Azərbaycan respublikasinda regional ümumi daxiLİ


  Gəlirlərlə əməliyyatlar;  3



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   2   3   4   5   6   7   8   9   ...   23

10 

 

2.  Gəlirlərlə əməliyyatlar; 



3.  Maliyyə vasitələri ilə bağlı əməliyyatlar; 

4.  Fövqəladə  hadisələr  nəticəsində  aktivlərin  dəyişməsini  xarakterizə  edən  sair 

əməliyyatlar. Onu da qeyd edək ki, bu əməliyyatlar “Aktivlərin sair dəyişməsi 

hesabına” qeyd edilir. 

Əsas  təsnifatlaşdırmalardan  biri  mal  və  xidmətlərin  əsas  qruplar  üzrə 

təsnifatlaşdırılmasıdır.  Bu  mal  və  xidmətlərin  beynəlxalq  təsnifatına  uyğun  olaraq 

həyata keçirilir.  

Milli Hesablar Sistemində cari və kapital vergilər, istehsal və idxala vergilər, gəlir 

və mülkiyyətə vergilər bir-birindən fərqləndirilir. 

MHS – də istehsala və idxala vergilər dövlət idarəetmə orqanlarının ilkin gəlirləri, 

gəlir  və  mülkiyyətə  vergilər  yenidən  vergi  ödəmələri  kimi  izah  olunur.  İstehsala  və 

idxala  vergilər  öz  növbəsində  iki  qrupa  –  məhsullara  vergilərə  və  istehsala  sair 

vergilərə  bölünür.  Ümumi  buraxılışın  qiymətləndirilməsi  baxımından  bu 

fərqləndirmə  vacibdir. Məhsullara  vergilər (əlavə dəyər  və  idxala  vergilərdən başqa) 

istehsalçı  qiyməti  üzrə  əlavə  dəyərin  tərkibinə  daxil  edilir,  lakin  əsas  qiymətlərlə 

qiymətləndirmədə isə əlavə dəyərin tərkibinə daxil edilmir. 

Əvvəllər  Milli  Hesablar  sistemi  Milli  Gəlirin  statistikası  bazasında 

yaranmışdır.    Bununla  müxtəlif  metodlarla  Milli  Gəlirin  qiymətləndirilən 

göstəricilərinin  vahid sistemə  inteqrasiyası həyata keçirilmişdir. Bu  inteqrasiya Milli 

Gəlirin 

müxtəlif 

metodlarla 

hesablanmasının 

əsasənda 

duran 


qaydaların 

uzlaşdırılması və harmonizasiyası demək idi.  Növbəti mərhələdə MHS – nin inkişafı 

və  təkmilləşdirilməsi  iqtisadi  proseslərin  müxtəlif  aspektlərini  xarakterizə  edən 

makroiqtisadi  informasiyanın  müxtəlif  bölmələrinin  ,  sahələrarası  əlaqələr  ,  xarici 

iqtisadi  əlaqələr,  mili  sərvət,  maliyyə  vasitləri  ilə  əməliyyatlar    göstəricilərinin 

ümumi  sistemə  inteqrasiya  və  sistemin  əsas  göstəriciləri  ilə  harmonizasiya 

istiqamətində  olmuşdur[4].  MHS  –  nin    bu  cür  quruluşu  onun  analitik  imkanlarını 

əhəmiyyətli şəkildə artırır və ayrı – ayrı makroiqtisadi dəyişənlər arasındakı əlaqələri 




11 

 

müəyyənləşdirməyə imkan verir ki , bu da iqtisadiyyatdakı dəyişiklikləri şərtləndirən 



amilləri aşkar etmək üçün vacibdir.  

MHS  –  nin  müasir  xüsusiyəti  ondan  ibarətdir  ki,  o  yalnız  bütövlükdə 

iqtisadiyyatın  deyil  ,  həm  də  onun  mühüm  struktur  bölmələrinin      və  institutsional 

sektorların  vəziyyətini  və  inkişafını  səciyyələndirməyə  və  struktur  bölmələrin 

arasındakı qarşılıqlı əlaqələri aşkar etməyə imkan verir.  

Milli  Hesablar  Sisteminin  analitik  imkanlara  malik  olması  müasir  dövrdə 

statistik təhlilin  konseptual əsası kimi onun əhəmiyyətini daha da artırır.  

Milli Hesablar Sisteminin mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, 

o  yalnız  ən  mühüm  makoiqtisadi  göstəricilər  sistemini  özündə  əks  etdirmir,  həm  də 

sosial – iqtisadi statistikanın bütün aspektlərininin əlaqələndirilməsi vasitəsidir.  

Bu  sistemin  bütün  dünyada  geniş  yayılmasının  əsas  səbəblərindən  biri  onun 

beynəlxalq  iqtisadi  dil  formasında  çıxış  etməsidir.  Milli  Hesablar  Sistemində  olan 

makroiqtisadi  informasiya  axınından  daha  çox  dövlət  idarəetmə  orqanları  iqtisadi 

siyasətin,  iqtisadi  artımın  stimullaşdırılması,  vergi  sisteminin  təkmilləşdiriməsi  , 

xarici  investisiyaların  cəlb  edilməsi  ,  həyat  səviyyəsinin  yüksəldilməsi  tədbirlərinin 

işlənib  hazırlanması  məsələləri  üzrə  qərarlar  qəbul  edərkən  istifadə  edirlər.  Bu 

konteksdə  dövlət  büdcəsinin  formalaşdırılması  üçün  Ümumi  Daxili  Məhsul 

haqqındakı məlumatlardan istifadə edilməsini xüsusi qeyd etmək olar. Dövlət büdcəsi 

kəsrinin Ümumi daxili Məhsula nisbətinə fiskal siyasətin səmərəlilik göstəricisi kimi 

baxılır.  

Məlumdur  ki,  bazar  iqtisadiyyatında  müxtəlif  iqtisadi  əməliyyatlar  yerinə 

yetirilir:  müəssisələr  xammal  və  materiallar  alırlar,  müxtəlif  məhsullar  istehsal 

edirlər, fəhlə və qulluqçular əmək haqqı, dövlət büdcəsinə vergi ödəyirlər, banklardan 

borc pul götürür, sərbəst və cəlb edilmiş resursları fiziki kapitala investisiya qoyurlar 

və  s.  Müəssisələrdən  başqa  iqtisadi  proseslərdə  digər  təsərrüfat  subyektləri:  maliyyə 

idarələri  (banklar,  investisiya  fondları,  sığorta  kompaniyaları),  dövlət  idarəetmə 

orqanları, ev təsərrüfatları, müxtəlif qeyri-kommersiya təşkilatları (həmkarlar, siyasi, 

dini təşkilatlar  və s.)  iştirak edirlər.  Bu təsərrüfat subyektləri də əmtəə  və  xidmətlər, 




12 

 

pullar,  kreditlər,  aksiyalar  və  digər  maliyyə  alətləri  ilə  müxtəlif  əməliyyatlar  yerinə 



yetirirlər.  Yeni  dəyərin  yaradılması  prosesində  təsərrüfat  subyektləri  bir-biri  ilə 

qarşılıqlı  əlaqədə  və  təsirdə  olurlar.  Buna  görə  də  təsərrüfat  subyektləri  və  onların 

yerinə  yetirdikləri əməliyyatları, onların aktiv  və passivləri  haqqında  informasiyaları 

müəyyən  qaydada  təsnifatlaşdırmaq,  sistemləşdirmək  zərurəti  yaranır.  Bu 

sistemləşdirmə xüsusi qaydalar və proseduraların köməyi ilə MHS -də yerinə yetirilir. 

MHS-nin  qurulması  nəticəsində  hesabat  dövründə  ölkənin  fəaliyyətini 

xarakterizə  edən  makroiqtisadi  göstəricilər  qurulur.  MHS  əsasında  bu  göstəricilərin 

hesablanılması  zamanı  maddi  və  qeyri-maddi  istehsal  arasında  fərq  qoyulmur,  ona 

görə  də  burada  bütün  əmtəə  və  xidmətlər  nəzərə  alınır.  Ev  təsərrüfatının  fərdi  son 

istehlakı  üçün  ev  və  məişət  xidmətlərinin  istehsalı  MHS-də  əks  olunan  istehsaldan 

çıxılır. Milli hesablarda aşağıdakı ev və məişət xidmətləri əks olunmur: 

-  ev təsərrüfatlarının öhdəsində olan mənzilin yığışdırılması və saxlanması; 

-  uzunmüddət istifadə olunan məişət əşyalarının təmizlənməsi, xidməti və təmiri; 

-  qidanın hazırlanması və verilməsi; 

-  uşaqların tərbiyəsi və təhsili; 

-  xəstələrə, əlillərə və qocalara qulluq; 

-  ev təsərrüfatı üzvlərinin və onların əmlakının daşınması[3]. 

Müasir  milli  hesablar  sisteminin  mühüm  xüsusiyyəti  onun  ümumi  əhatəlilik 

xarakterdə  olmasıdır.  Bu  o  deməkdir  ki,  milli  hesablar  sistemi  iqtisadi  proseslərin 

bütün aspektlərinin (istehsal, gəlirlərin bölgüsü və təkrar bölgüsü, istehlak və əmanət, 

investisiyanın  maliyyələşdirilməsi,  maliyyə  vasitələri  ilə  əməliyyat,  xarici  iqtisadi 

əlaqələr,  milli  sərvətin  formalaşdırılması)  qarşılıqlı  əlaqədə  təsvirini  təmin  edir. 

Ümumiləşdirilmiş  şəkildə  milli  hesablar  sisteminə  bütün  təsərrüfat  subyektləri 

(institusional  vahidlər),  bütün  iqtisadi  əməliyyatlar  (mal  və  xidmətlərlə,  gəlir  və 

maliyyə  vasitələri  ilə),  təsərrüfat  subyektlərinin  bütün  aktiv  və  öhdəlikləri  haqqında 

informasiya daxildir. Eyni zamanda bu sistemdə fövqaladə xarakterli hadisələr (təbii 

fəlakət,  texnogen  fəlakət,  təbii  ehtiyatların  tükənməsi)  nəticəsində  aktiv  və 

öhdəliklərin dəyişməsi haqqında məlumatlar da nəzərdə tutulur. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə