Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

25 

 

ondan  ibarətdir  ki,  il  ərzində  istehsal  olunan  əmtəələr  və  xidmətlər  yalnız  bir  dəfə 



uçota alınsın (daha doğrusu, bu göstəriciləri hesablayarkən bir neçə dəfə alınıb satıla 

bilən aralıq məhsullar uçota alınmasın və yalnız son məhsul uçota alınsın). Məsələn, 

kənd  təsərrüfatında  istehsal  olunan  buğda  son  məhsula  (çörəyə)  çevrilənədək  dörd 

emal  mərhələsindən  (buğdanın  yığılması,  döyülməsi,  çeşidlənməsi,  elevatorda 

təmizlənmə,  qurudulma  və  saxlanma,  dəyirmanda  üyüdülmə  və  çörəyin  bişirilməsi) 

keçir. Birinci mərhələdə yaranan dəyər emalın sonrakı mərhələlərində istehsal olunan 

məhsulun  dəyərinə  (istehsal  xərclərinə)  də  daxil  edilir.  Lakin  hər  bir  emal 

mərhələsində yaranan real dəyər əmək haqqını, amortizasiyanı və mənfəəti əhatə edir. 

Deməli,  ÜDM-u  və  ÜMM-u  hesablayarkən  təkrar  uçotu  aradan  qaldırmaq  üçün 

emalın hər bir mərhələsində yaranan dəyəri cəmləmək lazımdır. Bu isə son məhsulun 

dəyərinə bərabərdir. Son  məhsul dedikdə alıcı tərəfindən son  istehlak  üçün (yenidən 

satmaq  üçün  yox)  alınan  əmtəələr  və  xidmətlərin  dəyəri  başa  düşülür.  Son 

istehlakçıya  çatanadək  bir  neçə  dəfə  alınıb  satılan  və  ya  emal  edilən  əmtəələr  və 

xidmətlər  aralıq  məhsulu  adlanır.  Buraxılmış  və  istehlak  olunmuş  məhsulların 

dəyərləri arasındakı fərq əlavə edilmiş dəyər adlanır. 

İqtisadi ədəbiyyatların çoxunda və tərcübədə «əlavə dəyər» kimi işlədilən əlavə 

edilmiş  dəyər  (ƏED)  konkret  müəssisənin  konkret  məhsul  istehsalı  prosesində 

yaratdığı dəyərdir. ƏED konkret  müəssisədə xərclənən əmək haqqı,  amortizasiya və 

mənfəəti  əhatə  edir.  Buna  görə  də  yaradılmasında  bu  müəssisənin  iştirak  etmədiyi 

satın alınmış xammal və materialların dəyəri bu müəssisədə istehsal olunmuş məhsul 

kimi  əlavə  edilmiş  dəyərə  daxil  edilmir.  Başqa  sözlə  desək,  əlavə  edilmiş  dəyər 

amortizasiyanı  daxil  etməklə  müəssisənin  ümumi  məhsulundan  aralıq  istehlakı 

çıxmaqla  tapılır.  Keçmiş  Sovet  statistikasında  bu  göstərici  şərti  xalis  məhsul 

adlanırdı.  ƏED-ə  aid  olan  bu  kəmiyyətlərin  cəmi  təkrar  uçota  yol  vermədən 

hesablanmış ÜDM – u verir.  

MHS  –  də  əlavə  edilmiş  dəyərin  tərkibinə  amortizasiya,  əmək  haqqı, 

korporasiyaların və korporasiyalanmış müəssisələrin mənfəəti, onların aldıqları renta, 

ssuda kapitalı üçün faizlər, habelə «Xalis vergilər» və ya «Xalis ixracat» adlı ünsürlər 




26 

 

daxil  edilir.  Xalis  vergilərə  konkret  əmtəənin  və  xidmətin  istehsalına  və  idxalına 



dövlət  subsidiyalarını  çıxmaqla  vergilər  aid  edilir.  Xalis  ixracat  dedikdə  isə  ixrac 

edilmiş əmtəə və xidmətlərin dəyərindən idxalın dəyərini çıxdıqdan sonra alınan fərq 

başa düşülür.  

MHS-də  hesabların  yekununu  və  ÜDM  hesablayarkən  xalis  vergilər  və  xalis 

ixracat ayrıca sətirdə qeydə alınır. 

Xarici  ticarəti  də  uçota  almaqla  ÜDM  təkrar  istehsal  tsiklinin  hər  bir 

mərhələsinə  uyğun  olaraq  istehsal  (məsrəflər),  bölgü  (gəlirlər)  və  son  istifadə 

(istehlak)  üsulları  ilə  hesablanıla  bilər.  ÜDM  istehsal  üsulu  ilə  hesablanarkən 

məsələyə müxtəlif baxımdan yanaşmaq olar: 

a)  Bazar  qiymətlərində  ÜDM  daxili  iqtisadiyyatın  əsas  qiymətləri  ilə 

hesablanmış  ümumi  buraxılışdan  (ÜB)  aralıq  istehlakı  (Aİ)  çıxıb,  əlavə 

dəyər  vergisini  (ƏDV)  və  idxala  xalis  vergilərin  (İXV)  məbləğini 

cəmləməklə hesablanır: 

 

ÜDM =∑ ÜB - ∑ Aİ +∑ƏDB + ∑ İXV 

 

b)  Bazar  qiymətlərində  ÜDM  bütün  iqtisadiyyat  sahələrinin  əlavə  edilmiş 

dəyərlərinin  cəminə  bərabərdir  (yəni  ƏDV-siz  məhsula  və  idxala  xalis 

vergilər daxil edilməklə) 

 

ÜDM = ∑ÜƏD 

 

Belə  halda  sahənin  ÜƏD  –  si  ümumi  buraxılışla  aralıq  istehlakının 

fərqinə bərabərdir:  

 

ÜƏD = ÜB – Aİ 

 



27 

 

c)  Bazar  qiymətlərində  ÜDM  iqtisadiyyat  sektorları  üzrə  bazar 



qiymətlərində ÜƏD – in cəminə bərabərdir: 

 

ÜDM =∑ÜƏD 

Bu  metodla  ÜDM-un  hesablanması  hər  bir  sahənin  (sektorun)  payını, 

iqtisadiyyatın  inkişafının  xarakterini  və sahəvi qurluşunu əks etdirməyə  imkan  verir. 

Beləliklə,  istehsal  mərhələsində  ÜDM  istehsalın  mənbəyini  əks  etdirən  göstəricidir. 

Məhsul  qiymətləndirilərkən  istehlakçıların  qiymətindən  istifadə  olunduğu  halda, 

ÜDM-u  müəyyən  etmək  üçün  bütün  istehsalçı  vahidlərin-rezidentlərin  ümumi  əlavə 

edilmiş dəyərlərinin cəminin  üzərinə  idxal vergisini cəmləyib,  məhsula subsidiyaları 

çıxmaq lazımdır. 

ÜDM-u  gəlirlərə  (yəni,  bölgü  üsulu  ilə)  görə  də  hesablamaq  olar.  Bu  üsulla 

hesablanan  ÜDM  iqtisadi  vahidlər-rezidentlər  arasında  bölüşdürülən  gəlirlərin 

məbləğini  əks  etdirir.  ÜDM  bölgü  üsulu  ilə  hesablamaq  üçün  muzdlu  işçilərin 

əməyinin  ödənilməsini  (ƏÖ),  istehsala  və  idxala  xalis  vergiləri  (İXV),  ümumi 

mənfəəti  (ÜM)  və  ümumi  qarışıq  gəlirlərin  (mülkiyyətdən  və  sahibkarlıqdan) 

məbləğini (ÜQG) cəmləmək lazımdır: 

 

ÜDM = ƏÖ+İXV+ÜM+ÜQG 

 

Bu  yolla  hesablanmış  ÜDM  gəlirinin  tərkibi  və  quruluşunu,  istehsal  amilləri 

(əsas  kapital,  işçi  qüvvəsi)  məsrəflərini,  ümumi  qarışıq  gəlirlərin  onun  istehsalçıları 

arasında neçə bölüşdürülməsini öyrənməyə imkan verir [1]. 

Gəlirlər  üzrə  hesablanmış  ÜDM  ilkin,  yəni  ev  təsərrüfatlarının,  müəssisə  və 

dövlət  idarələrinin  hələ  bölüşdürülməmiş  gəlirlərini  əks  etdirir.  Bu  gəlirləri  əməyin 

ödənişinə  (muzdlu  işçilərin  əmək  haqqı,  sərbəst  işlərin  gəlirləri,  fərdi  ailəvi 

kooperativ  və  yoldaşlıq  müəssisələrinin  gəlirləri),  ümumi  mənfəətə  (renta,  ssuda  və 

bank  faizləri,  sahibkarlıq  mənfəəti,  amortizasiya  ayırmaları,  müxtəlif  cür  qarışıq 

gəlirlər) və xalis vergilərə ayırmaq olar. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə