203
hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək
məbləğdə cərimə edilir.
Maddə 272. Balıq və digər su bioresurslarının mühafizəsi və ov
qaydalarının pozulması
272.1. Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının
pozulmasına görə-
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya
müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz
manatadək məbləğdə cərimə edilir.
272.2. Balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı
obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə -
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər on iki min manatdan on beş min manatadək
məbləğdə cərimə edilir.
272.3. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə
olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş
müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov
edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına
görə-
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya
müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə
cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ
məhdudlaşdırılır.
Maddə 273. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının
pozulması
204
273.0. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının
pozulmasına, yəni:
273.0.1. heyvanlar aləmi obyektlərindən istifadənin limitləri
barədə tələblərin pozulmasına;
273.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin yerinə
yetirilməməsinə;
273.0.3. heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və
miqrasiya yollarının mühafizəsi üzrə tələblərin yerinə
yetirilməməsinə;
273.0.4. qurumuş bitkilərin və ya onların qalıqlarının heyvanlar
aləminin məskunlaşdığı yerlərdə özbaşına yandırılmasına;
273.0.5. bitki mühafizəsi vasitələrinin, onların boy
stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin
(preparatların) saxlanması, daşınması və tətbiq edilməsi qaydalarının
pozulmasına;
273.0.6. heyvanlar aləmi obyektlərinin vəziyyəti, sayı, onların
istifadəsi haqqında məlumatların gizlədilməsinə və ya təhrif
edilməsinə görə-
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər beş min beş yüz manatdan yeddi min manatadək
məbləğdə cərimə edilir.
Maddə 274. Heyvanlarla rəhmsiz rəftar edilməsi
Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf
edilməsinə görə-
beş yüz manat məbləğində cərimə edilir.
Maddə 275. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin
pozulması
205
275.1. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin
pozulmasına, yəni:
275.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf
mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə
dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən
edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
275.1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya
sair fəaliyyətin həyata keçirilməsinə;
275.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə
uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
275.1.4. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi
dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik
sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata
keçirilməsinə;
275.1.5. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə
nəzarətsiz artımının və yayılmasının qarşısını almaq üçün səmərəli
tədbirlər hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən
istifadə edilməsinə, onların çoxaldılmasına və ya yayılmasına;
275.1.6. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi
qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə;
275.1.7. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və
təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə
edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən
təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə;
275.1.8. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası
ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və
ya istehsalına;
275.1.9. müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş
siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət
tullantılarının, təkrar istifadə edilə bilməyən qeyri-toksik
tullantıların, habelə istifadə və təkrar istifadə texnologiyası ekoloji
təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə;
206
275.1.10. bu Məcəllənin 275.1.1-275.1.9-cu maddələrində
göstərilən xətaların törədilməsi ilə müşayiət olunan elmi-tədqiqat,
iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə-
fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə cərimə edilir.
275.2. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən
vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək
məbləğdə cərimə edilir.
FƏSİL 26
SƏNAYE, ELEKTRİK VƏ İSTİLİK ENERJİSİNDƏN İSTİFADƏ QAYDALARI
ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
Maddə 276. Sənaye sahələrində işlərin təhlükəsiz görülməsinə
dair qaydaların və normaların pozulması
276.1. Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə
işlərin təhlükəsiz görülməsinə dair qaydaların və normaların
pozulmasına görə -
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
276.2. Müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan
obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların
pozulmasına görə -
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: |