Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

34 

 

Dövlət  (region)  müşahidələrinin  aparılması  üçün  lazım  olan  məlumatların 



statistik  vahidlər,  ailə  kəndli  və  ev  təsərrüfatları  tərəfindən  dövlət  statistika 

orqanlarına  elektron  sənəd  formasında  təqdim  edilməsində  məqsəd  statistika 

orqanları  ilə  əlaqələrin  keyfiyyətinin  yaxşılaşdırılması,  statistik  vahidlərə  düşən 

informasiya  yükünün  və  vaxt  itkisinin  azaldılması,  müasir  informasiya  və 

kommunikasiya  texnologiyalarından  istifadə  etməklə  məlumatların  təqdim  edilmə 

üsulunun  asanlaşdırılması  və  beynəlxalq  standartlara  uyğunlaşdırılmasına  nail 

olmaqdır.  

Statistik hesabat təqdim edən statistik vahidlərin vəzifələri aşağıdakılardır: 



1.  elektron sənəd mübadiləsi ilə bağlı Dövlət Statistika Komitəsinin bütün təlimat 

və qaydalarına əməl etmək, müəyyən olunmuş formada tərtib olunan  elektron 

hesabatları  (məlumatları)  qanunvericilikdə  müəyyən  olunmuş  müddətdə 

göndərmək; 

2.  elektron 

sənədlər 

mübadiləsinin 

aparıldığı 

iş 

yerinin 

informasiya 

təhlükəsizliyini təmin etmək; 

3.  səhv aşkar edilmiş hesabatları yenidən hazırlayıb göndərmək; 

4.  elektron  sənəd  mübadiləsi  üçün  istifadə  olunan  elektron  poçt  (e-mail)  ünvanı 

dəyişdikdə,  3  gün  müddətində  qeydiyyatda  olduğu  yerli  statistika  orqanına 

məlumat vermək; 

5.  statistika  orqanlarına  təqdim  edilmiş  elektron  hesabatları  və  statistika 

orqanlarından alınmış bütün elektron sənədləri azı 3 il ərzində saxlamaq; 

6.  elektron  sənədlərin  mübadiləsindən  imtina  edildikdə,  bu  barədə  hesabatın 

(məlumatın)  təqdim  olunma  müddətindən  azı  10  gün  əvvəl  statistika  orqanına 

ərizə vermək; 

7.  avadanlığın  texniki  nasazlığı  və  ya  digər  səbəblərdən  hesabatın  (məlumatın) 

elektron formada təqdim  olunması müəyyən dövr ərzində mümkün olmadıqda, 

hesabatın  onunla  eyni  hüquqi  qüvvəyə  malik  kağız  formasında  təqdim 

olunmasını təmin etmək. 


35 

 

Dövlət  (region)  müşahidələrinin  aparılması  üçün  lazım  olan  məlumatları 



statistik  vahidlər,  ailə  kəndli  və  ev  təsərrüfatları  tərəfindən  dövlət  statistika 

orqanlarına  elektron  sənəd  formasında  təqdim  edilməsində  məqsəd  statistika 

orqanları  ilə  əlaqələrin  keyfiyyətinin  yaxşılaşdırılması,  statistik  vahidlərə  düşən 

informasiya  yükünün  və  vaxt  itkisinin  azaldılması,  müasir  informasiya  və 

kommunikasiya  texnologiyalarından  istifadə  etməklə  məlumatların  təqdim  edilmə 

üsulunun  asanlaşdırılması  və  beynəlxalq  standartlara  uyğunlaşdırılmasına  nail 

olmaqdır. 

Statistik vahidin yerli statistika orqanı tərəfindən göndərilmiş bildirişi aldığı an 

hesabatın qəbul edilmə vaxtı hesab olunur. 

Rəsmi  statistik  məlumatlar  başdan-başa  və  yaxud  seçmə  müşahidələr  yolu  ilə 

toplanır.  Bu  müşahidələr  müntəzəm  və dövri statistik  hesabatlardan, birdəfəlik  uçota 

almalardan, müxtəlif siyahıyaalmalardan, sorğulardan, müayinələrdən ibarətdir. 

Dövlət    (region)    statistika  müşahidələri  aparılan  zaman,  qanunvericilikdə 

başqa  hal nəzərdə  tutulmamışdırsa , statistik  müşahidələrin  növü,  metodologiyası, 

proqramları  və  obyektləri  həmçinin  rəsmi  statistikanın  aparılması  üçün  bütün 

mənbələrdən  məlumatların  alınması,  inzibati  registrlərdən  və  ya  dövlət  statistika 

orqanlarının  məlumatları  əsasında  aparılan  qiymətləndirmələrdən  istifadə  edilməsi, 

beynəlxalq  təşkilatların  və  şuranın  tövsiyələri  nəzərə  alınmaqla,  dövlət  statistika 

orqanları  tərəfindən  müəyyən  edilir.  Istifadə  olunacaq  mənbənin  seçilməsinə  dair 

qərar  qəbul    edilərkən  onun    keyfiyyətinə,    məlumatların    vaxtında    təqdim 

edilməsinə,  xərclərə  və  bununla  əlaqədar  respondentlərə  düşən  yükə  xüsusi  diqqət 

yetirilir. 

İqtisadi  siyahıyaalmalar,  habelə  əhalinin  ümumrespublika  siyahıyaalınmasının 

həyata  keçirilməsi  normativ  aktlara  uyğun  aparılır.  Onların  yerinə  yetirilməsi  üçün 

dövlət  statistika  orqanlarında  işləməyən  şəxslər  müvafiq  icra  hakimiyyəti  orqanının 

qərarlarında müəyyən edilmiş şərtlər əsasında cəlb edilirlər.  

Azərbaycan Respublikasının ərazisində  yerləşən bütün  hüquqi şəxslər (onların 

nümayəndəlik  və  filialları)  və  fiziki  şəxslər  dövlət  (region)  müşahidələrinin 




36 

 

aparılması  üçün  lazım  olan  məlumatları  müəyyən  edilmiş  həcmdə  və  müddətlərdə 



haqqı  ödənilmədən  kağız  və  ya  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  məlumatların 

təqdim  edilməsi  təsdiq  oluna  bilən  elektron  sənəd  formasında  dövlət  statistika 

orqanlarına təqdim etməyə borcludurlar.  

Rəsmi statistika materiallarının istehsalı üçün məlumatların təqdim olunmasına 

cəlb  edilmiş  statistik  vahidlərin  müayinə  və  siyahıyaalmanın  məqsədi,  əhatə  dairəsi, 

statistik məlumatların məxfiliyinin təmin edilməsi üçün təminat, həmçinin bu barədə 

öz səlahiyyət və vəzifələri haqqında məlumat almaq hüququ vardır. 

Başdan-başa  siyahıyaalmalarda  məlumatların  təqdim  edilməsi  üzrə  öhdəlik 

(vəzifə)  müvafiq  məcmu  çərçivəsində  əhatə  dairəsinin  müəyyən  meyarlarına  cavab 

verən  bütün  statistik  vahidlərə  şamil  edilir.  Seçmə  müayinələrdə  bu  öhdəlik  yalnız 

seçmə planı əsasında müəyyən edilmiş vahidlərə aid edilir. Seçmə planı müvafiq icra 

hakimiyyəti  orqanı  tərəfindən  hazırlanır  və  respondentlərin  təmsilçiliyinin  və  onlara 

düşən yükün azaldılması məqsədinə xidmət edir. 

Dövlət  (region)  müşahidələrinin  aparılması  üçün  lazım  olan  məlumatların 

elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi müvafiq icra 

hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.  

Azərbaycan 

Respublikasında 

statistik 

məlumatların 

beynəlxalq 

müqayisəliliyini  təmin  etmək  üçün  beynəlxalq  təsnifatlarla  uzlaşdırılmış  və  yerli 

şəraitə  uyğunlaşdırılmış  texniki-iqtisadi  və  kommersiya  məlumatlarının  statistik 

təsnifatları (TİKMST) yaradılır və aparılır. 

Azərbaycan  Respublikası  ərazisində  məlumatların  mübadiləsini  aparan  bütün 

hüquqi 


və 

fiziki 


şəxslər 

mütləq 


statistik 

təsnifatlardan 

(məlumatların 

kodlaşdırılmasından) istifadə etməlidirlər.  

Statistik  təsnifatların  aparılması,  yenilərin  yaradılması  və  köhnələrin  ləğv 

edilməsi  qaydası  “Standartlaşdırma  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununa uyğun olaraq həyata keçirilir. 

Azərbaycan  Respublikası  ərazisində  rəsmi  statistikanı  həyata  keçirmək  üçün 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  statistik  məlumatları  əks  etdirən  statistik 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə