Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə71/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   67   68   69   70   71   72   73   74   ...   98

283 
 
icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan 
istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-  
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki 
mislindən dörd mislinədək miqdarda cərimə edilir. 
Qeyd:  Bu Məcəllənin 398, 401, 402, 406-409, 411-413 və 
428.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə 
(min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir 
əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət 
Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə 
səbəb olur.   
 
Maddə 399. Vəkil adından qanunsuz istifadə 
 
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan 
Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil 
statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil 
adından istifadə olunmasına görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 400. Ailə kəndli təsərrüfatının uçota durmaması 
 
Ailə kəndli təsərrüfatının üzvləri tərəfindən bu təsərrüfatın 
müvafiq bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə - 
otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 401. Qanunsuz olaraq lotereyaların və idman mərc 
oyunlarının təşkili və ya keçirilməsi 
 
401.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) 
buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə 
görə- 


284 
 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.  
401.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya 
olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  402. Yalançı sahibkarlıq 
 
Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və 
ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş 
fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyəti həyata 
keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin 
yaradılmasına görə- 
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki 
mislindən dörd mislinədək miqdarda cərimə edilir. 
 
Maddə 403. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış 
məlumatların verilməsi 
 
Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin 
nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə 
Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi 
şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət 
reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş 
dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı 
dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı müvafiq icra 
hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə - 
fiziki şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər dörd 
min manat məbləğində cərimə edilir.   
 
Maddə 404. Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin 
bütün kreditorlarının tələblərini qarşılamaq üçün 
ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi 
bəyanatın qəbul edilməsi 


285 
 
 
Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün 
kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin 
olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsinə görə- 
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.   
 
Maddə 405. Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri 
məlumatların verilməməsi 
 
Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin 
Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis 
sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə 
alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün 
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə 
və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət 
olunmamasına görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə  406. Saxta müflisləşmə 
 
Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, 
mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan 
borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun 
azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün 
kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə 
qabiliyyəti olmayan elan etməyə görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə
hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə 
cərimə edilir.   
 


286 
 
Maddə  407. Qəsdən müflisləşmə 
 
Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, 
mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər 
şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin 
yaradılmasına və ya artırılmasına görə- 
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, 
hüquqi şəxslər on iki min manatdan on beş min manatadək 
məbləğdə cərimə edilir.   
 
 
Maddə  408. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi 
 
Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar 
tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən 
zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında 
məlumatların, onun miqdarının, olduğu yerin və ya əmlak haqqında 
digər məlumatların gizlədilməsinə, əmlakın başqalarının sahibliyinə 
verilməsinə, əmlakın özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə, 
yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat 
sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə- 
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki 
mislindən dörd mislinədək miqdarda cərimə edilir. 
 
Maddə  409. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı 
üzrə istifadə edilməməsi 
 
Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud 
fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə 
yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya 
məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə 
istifadə edilməməsinə görə- 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə