Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə252/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   244   245   246   247   248   249   250   251   252
AR-Mülki-Məcəlləsi-2

 
§ 8. Sınama üçün alğı-satqı
 
 
Maddə 658. Sınama üçün alğı-satqı müqaviləsi
 
658.1. Sınama və ya yoxlama üçün alğı-satqı müqaviləsi alıcının həmin 
predmeti almağa razılıq verdiyi vaxtadək təxirəsalıcı şərtlə bağlanan alğı-
satqı müqaviləsidir.


658.2. Sınama üçün alğı-satqı müqaviləsinə görə satıcı alıcıya predmeti 
gözdən keçirməyə icazə verməlidir.
658.3.
Çıxarılmışdır.
 
[328]
 
658.4. Alıcı sınama və ya yoxlama üçün aldığı predmet barəsində 
razılığını yalnız müəyyənləşdirilmiş müddət ərzində, bu müddət 
müəyyənləşdirilmədikdə isə yalnız satıcının alıcı üçün müəyyənləşdirdiyi 
ağlabatan müddət bitənədək bildirə bilər. Əgər əşya sınama və ya gözdən 
keçirmə üçün artıq alıcıya verilmişdirsə, onun susması razılıq kimi 
qiymətləndirilir.
 
30-cu fəsil.
 
Satın almaqda üstünlük hüququ və digər üstünlük hüquqları
 
Maddə 659. Satın almaqda üstünlük hüququ və digər üstünlük 
hüquqları haqqında ümumi müddəalar
 
659.1. Satın almaqda üstünlük hüququ və hər hansı əşyaya və ya hər 
hansı hüquqa digər üstünlük hüquqları qanuna görə və ya müqavilə əsasında 
əmələ gələ bilər. Əgər belə hüquqlar müqaviləyə əsaslanırsa, yalnız müqavilə 
iştirakçılarını mükəlləfiyyətli edir və həmin əşyanı və ya həmin hüququ 
arxayın əldə etmiş üçüncü şəxslərə qarşı qoyula bilməz.
659.2. Satın almaqda üstünlük hüququ və müqaviləyə əsaslanan digər 
üstünlük hüquqları yalnız nəzərdə tutduqları əqdin etibarlığı üçün tələb 
edilən formada qeydə alınmış olduqda etibarlıdır.
659.3. Satın almaqda üstünlük hüququnun və digər üstünlük 
hüquqlarının aşağıdakı hallarda qüvvəsi yoxdur:
659.3.1. onlar başqasına verilməsi normativ hüquqi aktlarda nəzərdə 
tutulmuş xüsusi prosedurlarla tənzimlənən obyektlərə və ya hüquqlara aid 
olduqda;
659.3.2. icraat çərçivəsində, o cümlədən məcburi auksion satışı 
çərçivəsində satış halında.
659.4. Əgər satın almaqda üstünlük hüququ və müqaviləyə əsaslanan 
digər üstünlük hüquqları qıt olan ən zəruri əşyalara və hüquqlara aiddirsə
maraqlı şəxslər onların etibarlığı barəsində mübahisə edə bilərlər.
659.5. Əgər satın almaqda hər hansı üstünlük hüququnun və digər 
üstünlük hüququnun qüvvəsi yoxdursa, belə hüququn verilməsi üçün 
ödənilmiş haqqın əvəzi, o cümlədən onun ödənildiyi gündən qanunla 
müəyyənləşdirilmiş faizlər ödənilməlidir.


 
Maddə 660. Satın almaqda üstünlük hüququ
660.1. Hər hansı obyekti üstün satın almağa ixtiyar verilmiş şəxs bu 
hüququnu satın almaqda üstünlük hüququ üzrə mükəlləfiyyətli olan şəxs 
həmin obyektin alğı-satqısı barədə hər hansı üçüncü şəxslə müqavilə 
bağladıqdan sonra həyata keçirə bilər.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə