Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə99/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   95   96   97   98   99   100   101   102   ...   105

[408]
 29 
iyun 
2012-ci 
il 
tarixli 408-IVQD nömrəli 
Azərbaycan 
Respublikasının 
Qanunu (“Respublika” qəzeti, 17 iyul 2012-ci il, № 156, “Azərbaycan” qəzeti 18 iyul 2012-ci il, 
№ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 669) ilə 
Məcəllənin otuzuncu fəsli yeni redaksiyada verilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
30-cu fəsil
 
KOMPÜTER INFORMASIYASI SAHƏSINDƏ CINAYƏTLƏR 
M a d d ə   2 7 1 .  Kompüter informasiyasına qanunsuz olaraq daxil olma
 
271.1.  Qanunla  qorunan  kompüter  informasiyasına,  yəni  maşın  daşıyıcılarında,  elektron-
hesablayıcı  maşınlarda  (EHM),  elektron-hesablayıcı  maşınlar  sistemində  və  ya  onların 
şəbəkələrində  olan  infomasiyalara  qanunsuz  olaraq  daxil  olma,  bu  hərəkətlər  informasiyanın 
məhv edilməsi, təcrid olunması, modifikasiya olunması, onun surətinin çıxarılması, yaxud EHM-
in işinin, sisteminin və ya onların şəbəkəsinin fəaliyyətinin pozulmasına səbəb olduqda—
 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və 
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[408]
 
271.2. Eyni əməllər:
 
271.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
 
271.2.2.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə  yaxud  elektron-
hesablayıcı  maşınlara,  elektron-hesablayıcı  maşınlar  sisteminə  və  ya  onların  şəbəkələrinə  daxil 
olmaq hüququ olan şəxs tərəfindən törədildikdə;
 
271.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə—
 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[408]
 
 
M a d d ə   2 7 2 .  Elektron-hesablayıcı  maşınlar  üçün  ziyan  verici  proqramlar  yaratma, 
onlardan istifadə etmə və ya onları yayma
 
272.1.  İnformasiyanın  icazəsiz  məhvinə,  təcrid  olunmasına,  modifikasiya  edilməsinə  və  ya 
surətinin  çıxarılmasına,  EHM,  EHM  sisteminin  və  ya  onların  şəbəkələrinin  işinin  pozulmasına 
səbəb  ola  biləcəyini  bilə-bilə  EHM  proqramlarını  yaratma  və  ya  mövcud  proqramlara 
dəyişikliklər  etmə,  habelə  belə  proqramlardan  və  ya  belə  proqramlarla  yüklənmiş  maşın 
daşıyıcılarından istifadə etmə və ya onları yayma—
 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  edilməklə  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[408]
 
272.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
M a d d ə   2 7 3 .  Elektron hesablayıcı maşınların (EHM), EHM sisteminin və ya onların 
şəbəkələrinin istismarı qaydalarını pozma
 
273.1.  EHM-lə,  EHM  sistemi  ilə  və  ya  onların  şəbəkələri  ilə  işləməyə  icazəsi  olan  şəxs 
tərəfindən  EHM-ın,  EHM  sisteminin  və  ya  onların  şəbəkələrinin  istismarı  qaydalarının 


pozulması  nəticəsində  EHM-dəki  qanunla  qorunan  məlumatların  məhvi,  təcrid  olunması  və  ya 
modifikasiya edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda—
 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  etmə  və  ya  yüz  altmış  saatdan  iki  yüz  saatadək  ictimai  işlər  və  ya  bir 
ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  ilə 
cəzalandırılır.
[408]
 
273.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
  
975-IVQD'>[409]
 
30 
may 
2014-cü 
il 
tarixli 975-IVQD nömrəli 
Azərbaycan 
Respublikasının 
Qanunu (“Respublika”  qəzeti,  19  may  2014-cü  il,  №  128) ilə 275.1-ci  maddədə  “beş  ildən  on” 
sözləri “yeddi ildən on iki” sözləri ilə əvəz edilmişdir.
 
  
[410]
 
30 
may 
2014-cü 
il 
tarixli 975-IVQD nömrəli 
Azərbaycan 
Respublikasının 
Qanunu (“Respublika” qəzeti, 19 may 2014-cü il, № 128) ilə 276-cı maddədə “yeddi” sözü “on” 
sözü ilə əvəz edilmişdir.
 
  
[411]
 
30 
may 
2014-cü 
il 
tarixli 975-IVQD nömrəli 
Azərbaycan 
Respublikasının 
Qanunu (“Respublika” qəzeti, 19 may 2014-cü il, № 128) ilə 279.3-cü maddədə “səkkiz ildən on 
beş” sözləri “on iki ildən iyirmi” sözləri ilə əvəz edilmişdir.
 
  
[412]
 
30  dekabr  2003-cü il  tarixli  569-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki 
Məcəlləsinin  tətbiq  edilməsi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  və  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarının  qüvvədən  düşmüş  hesab  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2004-cü  il,  №  1,  maddə  10)  ilə  283-cü 
maddənin  adında  və  mətnində "irqi" sözündən  sonra ",  sosial" sözü  əlavə  edilmiş, "dini 
düşmənçiliyin" sözləri "dini nifrət və düşmənçiliyin" sözləri ilə əvəz edilmişdir. 
  
[413]
 14 
mart 
2014-cü 
il 
tarixli 919-IVQD nömrəli 
Azərbaycan 
Respublikasının 
Qanunu (“Azərbaycan”  qəzeti,  4  aprel  2014-cü  il,  №  66) ilə 283.1-ci  maddədə  “və  ya  kütləvi” 
sözləri “, o cümlədən kütləvi” sözləri ilə əvəz edilmişdir. 
  
[414]
 
16 
may 
2008-ci 
il 
tarixli 607-IIIQD nömrəli 
Azərbaycan 
Respublikasının 
Qanunu (“Azərbaycan”  qəzeti  7  iyun  2008-ci  il,  №  123,  Azərbaycan  Respublikasının 
Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 283.1-ci maddənin sanksiyasında “şərti 
maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək” sözləri “min manatdan iki min 
manatadək” sözləri ilə əvəz edilmişdir. 
  
31 
may 
2011-ci 
il tarixli 137-IVQD nömrəli 
Azərbaycan 
Respublikasının 
Qanunu (“Azərbaycan”  qəzeti,  02  iyul 2011-ci il,  №  141  Azərbaycan  Respublikasının 
Qanunvericilik  Toplusu, 2011-ci  il,  № 6,  maddə  472) ilə  225.1,  270  və  283.1-ci  maddələrdə  “üç 
ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “iki ilədək müddətə islah işləri” sözləri 
ilə əvəz edilmişdir. 
  
 
 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə