Azərbaycan respublikasinin maliYYƏ naziRLİYİ QƏrar № q-02


Qeyri-birja əməliyyatlarından gəlirlərin uçotu



Yüklə 2,16 Mb.
səhifə6/17
tarix18.06.2018
ölçüsü2,16 Mb.
#49693
1   2   3   4   5   6   7   8   9   ...   17

37. Qeyri-birja əməliyyatlarından gəlirlərin uçotu

 

37.1. Qeyri-birja əməliyyatlarından gəlirlərin uçotu Hesablar Planının 62-ci maddəsində aparılır. 62 “Qeyri-birja əməliyyatlarından gəlirlər” maddəsində dövlət büdcəsindən alınmış vəsaitlər, digər büdcələrdən alınmış vəsaitlər və sair transferlərdən əldə edilən gəlirlər uçota alınır. Bu maddə üzrə aşağıdakı hesablar açılır:



37.1.1. 621 №li “Dövlət büdcəsindən alınmış vəsaitlər”;

37.1.2. 622 №li “Digər büdcələrdən alınmış vəsaitlər”;

37.1.3. 623 №li “Kapital ayırmaları kimi qeyd olunmamış köçürmələr”;

37.1.4. 624 №li “Digər təşkilatlardan köçürmələr”;

37.1.5. 625 №li “Sair gəlirlər”.

37.2. 621 №li “Dövlət büdcəsindən alınmış vəsaitlər” hesabında dövlət büdcəsindən alınmış subsidiya, dotasiya, hökumət qrantları və digər əvəzsiz alınmış maliyyə yardımları üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Qeyri-birja əməliyyatları üzrə tanınmış gəlirlər 334 №li hesabın müvafiq subhesablarının debetində və 621 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Həmin gəlirlər üzrə xərclər tanındıqda 621 №li hesabın müvafiq subhesablarının debeti və 731. 732, 733, 721, 722, 725 №li hesabların krediti üzrə mühasibat yazılışları verilir. Bu əməliyyat üzrə əldə olunmuş mənfəət 621 №li hesabın müvafiq subhesablarının debetində və 801 №li hesabın kreditində, zərər isə müvafiq olaraq 801 №li hesabın debetində və 621 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

37.3. 622 №li “Digər büdcələrdən alınmış vəsaitlər” hesabında müvafiq normativ hüquqi aktlara əsasən dövlətə məxsus olan, lakin dövlət büdcəsinə daxil olmayan büdcədənkənar fondlardan daxil olmuş əvəzsiz maliyyə yardımları uçota alınır. Digər büdcələr hesabına ayrı-ayrı tədbirlərin həyata keçirilməsi üçün ayrılmış maliyyələşmə məbləğləri 111 №li hesabın müvafiq subhesablarının debetində və 334 №li hesabın kreditində əks etdirilir. Digər büdcələr hesabına ayrı-ayrı tədbirlərin həyata keçirilməsi üzrə tanınmış gəlirlər 334 №li hesabın müvafiq subhesablarının debetində və 622 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Həmin gəlirlər üzrə xərclər tanındıqda 622 №li hesabın müvafiq subhesablarının debeti və 731. 732, 733, 721, 722, 725 №li hesabların krediti üzrə mühasibat yazılışları verilir.

37.4. 623 №li “Kapital ayırmaları kimi qeyd olunmamış köçürmələr” hesabında təşkilatın xalis aktivini (kapitalını) artırmayan köçürmələr əks etdirilir. Bu mənbələr hesabına əldə edilmiş gəlirlər 111 №li hesabların müvafiq subhesablarının debetində və 623 №li hesabın kreditində əks etdirilir.

37.5. 624 №li “Digər təşkilatlardan köçürmələr” hesabında xarici və daxili mənbələr hesabına alınmış qrantlar və digər təşkilatlardan köçürmələr əks etdirilir. Bu mənbələr hesabına əldə edilmiş gəlirlər 111 №li hesabın debetində və 624 №li hesabın kreditində uçota alınır.

37.6. 625 №li “Sair gəlirlər” hesabında yuxarıdakı qruplara daxil edilməyən digər qeyri-birja əməliyyatları üzrə gəlirlər əks etdirilir. Belə gəlirlər 111 №li hesabın debetində və 625 №li hesabın kreditində əks etdirilir.

 

38. Digər gəlirlərin uçotu

 

38.1. Sair əməliyyatlardan gəlirlərin uçotu Hesablar Planının 63-cü maddəsində aparılır. Belə gəlirlər həm birja əməliyyatlarından, həm də qeyri-birja əməliyyatlarından əldə oluna bilər. 63 “Digər gəlirlər” maddəsində təşkilatın adi fəaliyyətlərindən əldə olunan, lakin əsas əməliyyat gəliri kimi təsnifləşdirilməyən və ya təşkilatın adi fəaliyyətində mütəmadi yaranmayan gəlirlər üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu maddə üzrə aşağıdakı hesablar açılır:



38.1.1. 631 №li “Digər əməliyyat gəlirləri”;

38.1.2. 632 №li “Fəaliyyətin dayandırılmasından qazanclar”;

38.1.3. 633 №li “Maliyyə gəlirləri”.

38.2. 631 №li “Digər əməliyyat gəlirləri” hesabında digər əməliyyat gəlirlərinə aid edilən uzunmüddətli aktivlərin silinməsi, onların yenidən qiymətləndirilməsi üzrə əvvəlki yenidənqiymətləndirmə azalmasını artıran məbləğlər, cərimələr, əvvəlki illərin gəliri, silinmiş ümidsiz borcların və uyğun olaraq silinmiş material ehtiyatlarının bərpa olunması üzrə məbləğlər, habelə əldə olunmuş bunlara oxşar digər gəlirlər uçota alınır. Hesab üzrə aşağıdakı subhesablar açılır:

38.2.1. 631-1 №li “Torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlərin satışından gəlirlər”;

38.2.2. 631-2 №li “Yenidən qiymətləndirilmədən gəlirlər”;

38.2.3. 631-3 №li “Əvəzsiz olaraq alınmış aktivlər”;

38.2.4. 631-4 №li “Cərimələr və digər oxşar ödənişlər”;

38.2.5. 631-5 №li “Keçmiş illər üzrə gəlirlər”;

38.2.6. 631-6 №li “Ümidsiz borcların bərpası”;

38.2.7. 631-7 №li “Silinmiş ehtiyatların bərpası”;

38.2.8. 631-8 №li “Məzənnə fərqləri üzrə gəlirlər”.

38.3. 631-1 №li “Torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlərin satışından gəlirlər” subhesabında birja əməliyyatları üzrə torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin xaricolmasından gəlirlər əks etdirilir. Belə gəlirlər birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilir. Bu zaman, 111 №li hesabın müvafiq subhesabının debeti və 631-1 №li hesabın krediti üzrə mühasibat yazılışı verilir.

38.4. 631-2 №li “Yenidən qiymətləndirilmədən gəlirlər” subhesabında birja və qeyri-birja əməliyyatlarından əldə edilmiş torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin yenidən qiymətləndirilməsi üzrə əvvəlki yenidənqiymətləndirmə nəticəsində maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda tanınmış azalmasını artıran məbləğlər uçota alınır. Belə gəlirlər həm birja, həm də qeyri-birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilə bilər. Bu zaman 121, 126, 231, 234, 236, 241, 251 №li hesabın debeti, 631-2 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

38.5. 631-3 №li “Əvəzsiz olaraq alınmış aktivlər” subhesabında natural formada alınmış məhsul və xidmətlərin, mirasların, hədiyyələrin dəyəri uçota alınır. Belə gəlirlər qeyri-birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilir. Bu zaman 121, 126, 231, 234, 236, 241, 251 №li hesabın debeti, 631-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

38.6. 631-4 №li “Cərimələr və digər oxşar ödənişlər” subhesabı müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğlərini uçota almaq üçün nəzərdə tutulmuşdur. Belə gəlirlər qeyri-birja əməliyyatlarından əldə olunmuş gəlirlərə aid edilir. Bu zaman, 111 №li hesabın müvafiq subhesabının debeti, 631-4 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

38.7. 631-5 №li “Keçmiş illər üzrə gəlirlər” subhesabında əvvəlki illərə aid edilən, lakin həmin dövrdə gəlir kimi tanınmayan məbləğlər uçota alınır. Belə gəlirlər həm birja, həm də qeyri-birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilə bilər. Bu zaman 333, 334, 335 №li hesabın debeti, 631-5 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

38.8. 631-6 №li “Ümidsiz borcların bərpası” subhesabında əvvəllər ümidsiz borc kimi silinmiş debitorlar tərəfindən borcların qaytarılması şəklində əldə edilən gəlirlər əks etdirilir. Belə gəlirlər həm birja, həm də qeyri-birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilə bilər. Bu zaman 111 №li hesabın debeti, 631-6 №li hesabın krediti üzrə mühasibat yazılışı verilir. Eyni zamanda, 631-6 №li hesabın debeti 801 №li hesabın krediti ilə müxabirləşir.

38.9. 631-7 №li “Silinmiş ehtiyatların bərpası” subhesabında ehtiyatların qiymətində düzəlişlər edilməsi ilə əlaqədar azaldılmış dəyərin bərpa edilməsi şəklində gəlirlər uçota alınır. Belə gəlirlər həm birja, həm də qeyri-birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilə bilər. Belə əməliyyatlar üzrə 121, 124, 126 №li hesabların müvafiq suhesablarının debeti və 127 №li hesabın krediti üzrə mühasibat yazılışı verilir. Eyni zamanda, 127 №li hesabın debeti 631-7 №li subhesabın krediti ilə müxabirləşir.

38.10. 631-8 №li “Məzənnə fərqləri üzrə gəlirlər” subhesabı xarici valyuta məzənnələrində yaranan dəyişikliklərdən əldə edilən gəlirləri uçota alır. Belə gəlirlər həm birja, həm də qeyri-birja əməliyyatlarından əldə olunmuş gəlirlərə aid edilir. Bu zaman, 103-8 №li subhesabın debeti, 631-8 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

38.11. 632 №li “Fəaliyyətin dayandırılmasından qazanclar” hesabında təşkilatın fəaliyyətinin bir hissəsinin satılması nəticəsində əldə edilən gəlir məbləği əks etdirilir. Belə gəlirlər birja əməliyyatlarından əldə edilmiş gəlirlərə aid edilir. Bu zaman 111 №li hesabın müvafiq subhesablarının debeti və 632№li hesabın krediti üzrə mühasibat yazılışı verilir.

38.12. 633 №li “maliyyə gəlirləri” hesabında təşkilatın maliyyə fəaliyyətindən əldə edilən gəlir məbləği əks etdirilir. Belə gəlirlər birja və qeyri-birja əməliyyatlarından əldə olunmuş gəlirlərə aid edilir. Bu hesab üzrə aşağıdakı hesablar açılır:

38.12.1. 633-1 №li “Faiz gəliri“;

38.12.2. 633-2 №li “Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri“;

38.12.3. 633-3 №li “Dividend üzrə gəlir“.

38.13. 633-1 №li “Faiz gəliri” subhesabında təşkilatın faiz gəlirlərinin əldə edilməsi ilə bağlı gəlir məbləği əks etdirilir.

38.14. 633-2 №li “Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri” subhesabında təşkilatın qiymətdən düşmüş borclar üzrə faiz gəlirlərinin əldə edilməsi ilə bağlı gəlir məbləği uçota alınır.

38.15. 633-3 №li “Dividend üzrə gəlir” subhesabında təşkilatın digər təşkilatlardan, onlara məxsus səhmlər üzrə əldə edilmiş dividendlərə görə gəlir məbləği uçota alınır. Bu zaman 111 №li hesabın müvafiq subhesablarının debeti və 633-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

 

Fəsil 12. Hesablar Planında Bölmə 7. “Xərclər”ə daxil olan hesablar



 

39. Xərclər

 

39.1. “Xərclər” bölməsində maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilən xərclər üzrə məlumatlar ümumiləşdirilir. Bu bölmə aşağıdakı maddələri özündə birləşdirir:



39.1.1. 70 - “Birja gəlirləri üzrə xərclər”;

39.1.2. 72 - “Maliyyə xərcləri”;

39.1.3. 73 - “Qeyri-birja gəlirləri üzrə xərclər”;

39.1.4. 74 - “Sair mənbələr hesabına xərclər”.

 

40. Birja əməliyyatları üzrə xərclərin uçotu



 

40.1. Birja əməliyyatları üzrə xərclərin uçotu Hesablar Planının 70-ci maddəsində aparılır. Bu maddədə təşkilatın məhsulun (iş və xidmətin) satışından gəlirin əldə olunması üçün onlara sərf olunmuş xərclər barədə ümumiləşdirilmiş məlumatları göstərilir. Bu maddə aşağıdakı hesablardan ibarətdir:

40.1.1. 701 №li “İstehsal olunmuş məhsulların (məmulatların) dəyəri”;

40.1.2. 702 №li “Yerinə yetirilmiş işlərin dəyəri”;

40.1.3. 703 №li “Göstərilmiş xidmətlərin dəyəri”.

40.2. Hesabat dövründə birja əməliyyatları üzrə tanınmış xərclər 701, 702, 703 №li hesabların debetində və 122 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Eyni zamanda bu məbləğlər üzrə 611 №li hesabın debeti və 701, 702, 703 №li hesabların krediti üzrə mühasibat yazılışı verilir.

40.3. 701 №li “İstehsal olunmuş məhsulların (məmulatların) dəyəri” hesabında təşkilatın birja fəaliyyəti ilə bağlı satılmış məhsul üzrə tanınmış məbləğlərinin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.

40.4. 702 №li “Yerinə yetirilmiş işlərin dəyəri” hesabında təşkilatın birja fəaliyyəti ilə bağlı satılmış işlərə görə tanınmış məbləğlərinin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.

40.5. 703 №li “Göstərilmiş xidmətlərin dəyəri” hesabında təşkilatın birja fəaliyyəti ilə bağlı satılmış xidmətlərlə bağlı tanınmış məbləğlərinin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.

 

41. Maliyyə xərclərinin uçotu

 

41.1. Maliyyə xərclərinin uçotu Hesablar Planının 72-ci maddəsində aparılır. Bu maddədə təşkilatın hesabat dövründə çəkilmiş və həmin dövrə aid olan maliyyə xərcləri uçota alınır. Bu maddə üzrə aşağıdakı hesablar açılır:



41.1.1. 721 №li “Faiz xərcləri”;

41.1.2. 722 №li “İşçilər üçün bank kreditləri üzrə faiz xərcləri”;

41.1.3. 725 №li “Digər maliyyə xərcləri”.

41.2. Maliyyə xərclərinin uçotu təşkilatın bilavasitə gəlirlərinin əldə edilməsi ilə bağlı olmadığı üçün həmin tanınmış xərclər üzrə 721, 722, 725 №li hesabların debeti və 309, 335 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Eyni zamanda bu məbləğlər 633 №li hesabın müvafiq subhesablarının debeti və 721, 722, 725 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

41.3. 721 №li “Faiz xərcləri” hesabında təşkilatın hesabat dövründə müəyyən edilmiş qısamüddətli və uzunmüddətli bank kreditləri üzrə faiz xərcləri uçota alınır.

41.4. 722 №li “İşçilər üçün bank kreditləri üzrə faiz xərcləri” hesabında işçilər üçün qısamüddətli və uzunmüddətli bank kreditləri üzrə faiz xərcləri əks etdirilir.

41.5. 725 №li “Digər maliyyə xərcləri” hesabında yuxarıdakı hesablarda nəzərdə tutulmayan digər maliyyə xərcləri uçota alınır.

 

42. Qeyri-birja gəlirləri üzrə xərclərin uçotu

 

42.1. Qeyri-birja gəlirləri üzrə xərclərin uçotu Hesablar Planının 73-cü maddəsində əks etdirilir. Bu maddədə təşkilatlar tərəfindən smetalar üzrə nəzərdə tutulmuş tədbirlərə, digər büdcələrdən alınmış vəsaitlər üzrə çəkilən faktiki xərclər əks etdirilir. Bu maddə aşağıdakı hesablardan ibarətdir:



42.1.1. 731 №li “İstehsal olunmuş məhsulların dəyəri” hesabı;

42.1.2. 732 №li “Yerinə yetirilmiş işlərin dəyəri” hesabı;

42.1.3. 733 №li “Göstərilmiş xidmətlərin dəyəri” hesabı.

42.2. Hesabat dövründə qeyri-birja əməliyyatları üzrə tanınmış xərclər 731, 732, 733 №li hesabların debetində və 122 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Eyni zamanda bu məbləğlər üzrə 621, 622, 623, 624, 625 №li hesabların debeti və 731, 732, 733 №li hesabların krediti üzrə mühasibat yazılışı verilir.

 

43. Sair mənbələr hesabına xərclərin uçotu

 

43.1. Sair mənbələr hesabına xərclərin uçotu Hesablar Planının 74-cü maddəsində aparılır. Bu maddədə təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı sair mənbələr hesabına gəlirləri üzrə xərcləri uçota alınır. Bu maddə üzrə aşağıdakı hesablar açılır:



43.1.1. 741 №li “İstehsal olunmuş məhsulların dəyəri”;

43.1.2. 742 №li “Yerinə yetirilmiş işlərin dəyəri”;

43.1.3. 743 №li “Göstərilmiş xidmətlərin dəyəri”.

43.2. Hesabat dövründə qeyri-birja əməliyyatları üzrə sair mənbələr hesabına tanınmış xərclər 741, 742, 743 №li hesabların debeti və 122, 125 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Eyni zamanda bu məbləğlər üzrə 631 №li hesabların debeti və 741, 742, 743 №li hesabların krediti üzrə mühasibat yazılışı verilir.

43.3. Eyni zamanda, bu xərclər 631 №li hesabların debeti və 741, 742, 743 №li hesabların krediti üzrə əks etdirilir.

 

Fəsil 13. Hesablar Planında Bölmə 8. “Mənfəət (zərər)”ə daxil olan hesablar



 

44. Mənfəət (zərər)

 

44.1. “Mənfəət (zərər)” bölməsində maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda təqdim edilməli olan ümumi mənfəət (zərər) barədə ümumiləşdirilmiş məlumatlar göstərilir.



44.2. Bu bölmə 80 №li “Mənfəət (zərər)” adlı maddədən ibarətdir.

 

45. Mənfəətin (zərərin) uçotu

 

45.1. Mənfəətin (zərərin) uçotu Hesablar Planının 80-ci maddəsində aparılır. Bu maddədə təşkilatın birja və qeyri-birja fəaliyyətindən əldə edilmiş mənfəət və ya zərər üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu maddə 801 №li hesabdan ibarətdir.



45.2. 801 №li hesabda təşkilatın birja və qeyri-birja fəaliyyətinin həyata keçirilməsi nəticəsində uçota alınmış mənfəət və ya zərər barədə ümumiləşdirilmiş məbləğlərinin hərəkəti əks etdirilir.

45.3. Təşkilatın hesabat dövründə əldə olunmuş mənfəəti 611, 621, 622, 623, 624, 625, 631, 632,633 №li hesabların debeti, 801№li hesabın kreditində uçota alınır.

45.4. Təşkilatın hesabat dövründə yaranmış zərər məbləğlərinə 801 №li hesabın debeti 611, 621, 622, 623, 624, 625, 631, 632, 633№li hesabların krediti üzrə mühasibat yazılışı verilir.

 

III Bölmə.  Maliyyə hesabatları və onların tərtibi qaydaları

 

Fəsil 14. Maliyyə hesabatlarının tərkib hissələri və onların məzmunu



 

46. Maliyyə hesabatlarının tərkib hissələri

 

46.1. Maliyyə hesabatlarının məqsədi müxtəlif istifadəçilər tərəfindən resursların bölüşdürülməsi ilə bağlı qərarların qəbul edilməsi və maliyyə elementlərinin qiymətləndirilməsi zamanı təşkilatın maliyyə vəziyyəti, maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında informasiyanın təmin edilməsidir.



46.2. Maliyyə hesabatları, həmçinin, fasiləsiz əməliyyatlar üçün tələb edilən ehtiyatların və fasiləsiz əməliyyatlar vasitəsilə yaradıla bilən resursların həcminin, eləcə də, müvafiq risklərin və qeyri-müəyyənliklərin miqyasının proqnozlaşdırılması zamanı faydalı olan məlumatların təmin edilməsi vasitəsilə proqnozlaşdırıcı rola malik ola bilər. Xüsusilə də, təşkilatların maliyyə hesabatları istifadəçiləri aşağıdakı məlumatlarla təmin edir:

46.2.1. təşkilatın müəyyən edilmiş büdcəsinə uyğun olaraq resursların qəbul edilib-edilməməsinə dair məlumat;

46.2.2. təşkilatın qanunvericiliyin və müqavilələrin tələblərinə, o cümlədən, müvafiq qanunverici orqan tərəfindən müəyyən edilən maliyyə limitlərinə uyğun olaraq əldə edilmiş resurslarının istifadə edilib-edilməməsinə dair məlumat.

46.3. Bu məqsədə nail olmaq üçün dövlət büdcəsindən maliyyələşən təşkilat maliyyə hesabatlarında aşağıda qeyd olunan maddələr üzrə informasiyanı təqdim etməlidir:

46.3.1. aktivlər;

46.3.2. öhdəliklər;

46.3.3. xalis aktivlər(kapital);

46.3.4. gəlir;

46.3.5.  xərclər;

46.3.6. xalis aktivlərdə(kapitalda) digər dəyişikliklər;

46.3.7. pul vəsaitlərinin hərəkəti.

46.4. Maliyyə hеsаbаtlаrının tərkibi аşаğıdаkılardan ibarətdir:

46.4.1. maliyyə vəziyyəti haqqında hesabat;

46.4.2. maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

46.4.3. xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat ;

46.4.4. pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

46.4.5. əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər.

46.5. Maliyyə hesabatlarının başlıq hissələri aşağıdakı qaydada doldurulur:

46.5.1. «Müəssisə, təşkilat» rekvizitində – dövlət büdcəsindən maliyyələşən təşkilatın tam adı göstərilir (mövcud qaydalarda qeydə alınmış təsis sənədlərinə uyğun olaraq).

46.6. Təşkilatlar üçün hesabat ili 01 yanvardan 31 dekabr da daxil olmaqla olan dövr sayılır. İl ərzində yeni yaradılan təşkilatlar üçün birinci hesabat ili onların hüquqi şəxs statusuna malik olduğu tarixdən 31 dekabr da daxil olmaqla olan dövr, 01 oktyabrdan sonra yeni yaradılmış (ləğv edilmiş, yenidən qurulmuş təşkilatlar və onların struktur bölmələrinin bazası əsasında olmayan) müəssisələr üçün isə növbəti ilin 31 dekabr tarixi də daxil olmaqla olan dövr sayılır.

46.7. Maliyyə hesabatlarındakı məlumatlar sintetik və analitik uçot məlumatlarına əsaslanır.

46.8. Maliyyə hesabatları tərtib edilənə qədər baş kitabın və ya ilin sonuna mühasibat uçotunun digər analoji registrlərin analitik hesabları üzrə dövriyyə və qalıqları mütləq üzləşdirilib yoxlanılmalıdır.

46.9. Maliyyə hesabatları təşkilatın rəhbəri və baş mühasibi və ya bu vəzifələr həvalə edilmiş səlahiyyətli şəxslər tərəfindən imzalanaraq möhürlə təsdiq edilir.

46.10. Maliyyə hesabatlarında heç bir pozuntu və qaralamalara yol verilməməli, səhvlərə düzəlişlər edilən hallarda isə müvafiq qeydlər edilməli və düzəlişin tarixi göstərilməklə maliyyə hesabatlarını imzalayan şəxs (rəhbər, baş mühasib və ya bu vəzifələr həvalə edilmiş səlahiyyətli şəxs) tərəfindən təsdiq edilməlidir.

46.11. Həm cari, həm də keçən ilin hesabat məlumatlarında aşkar edilmiş səhvlər (onların təsdiqindən sonra) hesabat dövrü üçün tərtib edilmiş hesabatda düzəldilməli və bu düzəliş hesabat dövrünün məlumatlarına daxil edilməlidir. Saxtalaşdırma və təhrifin baş vermə dövrü müəyyən edilməyən hallarda hesabat məlumatlarındakı düzəlişlər, saxtalaşdırma və təhrif müəyyən edilən dövrdən sonrakı ilk hesabatda aparılmalıdır. Hesabat məlumatlarının düzəlişləri haqqında göstərilən qaydalar yoxlama və inventarizasiyalar zamanı həm təşkilatın özü, həm də başqa orqanlar tərəfindən məlumatlarda təhrif edilmə və saxtalaşdırma aşkar edilən hallarda tətbiq edilir.

 

Fəsil 15. Maliyyə vəziyyəti haqqında hesabat



 

47. Maliyyə vəziyyəti haqqında hesabatın məzmunu

 

47.1. “Maliyyə vəziyyəti haqqında hesabat”ın forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli İ-05 nömrəli əmri ilə təsdiq edilmiş Büdcə Təşkilatları üçün “Maliyyə hesabatlarının təqdimatı üzrə” 1№li Milli Mühasibat uçotu Standartı ilə müəyyən edilmişdir. Maliyyə vəziyyəti haqqında hesabatda təqdim edilməli olan informasiya aşağıdakı bölmələr üzrə qruplaşdırılır:



47.1.1. Qısamüddətli aktivlər;

47.1.2. Uzunmüddətli aktivlər;

47.1.3. Qısamüddətli öhdəliklər;

47.1.4. Uzunmüddətli öhdəliklər;

47.1.5. Xalis aktivlər (kapital).

 

48. Maliyyə vəziyyəti haqqında hesabat üzrə bölmə 1. Qısamüddətli aktivlər

 

48.1. Aktivlər aşağıdakı hallarda qısamüddətli aktiv kimi təsnifləşdirilir:



48.1.1. təşkilatın adi əməliyyat dövründə istifadə üçün saхlаnıldıqda və ya satılması ehtimal olunduqda;

48.1.2. əsasən alqı-satqı məqsədləri üçün saxlandıqda;

48.1.3. hesabat tarixindən sonra 12 ay müddətində satılması ehtimal olunduqda; və ya

48.1.4. hesabat tarixindən sonra ən azı 12 ay müddətində mübadiləsinə və ya istifadəsinə məhdudiyyət qoyulmayan pul vəsaitləri və ya onun ekvivalentləri olduqda.

48.2. Bütün digər hallarda aktivlər uzunmüddətli aktiv kimi təsnifləşdirilməlidir.

48.3. Qısamüddətli aktivlər aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

48.3.1. Pul vəsaitləri və onların ekvivalentləri;

48.3.2. Qısamüddətli debitor borcları;

48.3.3. Ehtiyatlar;

48.3.4. Sair qısamüddətli maliyyə aktivləri;

48.3.5. Sair qısamüddətli aktivlər.

48.4. “Pul vəsaitləri və onların ekvivalentləri” maddəsində 101 №li “Kassa”, 103 №li “Bankda olan hesablaşma hesabları”, 104 №li “Tələblərə əsasən verilən digər bank hesabları”, 105 №li “Pul vəsaitlərinin ekvivalentləri” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir.

48.5. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

48.6. 103 №li “Bankda olan hesablaşma hesabları”, 105 №li “Pul vəsaitlərinin ekvivalentləri” sintetik hesablarında uçota alınan qalıq  məbləğləri bu hesablar üzrə açılmış müvafiq subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir.

48.7. “Qısamüddətli debitor borcları” maddəsində 111 №li “Qısamüddətli debitor borcları” sintetik hesabında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir.

48.8. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir. Bu sintetik hesabda uçota alınan qalıq məbləğləri həmin hesab üzrə açılmış subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir.

48.8. “Ehtiyatlar” maddəsində 121 №li “Material ehtiyatları”, 122 №li “İstifadə olunmuş məsrəflər”, 123 №li “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri”, 124 №li “Hazır məhsul”, 125 №li “Satış məqsədi ilə saxlanılan digər aktivlər”, 126 №li “Digər ehtiyatlar”, 127 №li “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir.

48.9. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

48.10. 121 №li “Material ehtiyatları”, 122 №li “İstifadə olunmuş məsrəflər” sintetik hesablarında uçota alınan qalıq məbləğləri həmin hesablar üzrə açılmış subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir.

48.11. “Sair qısamüddətli maliyyə aktivləri” maddəsində 131 №li “Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar”, 132 №li “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” (Hesablar Planında yoxdur), 133 №li “Verilmiş qısamüddətli investisiyalar”, 134 №li “Digər qısamüddətli investisiyalar”, 135 №li “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq  məbləğlərinin cəmi göstərilir.

48.12. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

48.13. “Sair qısamüddətli aktivlər” maddəsində 143 №li “Verilmiş qısamüddətli avanslar”, 144 №li “Təhtəlhesab məbləğlər”, 145 №li “Digər qısamüddətli aktivlər” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir.

48.14. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.

48.15. Cəmi qısamüddətli aktivlər sətri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat” formasının müvafiq olaraq 5-ci və 7-ci sütunlarında əks etdirilir.

 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə