Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   2   3   4   5   6   7   8   9   ...   23

16 

 

1994-cü  il  18  fevral  tarixli  Prezidentin  Fərmanına  uyğun  olaraq  Azərbaycan 



Respublikasının  “Statistika  haqqında”  Qanunu  Milli  Məclisdə  təsdiq  edilmişdir. 

Dövri  olaraq  həmin  qanuna  dəyişikliklərin  aparılması  nəzərdə  tutulmuş  və  həyata 

keçirilmişdir.  1998-ci  iI  20  avqust  tarixli  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanı  ilə  “1998-2002-ci  illərdə  dövlət  statistika  sistemində  islahatların 

aparılmasına  dair"  II  Dövlət  Proqramı  təsdiq  edilmişdir.  Dövlət    Proqramında  

statistikanın  müasir  göstəricilər  sisteminin,  onların  hesablanması  metodologiyasının 

bazar  iqtisadiyyatının  tələblərinə  uyğun  olaraq  dəyişdirilməsinın  başa  çatdırılması, 

statistika  məlumatlarının  obyektivliyinin,  operativliyinin  və  dolğunluğunun  təmin 

edilməsi və  yerli  icra  hakimiyyəti orqanlarının  və digər  informasiya  istehlakçılarının 

ölkənin,  rayonların  (şəhərlərin)  və  təsərrüfat  subyektlərinin  sosial-iqtisadi  vəziyyəti 

haqqında obyektiv statistik informasiyaya olan tələbatının ödənilməsi nəzərdə tutulur. 

Dövlət    Proqramının  statistika  müşahidəsi  metodlarının  təkmilləşdirilməsi 

bölməsində  seçmə  müşahidəsinin  yeni  növlərinin  (çoxfazalı,  çoxməqsədli) 

metodologiyasının işlənib hazırlanması, müşahidə məlumatlarının bütövlükdə ölkəyə 

şamil  edilməsi  probleminin  həll  edilməsi  nəzərdə  tutulmuşdur.  1998-2002-ci  illərdə 

sahələrarası  balansların  Milli  Hesablar  Sisteminin  sxemi  üzrə  işlənilməsinə,  riyazi 

statistika  metodları  və  makroiqtisadi  göstəricilər  sistemi  bazasında  Azərbaycanın  və 

regionların 

sosial-iqtisadi 

inkişafının 

kompleks 

təhlili 


metodologiyasının 

təkmilləşdirilməsinə  mühüm  əhəmiyyət  verilmişdir.  Dövlət    Proqramında  1993-cil 

ilin  MHS-nə  keçidin  1998-2000-ci  illərdə  başa  çatdırılması  nəzərdə  tutulmuş  və 

yerinə yetirilmişdir [5].  

Hazırkı  mərhələdə  rəsmi  statistika  Azərbaycanda  əhəmiyyətli  sosial-iqtisadi 

inkişaf  dəyişiklikləri,  inzibati  islahatlar,  büdcə  proseslərinin  islahatları,  maliyyə 

hesabatlarının  beynəlxalq  standartlara  keçidi  şəraitində  inkişaf  edir  ki,  bu  da  rəsmi 

statistika  fəaliyyətində  cəmiyyətin  həyatındakı  dəyişikliklərə  tez  (sürətlə)  cavab 

verən, çevik statistik  məlumatlarla təminat sisteminin  formalaşmasına prinsipcə  yeni 

yanaşmaların  axtarılması  və  həyata  keçirilməsi  vəzifələrini  müəyyənləşdirir.  

1992-ci  ildən  başlayaraq,  dövlət  statistika  orqanlarının  fəaliyyəti  keyfiyyətcə  yeni 



17 

 

inkişaf  və  istiqamət  mərhələsinə  qədəm  qoymuşdur.  Dövlət  Statistika  Komitəsi 



tərəfindən  statistika  praktikasında  istifadə  olunan  qayda  və  standartlar  tədricən 

beynəlxalq  və  bazar  iqtisadiyyatının  tələblərinə  uyğunlaşdırılır  və  bu  zaman  ölkədə 

aparılan  islahatlara  xüsusi  diqqət  yetirilir.  1992-2003-cü  illər  ərzində  istər  dövlət 

statistika  hesabatları,  istərsə  də  onların  tərtib  edilməsinə  dair  təlimatlar  beynəlxalq 

standartlara uyğun və ölkənin dövlət dilində hazırlanmışdır. 

MHS  mərkəzində  ümumi  daxili  məhsul  (ÜDM)  durur.  İkinci,  makroiqtisadi 

göstərici  ümumi  milli  məhsuldur  (ÜMM).  Onların  hər  ikisi  iqtisadiyyatın  hər  iki 

sferasında maddi istehsal və xidmətlərdə fəaliyyətin nəticələrini əks etdirir. Hər ikisi, 

bir  il  (kvartal,  ay)  müddətinə  əmtəə  və  xidmət  istehsalında  bütün  son  məhsulun 

həcmini dəyər kimi müəyyən edir. Bu göstəricilər cari, qüvvədə olan qiymətlərdə və 

sabit qiymətlərlə (hər hansı baza ilinə nisbətdə və ya xarici sabit valyutaya nisbətdə) 

hesablanır. 

Ümumi  Dахili  Məhsul  (ÜDM)  milli  hesаblаr  sisteminin  ən  mühüm 

göstəricilərindən  biridir,  istər  mаddi  istehsаl,  istərsə  də  qeyri-mаddi  хidmətlər 

sаhələrində  iqtisаdi  vаhidlərin-rezidentlərin  istehsаl  fəаliyyətinin  sоn  nəticəsini 

хаrакterizə edir və bu vаhidlərin sоn istehlак üçün məhsul və хidmətlər istehsаlı üzrə 

yаrаtdığı  əlаvə  dəyərin  həcmi  ilə  ölçülür.  ÜDM  iqtisаdi  vаhidlərin-rezidentlərin 

məhsul  və  хidmətlərin  istehsаlçılаrı  аrаsındа  bölüşdürüldüyü  ilкin  gəlirlərin,  yəni 

muzdlu  işçilərin  əməк  hаqqının,istehsаlа  və  idхаlа  görə  хаlis  vergilərin,  ümumi 

mənfəətin  və  ümumi  qаrışıq  gəlirlərin  məbləği,  bаşqа  sözlə,  gəlirlər  üsulu  ilə  də 

müəyyənləşdirilə  bilər.  Ümumi  dахili  məhsuldаn  istifаdə  edilməsi  (хərclər  üsulu) 

məhsul və хidmətlərin sоn istehlакını, əsаs каpitаlın ümumi yığımını, mаddi dövriyyə 

vəsаitləri  ehtiyаtlаrının  dəyişməsini,  qiymətlilərin  (sərvətlərin)  хаlis  əldə  edilməsini 

və məhsul və хidmətlərin iхrаc və idхаl sаldоsunu özündə birləşdirir.  

ÜDM  nələri  əhatə  etmir:  Baxmayaraq  ki,  ÜDM  material  və  qeyri-material 

sferasının  hər  ikisini  əhatə  edir,  bu  göstərciyə  nəzərə  alınması  çətin  və  mümkün 

olmayan bir çox əməliyyatlar və xidmətlər düşmür. Məsələn: 



Öz ev təsərrüfatındakı evdar qadınların işi; 




18 

 



Hazır  məhsul  şəklinə  salınmayan,  özü  üçün  işləyən  amillərin  işləri  (məsələn, 

kitab, nümunə, məqalə və s.); 



Barter mübadiləsi; 



Kölgə və ya gizli biznesin gəlirləri; 



Bəxşiş şəklində əmək haqqı və s.; 

ÜDM  bütün  üsullarla  hesablanmasında  qeyri-istehsal  sövdələşməsi  adlanan,  o 

cümlədən  transfer  ödəmələri  daxil  edilmir.  Bu  ödəmələrin  həcmi,  bir  qayda  olaraq 

kifayət qədər böyükdür, lakin onlar sadəcə ÜDM yenidən bölgüsüdür. 

Transfer ödəmələrinə aşağıdakılar daxildir: 



Dövlət transfer ödəmələri, məsələn, sosial-sığorta üzrə ödənişlər, işsizliyə görə 



müavinətlər, təqaüdlər,  dövlət borcuna görə faiz ödəmələri; 



Xüsusi  transfer  ödəmələri,  məsələn,  xüsusi  fondlardan  birdəfəlik  ödəmələr, 

xüsusi şəxslərə və təşkilatlara təqaüdlər; 

ÜDM-ə  həmçinin  təmiz  maliyyə  əməliyyatları  daxil  deyil.  Məsələn,  qiymətli 

kağızların alış və satışı. Belə ki, onlar cari istehsalı artırmırlar. 

ÜMM  və  ÜDM  arasındakı  fərqlər  aşağıdakılardır:  ÜDM  ərazi  əlamətinə  görə 

hesablanır.  Bu  müəssisələrin  milli  mənsubiyyəti  nəzərə  alınmadan  ölkə  ərazisində 

yerləşən  maddi  və  xidmətlər  sferaları  məhsullarının  məcmu  dəyərini  göstərir.  ÜMM 

isə  bu,  milli  müəssisələrin  yerləşməsindən  asılı  olmayaraq  (öz  ölkəsində  və  ya 

xaricdə)  milli  iqtsadiyyatın  hər  iki  sferasında  bütün  məhsul  və  xidmətlərin  məcmu 

dəyəridir.  Beləliklə,  ÜMM    ÜDM  –  dan    faktor  gəlirlərinə  görə  fərqlənir.  Adətən 

ÜMM  hesablamaq  üçün  ÜDM  göstəricisinə  xaricdə  olan  müəssisələrin  və  fiziki 

şəxslərin  mənfəət  və  gəliri  ilə  ölkədə  olan  xarici  işçilərin  və  xarici  investorların 

mənfəət  və  gəlirlərinin  fərqi  əlavə  edilir.  Bu  fərq  stabil  və  liberal  iqtisadiyyatlı 

ölkələrdə  böyük  olmur.  Qərbin  aparıcı  ölkələri  üçün    bu  fərq    ÜDM  –  un      1%-dən 

çox olmur. 

Respublikamızda ÜDM və ÜMM ilk dəfə 1998-ci ildən etibarən hesablanmağa 

başlayıb.    İstər  ÜDM  ,  istərsə  də  ÜMM  hesablanarkən  il  ərzində  istehsal  edilmiş 

əmtəə    və    xidmətlər  bir    dəfə  nəzərə    alınır,    yəni    onlar    son    məhsul  kimi  qəbul 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə