91-3.1. Bu Məcəllənin 91-ci maddəsində
nəzərdə tutulmuş halda
cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarı ilə təftiş komissiyası
(müfəttiş) seçilir (təyin edilir).
91-3.2. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) formalaşdırılması
qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası cəmiyyətin nizamnaməsi ilə
müəyyən edilir.
91-3.3. Cəmiyyətin təftiş komissiyasının üzvlüyünə (müfəttiş kimi) fiziki
şəxslər seçilir (təyin edilir). Cəmiyyətin iştirakçısı olmayan şəxslərin də təftiş
komissiyasına üzv seçilməsinə (müfəttiş təyin edilməsinə) yol verilir.
Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının)
və ya kollegial icra
orqanının rəhbəri (üzvü), təkbaşına rəhbər və ya kənar idarəçi təftiş
komissiyasına üzv seçilə (müfəttiş təyin edilə) bilməz.
91-3.4. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) cəmiyyətin maliyyə-
təsərrüfat fəaliyyətini yoxlamaq və bu məqsədlə
cəmiyyətin fəaliyyətinə aid
olan bütün sənədləri əldə etmək hüququ vardır. Təftiş komissiyasının
(müfəttişin) tələbi ilə direktorlar şurasının (müşahidə şurasının) və ya
kollegial icra orqanının rəhbəri (üzvləri), təkbaşına rəhbər, kənar idarəçi şifahi
və ya yazılı formada zəruri məlumatları təqdim etməyə borcludurlar.
91-3.5. Cəmiyyətin təftiş komissiyası (müfəttiş) varsa,
bu nəzarət
orqanının rəyi olmadan cəmiyyətin iştirakçılarının ümumi yığıncağı
cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq edə bilməz,
habelə mənfəət və zərərin bölüşdürülməsinə dair qərar qəbul edə bilməz.
Dostları ilə paylaş: