min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə edilməklə dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[260]
194.2. Bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
194.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
194.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə;
194.2.3. əvvəllər bu cinayətə görə məhkum edilmiş
şəxs tərəfindən törədildikdə;
194.2.4. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 9 5 .
Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə
etməmə
195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi
sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar
verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması,
habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[261]
195.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[262]
Maddə 195-1.
Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə
qaydalarını pozma
[263]
195-1.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət
zəmanəti yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil
olunmur) haqqında məlumatların, öz bank hesablarının vəziyyəti haqqında
məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında verilməməsi və ya
təhrif olunmuş məlumatların verilməsi dövlətə xeyli
miqdarda ziyan vurduqda -
cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə
və ya altı
ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[264]
195-1.2. Dövlət borcalmaları və ya dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb
olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə xeyli miqdarda ziyan
vurduqda -
üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə
cinayət nəticəsində vurulmuş ziyanın üç misli
miqdarında cərimə
və ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
[265]
195-1.3. Bu Məcəllənin 195-1.1-ci və 195-1.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər dövlətə külli miqdarda ziyan vurduqda -
üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın dörd misli
miqdarında cərimə və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
[266]
M a d d ə 1 9 6 .
Kreditor borclarını ödəməkdən qəsdən yayınma
196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat
rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən
qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş
ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[267]
196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş
ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[268]
M a d d ə 1 9 7 .
Əmtəə nişanlarından qanunsuz istifadə etmə
197.1. Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin
adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunması təkrar
törədildikdə və ya xeyli miqdarda ziyan vurduqda—
min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah
işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[269]
197.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[270]
M a d d ə 1 9 8 .
Bilə-bilə yalan reklam etmə
198.1. Əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları
(icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda
istifadə etmə xeyli miqdarda ziyan vurduqda—
min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah
işləri ilə cəzalandırılır.
[271]
198.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—