Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

22 

 

    - Mаliyyə korporasiyaları sektoru 



    - Dövlət idarəetməsi sektoru 

    - Ev təsərrüfаtlаrınа хidmət edən qeyri-kоmmersiyа təşkilаtlаrı sektoru 

    - Ev təsərrüfаtlаrı sektoru. 

Bundаn  əlаvə  MHS-də  bu  sektorların  (bölmələrin)  xarici  ölkə  rezidentləri  ilə 

əlaqəsini əks etdirən "Qаlаn dünyа" sektoru və eyni аdlı hesаb mövcuddur. Bu sektor 

(hesаb)  qeyri-rezident  vаhidlərin  ölkə  rezidentləri  ilə  həyata  keçirdikləri  iqtisadi 

əməliyyatların nəticələrini özündə birləşdirir. 

Bütövlükdə MHS-lərin hesabları 3 sinifə ayrılır: 



I  sinif  hesabları  (konsolid  hesablar)  -  iqtisadiyyatı  bütövlükdə  əhatə  edir  və  əsas 

makroiqtisadi  nisbətləri  xarakterizə  edir  (buraya  ÜDM-nin  aqreqasiya  olunmuş 

hesabları aiddir). 

II  sinif  hesabları  -  I  sinif  hesablarının  ayrı-ayrı  məhsul  və  xidmətlərin  istehsalı, 

ehtiyatları və istifadəsi üzrə bölgüsünü xarakterizə edir. 



III  sinif  hesabları  -  I  sinif  hesablarının  iqtisadiyyatın  ayrı-ayrı  sektorlarının  gəlir  və  

xərclərinin  nisbətləri  kəsimində  bölgüsünü  və  kapital  məsrəflərinin  maliyyələşmə 

mənbələrini xarakterizə edir. 

Ən  yüksək  səviyyədə  aqreqasiya  olunmuş  MHS  4  balans  cədvəli  kimi  təsvir 

oluna bilər:  A –  məcmu  daxili  məhsul;  B  –  milli  gəlir  və onun bölgüsü; V –  kapital 

məsrəflərinin maliyyələşdirilməsi; F - xarici əməliyyatlar. 

 

 

 



 

 

 



 

 

 




23 

 

Fəsil II. Azərbaycan Respublikasında MHS-in regional göstəricilərinin 



hesablanması və təhlili metodları 

§2.1. MHS-in regional göstəricilərinin hesablanmasının əsas prinsipləri, 

metodları və xüsusiyyətləri 

 

İqtisadiyyatın  bütövlükdə  makro  səviyyədə  fəaliyyətinin  nəticəsi  göstəriciləri 



makroiqtisadi  göstəricilər  adlanır.  Belə  ki,  iqtisadiyyatda  baş  verən  bütün  prosesləri 

və  nisbətləri  xarakterizə  etmək  üçün  Milli  hesablar  sistemində  makroiqtisadi 

göstəricilərdən  istifadə  edilir.  Həmin  göstəricilər  bəzən  MHS-nin  mərkəzi 

göstəriciləri də adlanır. 

Makroiqtisadi göstəricilərdən ən əsasları aşağıdakılardır: 

1.  Ümumi daxili məhsul ÜDM; 

2.  Ümumi milli gəlir ÜMG; 

3.  Sərancamda olan ümumi milli gəlir SÜMG; 

4.  Son istehlak Sİ; 

5.  Ümumi yığım ÜY; 

6.  Xarici ticarət qalığı XTQ; 

7.  Milli qənaət (artım) MQA; 

8.  Xalis kreditləşdirmə XK; 

9.  Milli sərvət MS [3]. 

MHS-nin mərkəzi göstəricisi ÜDM-dur. Bəzi xarici ölkələrin statistikasında bir 

qədər  əvvəlki  dövrlərdə  makroiqtisadi  göstərici  kimi  ümumi  milli  məhsul  (ÜMM) 

göstəricisindən  istifadə  olunurdu.  Bu  göstəricilərin  hər  ikisi  (ÜDM  və  ÜMM) 

iqtisadiyyatın  maddi  istehsal  və  xidmətlər  sahəsində  fəaliyyətinin  nəticələrini  əks 

etdirir.  Onların  hər  ikisi  konkret  dövr  ərzində  (ay,  rüb,  il)  ölkədə  (iqtisadiyyatda) 

istehsal  edilmiş  son  məhsulun,  xidmətlərin  cari  (qüvvədə  olan)  və  sabit  qiymətlərlə 

dəyərinin cəmini göstərir. 

ÜDM – la ÜMM – un fərqi aşağıdakılardan ibarətdir: 



24 

 

1.  ÜDM ərazi əlaməti üzrə hesblanır. Bu göstərici mənsubiyyətindən asılı 



olmayaraq konkret ölkənin ərazisində yerləşən maddi istehsal sferası və 

xidmət sferası müəssisələrinin məhsullarının dəyərlərinin cəmidir; 

2.  ÜMM  milli  müəssisələrin  harada  yerləşməsindən  (öz  ölkəsində  və  ya 

onun  sərhədlərindən  kənarda)  asılı  olmayaraq  milli  iqtisadiyyatın  hər 

iki  sferasında  istehsal  olunmuş  məhsul  və  xidmətlərin  ümumi  həcminin 

dəyərinin cəmidir. 

 Beləliklə,  ÜMM  ÜDM-dan  həmin  ölkənin  sərhədlərindən  kənarda  istifadə 

etdiyi  resurslarından  götürdüyü  amil  gəlirlərinin  məbləğindən  xaricilərin  bu  ölkədən 

apardıqları  eyni  cür  gəlirlərin  məbləğini  çıxdıqdan  sonra  qalan  məbləğ  qədər 

fərqlənir.  Xatırladaq  ki,  amil  gəlirləri  dedikdə  muzdlu  işçilərin  gəliri,  renta 

gəliri,ssudalar  üçün  faizlər  və  müəssisələrin  (firmaların)  mənfəəti  başa  düşülür.  Bu 

gəlirə  konkret  ölkənin  sərhədlərindən  xaricdə  mülkiyyəti  olan  və  işçilərinə  əmək 

haqqı  verməklə  firmaların  həyata  keçirdiyi  kapital  qoyuluşları  nəticəsində  əldə 

etdikləri  və  öz  ölkəsinə  keçirdiyi  mənfəət  daxildir.  Adətən  ÜMM  hesablamaq  üçün 

ÜDM göstəricisinin üzərinə aşağıdakıların fərqini əlavə edirlər: 



1.  Konkret  ölkənin  müəssisələri  və  fiziki  şəxsləri  tərəfindən  xaricdə  əldə 

etdikləri mənfəətlə gəlirin fərqi; 

2.   Başqa  ölkənin  investorları  və  xarici  işçilərin  bu  ölkədə  əldə  etdikləri 

mənfəət və gəlirlərin fərqi. 

 Dünyanın aparıcı ölkələrində bu fərq çox da böyük olmur (təqribən ÜDM – un 

1%-ə  qədər).  Azərbaycanda  ÜMM-un  hesablanmasına  1988-ci  ildən,  ÜDM-un 

hesablanmasına  isə  bir  qədər  gec  (təqribən  1992-ci  ildən)  keçilmişdir.  Bu  keçid 

məcmu  ictimai  mənsulu    (MİM)  və  milli  gəliri  (MG)  yenidən  hesablamaqla  həyata 

keçirilirdi.  Xatırladaq  ki,  keçmiş  Sovet  statistikasında  ÜMM  mühüm  makroiqtisadi 

göstərici  kimi  maddi  istehsal  sferasında  istehsal  olunan  əmtəələrin  və  xidmətlərin 

dəyərinin  cəmini  əks  etdirirdi.  Milli  gəlir  göstəricisi  də  maddi  istehsal  sferası 

bazasında  hesablanırdı. ÜMM-u  və ÜDM-u  hesablayarkən qarşıya qoyulan əsas şərt 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə