yekununa  bərabərdir.  İdxalın    yekunu  carı 

dövrün  qiymətləri  əsasında  hər  ölkənin  öz  valyutası,  yaxud  da  ABŞ  dolları  ilə 

müəyyənləşdirilir.  Əgər,  idxalın  ümumi  həcmi  xarıcı  ticarət  tərəf  müqabil 

təşkilatlarının milli valyutası ilə ifadə olunarsa, bu zaman idxalın həcmi dövlətin milli 

bankının  müəyyən  etdiyi  valyuta  məzənnəsi  əsasında  milli  valyutaya  və  ya  ABŞ 

dollarına çevrilməklə hesablanır.  

MHS  –nin  ən  mühüm  göstəricilərindən  biri  də  milli  qənaətdir  (yığımdır).  Bu 

göstərici  sətəncamda  olan  milli  gəlirdən  son  istehlakın  həcmini  çıxmaqla  hesbalana 

bilər.  


Xarici  kreditləşmə  (borc  alma)  dedikdə  bütövlükdə  iqtisadiyyat  səviyyəsində 

hər  hansı  bir  ölkənin  başqa  bir  ölkənin  sərəncamına  müvəqqəti  verdiyi  və  ya  həmin 

ölkədən  öz  ölkəsinin  sərəncamına  müvəqqəti  götürdüyü  resursların  həcmi  nəzərdə 

tutulur.  

Milli  sərvət  insan  əməyinin  nəticəsi  olan  toplanmış  maddi  nemətlərin,  torpaq  və 

təbii ehtiyatların, qızıl və xarici valyuta, qeyri-maddi aktivlərin məcmusudur.  

MHS-nin  mühüm  makroiqtisadi  göstəriciləri  arasındakı  qarşılıqlı  əlaqəni 

aşağıdakı kimi yazmaq olar: 



1.  Ümumi daxili məhsul                            

 

 

 

  

    ÜDM 

2.  Əsas kapitalın istehlakı                                  

 

 

   

      ƏKİ 

3.  Xalis daxili məhsul                                         

              XDM=UDM-ƏKİ 

4.  Xaricdən alınan ilkin gəlirlərin qalığı (saldosu)      

 

             XİGQ 

5.  Ümumi milli gəlir                                                            UMG=ÜDM+XİSQ 

6.  Xalis milli gəlir                                               

              XMG=ÜMS-ƏKİ 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə