Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə21/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   17   18   19   20   21   22   23   24   ...   98

85 
 
işin başlanmasının rədd edilməsi haqqında qərardadından onun 
rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı 
səlahiyyətli orqana (vəzifəli şəxsə), prokurora və ya məhkəməyə 
şikayət verilə bilər.   
 
Maddə 100. İnzibati xəta haqqında protokol 
 
100.1. Bu Məcəllənin 54-cü maddəsində  nəzərdə tutulmuş 
hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında 
protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar 
göstərilir: 
100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 
100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, 
atasının adı; 
100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan şəxs haqqında məlumat; 
100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın 
mahiyyəti; 
100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu 
Məcəllənin müvafiq maddəsi; 
100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin 
adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 
100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 
100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki 
vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə 
istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, 
yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət 


86 
 
yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, 
tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə 
məlumatlar; 
100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin 
sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər 
yetirilmişdirsə, bu hallar barədə qeydlər
100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan 
digər məlumatlar. 
100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta 
haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin 
nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər 
iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri 
izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 
100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta 
haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə 
zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini 
almaq hüququ vardır.  
100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta 
haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin 
nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında 
iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi 
protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda 
müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə 
icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin 
izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini 
təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin 


87 
 
səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və 
mülahizələri protokola əlavə olunur.  
100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş 
blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 
 
Maddə 101. İnzibati xəta haqqında protokolun tərtib edilməsi  
müddətləri 
 
 
 
101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən 
dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 
101.2. İşin hallarının, eləcə  barəsində inzibati xəta haqqında iş 
üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs 
barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu 
hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar 
edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 
101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta 
haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən 
müddətdə tərtib edilir. 
 
Maddə 102. İnzibati araşdırma 
 
102.1. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, 
gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və 
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı 
mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə inzibati 
xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən 


88 
 
ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti 
yarandıqda inzibati araşdırma aparılır. 
102.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və 
inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 
və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında 
protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq 
səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə 
inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati 
araşdırma aparılması haqqında qərar qəbul edir. 
102.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və 
inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar 
göstərilir: 
102.3.1. qərardadın tərtib edildiyi yer və tarix
102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, 
atasının adı; 
102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün 
səbəblər və əsaslar; 
102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan 
bu Məcəllənin müvafiq maddəsi. 
102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar 
edilən yerdə aparılır. 
102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə 
icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə 
aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli 
şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli 
şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə