Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   2   3   4   5   6   7   8   9   ...   23

13 

 

Makroiqtisadi  səviyyədə  iqtisadi  fəaliyyəti  əks  etdirən  bir  sıra  mühüm 



göstəricilər  (məsələn,  ümumi  daxili  məhsul)  iqtisadiyyatın  tərkib  hissələrini  əks 

etdirən  məlumatlara  əsasən  hesablanır.  Lakin  belə  göstəricilərin  tərkib  hissələr  üzrə 

hesablanması  milli  hesabların  qurulmasının  əsas  məqsədi  deyildir.  Sistem  verilmiş 

dövr ərzində baş verən iqtisadi fəaliyyətin müxtəlif növlərinə aid dövrün əvvəlinə və 

axırına  aktiv  və  passivlərin  dəyərini  qeydə  alan  balans  cədvəlləri  ilə  birlikdə  tərtib 

edilmiş qarşılıqlı əlaqədə olan  hesablardan ibarətdir.  Hər bir  hesab konkret  fəaliyyət 

növü (milli gəlirin istehsalı, yaradılması, bölgüsü və təkrar bölgüsü) ilə əlaqədardır. 

  

Statistik  məlumatların  obyektivliyini,  dəqiqliyini  və  dürüstlüyünü  təmin 



etməyin  mühüm  şərti  onların  hesablanmasının  statistik  metodologiyasının 

təkmilləşdirilməsidir.  Uzun  müddət  ölkədə  mövcud  olan  statistika  metodlogiyası 

dünya  praktikasında  qəbul  ediləndən  ciddi  fərqlənirdi.  Elə  buna  görə  də  müqayisə 

edilən  göstəricilər  dairəsi  çox  məhdud  idi,  bu  da  bizim  sosial  –  iqtisadi  inkişafımızı 

qabaqcıl ölkələr ilə müqayisə edərək obyektiv nəticə çıxarmağı xeyli çətinləşdirirdi.  

Göstəricilər  sisteminin  beynəlxalq  praktikada  qəbul  edilən  standartlara  və 

yanaşmalara  uyğunlaşdırılması  zəruridir  ki,  müstəqim  beynəlxalq  müqayisələr 

aparmaq  imkanı  yaransın.  Söhbət  makroiqtisadi  hesablamalarda  Milli  Hesablar 

Sisteminin  geniş tətbiq olunmasından  gedir. Bu zaman bəzi alimlərin xalq təsərrüfatı 

balanslarından imtina etmək fikri ilə razılaşmaq olmaz.  Kapitalist ölkələrinin məşhur 

iqtisadiçıları  təsdiq edirlər ki,  xalq təsərrüfatı balansları analitik  məqsədlər  üçün çox 

vacibdir.  Bu  gün  inkişaf  etmiş  ölkələrin  statistikasına  basqa  cür  yanaşmaq  lazımdır: 

faydalı  nə  varsa  ölkə  statistikasında  tətbiq  olunmalıdır.  Bu  ilk  növbədə  seçmə 

müşahidələrinin  keçirilməsi  təcrübəsinə  Milli  hesablar  sistmenin  qurulmasına  , 

ümumi  daxili  məhsulun  və  ümumi  milli  məhsulun  hesablanması  metodogiyasına, 

əhalinin gəlirlərinin indeksləşdirilməsinə və s. aiddir [3]. 

Müasir  cəmiyyətdə  rəsmi  statistika  xidməti  dövlət  idarəetməsinin  mühüm 

vasitələrindən  biri  kimi  çıxış  edir  və  onun  fəaliyyəti  ölkədə  sosial-iqtisadi  proseslər 

haqqında  adekvat  informasiyanın  əldə  edilməsinə  istiqamətlənir.  Son  dövrlərdə 

Azərbaycanın bütöv uçot və statistika sistemi bazar münasibətlərinə keçidlə əlaqədar 




14 

 

olaraq komoleks dəyişikliyə məruz qalır.  Bütün bu qeyd edilənlər birbaşa beynəlxalq 



müqayisəni  həyata  keçirməyə  imkan  verən  standartların  ölkənin  uçot  və  statistika 

təcrübəsində  tətbiqini  zəruri  etmişdir.  Bu  istiqamətdə  aparılan  önəmli  işlərdən  biri 

makroiqtisadi  hesablamalarda  geniş  tətbiq  edilən  və  geniş  analitik  imkanlara  malik 

olan Milli hesablar Sisteminin qurulmasıdır.  

Azərbaycan  Respublikasında  MHS-nin  tətbiqinə  1994  cü  ildən  başlandı.  Belə 

ki,  Azərbaycan  Respublikası  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  uçot  və  statistik 

işlərinin  beynəlxalq  tövsiyyələrə  uyğun  qurulmasına  xüsus  əhəmiyyət  verdi.  Bu 

məqsədlə    “  Uçot  və  Statistika  işlərinin  beynəlxalq  standartlara  uyğun  qurulmasına 

dair” 11 avqust 1992-ci il tarixli xüsusi fərman imzalandı. 

Azərbaycan  Respublikası  DSK  statistika  metodologiyasının  və  təcrübəsinin 

təkmilləşdirilməsi məsələlərində başqa dövlətlərin baş statistika idarələri, Beynəlxalq 

statistika  təşkilatları  və  bu  məsələlərlə  məşğul  olan  digər  təşkilatlar  ilə  əməkdaşlığı 

genişləndirdi,  eyni  zamanda  ilkin  mühasibat  və  statistika  hesablamalarını  bazar 

iqtisadiyyatının tələblərinə uyğun təşkil etməyə başladı. 

Beləlkilə,  MHS  beynəlxalq  miqyasda  razılaşdırılmış  konsepsiyalar,  təriflər, 

təsnifatlar  və  uçot  qaydalarına  uyğun  qurulmuş  balans  cədvəlləri  və  siyahıların 

cəmindən  ibarət,  məntiqi  ardıcıllığa  malik  və  birləşdirici  makoiqtisadi  hesabların 

cəmidir.  Bu  sistem  geniş  miqyasda  iqtisadi  təhlil  aparmaq,  qərarlar  qəbul  etmək  və 

iqtisadi  siyasət  aparmaq  üçün  uçot  yaratmağa  imkan  verir.  MHS  müxtəlif 

səviyyələrin  tərkib  hissəsində  (iqtisadi  agent  və  ya  təshihat  vahidi,  belə  vahidlər 

qrupu,  iqtisadiyyat  sahələri,  şöbələr  və  s.)  və  ya  bütün  iqtisadiyyat  üzrə  bütövlükdə 

fəaliyyətdə  ola  bilər.  Bu  sistem  ənənəvi  olaraq  Milli  hesablar  sistemi  adlansa  da 

ondan  daha  aşağı  səviyyyəli  bölmə  və  iqtisadiyyat  sahələri  üçün  də  istifadə  etmək 

olar. İqtisadiyyatın fəaliyyətdə olmasını dərk etmək və qiymətləndirmək üçün, habelə 

iqtisadiyyatın müxtəlif hissələri arasında olan qarşılıqlı iqtisadi əlaqələri müşahidə və 

təhlil  etmək  üçün  belə  tərkib  hissələri  haqqında  hərtərəfli  məlumatların  olması 

vacibdir. 

 



15 

 

§1.2. Azərbaycan Respublikasında MHS-in tətbiqinin müasir vəziyyəti, 



onun inkişaf perspektivləri  və makroiqtisadi təhlildə istifadə 

istiqamətləri 

 

Milli  hesablar  sistemi  bаzаr  iqtisаdiyyаtı  şərаitində  mаkrоiqtisаdi  prоsesləri 



özündə  əks  etdirən  bir-biri  ilə  qаrşılıqlı  əlаqəli  оlаn  və  150-dən  çох  ölkədə  tətbiq 

edilən ikitərəfli göstəricilər sistemidir. 

MHS – iqtisadiyyatda ümumi məcmu istehsalı ölçmək üçün, bir növ mühasibat 

hesabatı  sistemi  rolunu  oynayır.  Onun  əsas  vəzifəsi  milli  məhsul  və  milli  gəlirin 

yaranması  və  istifadəsi  prosesinin  kompleks  təhlili  və  informasiya  təminatıdır. 

Ümumi  şəkildə  MHS  mühasibat  hesabları  formasında  ikiqat  qeyd  prinsipi  üzrə 

doldurulan  cədvəllərdir.  BMT-nin  müasir  MHS-nin  standart  hesablarının  sayı  600-ə 

yaxındır.  

Аzərbаycаndа  bu  sistemin  tətbiqi  beynəlхаlq  stаtistikа  təşkilаtlаrının  Milli 

hesаblаr  sisteminin  prоblemlərinə  dаir  hаzırlаdıqlаrı  metоdiki  təlimаtlаr  əsаsındа 

аpаrılır  və  hesаblаmаlаrın  nəticələri  vaxtaşırı    İqtisаdi  Əməkdаşlıq  və  İnkişаf 

Təşkilаtı , Beynəlхаlq Vаlyutа Fоndu və statistika sahəsində fəaliyyət göstərən digər 

beynəlхаlq təşkilаtlаr tərəfindən ekspertizа оlunur. 

 Statistika  elminin  hərtərəfli  öyrənilməsi  sosial  və  iqtisadi  həyatda  baş  verə 

biləcək  dəyişikliklərin  dərk  edilməsində  xüsusi  rol  oynayır.  Bu  istiqamətdə  zəruri 

komponentlərdən  biri  də  onun  vəzifələri  və  təşkili  prinsipləri  hesab  olunmalıdır. 

Müasir  dövrdə  statistikanın  xeyli  sayda  vəzifələri  vardır  ki,  bunlardan  əsas  olanı- 

respublikamızdakı  sosial-iqtisadi  hadisələrin  hərtərəfli  işıqlandırılmasıdır.  Bu 

hadisələrin  dərk  edilməsində  ən  qüdrətli  vasitə  olan  statistikanın  müasir  şəraitdə 

əhəmiyyəti daha da artmışdır. Belə şəraitdə regional və ölkə səviyyəsində yeni göstər 

icilər  sisteminin  yaradılması  zərurəti  ortaya  çıxdı.  Bütün  bunlar  beynəlxalq  uçot  və 

statistika  təcrübəsində  qəbul  edilmiş,  bazarın  tələblərini  ödəyə  bilən  Milli  Hesablar 

Sisteminə keçidi zərurətə çevirdi.  



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə